Özünü 600 manata görə öldürüb! – Təhsil haqqını ödəyə bilmirmiş

Məlik Cahangirov təhsil haqqını vaxtında ödəmədiyi üçün oxuduğu universitetdən qovulmaq təhlükəsi ilə üzləşibmiş.

Turkustan.info xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında bulvarda özünü dənizə ataraq intihar etmiş Məlik Cahangirovun bibisi oğlu Xəyal Kərimov deyib.
Onun sözlərinə görə, Məlik valideynlərinin təhsil haqqı üçün ona verdiyi 600 manatı xərcləyib: “Bu səbəbdən təhsil haqqını ödəyə bilməyib. İlkin versiya kimi intihara bu səbəb ola bilər. Pulun nəyə xərcləndiyi bəlli deyil”.
Məlik Cahangirov Azərbaycan Dövlət Pedaqoji Universiteti coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırdı. O, ötən gün axşam saatlarında bulvarda özünü dənizə atıb.
Mərhum Məlik Cahan imzası ilə şeirlər yazıb.