Dünya tarixinin ən varlı adamı odur

Dünya tarixinin ən varlı adamı açıqlanıb.

Turkustan.info CNN-ə istinadən xəbər verir ki, bu, “Amazon” şirkətinin təsisçisi Ceff Bezosdur.

Amerikalı iş adamının varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib. 53 yaşlı milyarder bu göstəriciyə görə “Microsoft” şirkətinin təsisiçisi Bill Geytsi geridə qoyub.

Qeyd edək ki, Bezos “Amazon”u 1994-cü ildə yaradıb. 2016-cı ildə şirkətin dövriyyəsi təxminən 136 milyard dollar təşkil edib. “Amazon”un səhmlərilə yanaşı, “The Washington Post” qəzeti və kosmik gəmilərin hazırlanmasıyla məşğul olan “Blue Origin” şirkəti də Bezosa məxsusdur.   /yenicag.az/