Gün: Yanvar 10, 2018

Putinin adamı Qarabağ PLANINI AÇDI: 2018-ci ildə 3 ölkə…

“2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması 2017-ci il ssenarisi üzrə davam edəcək. Lakin Rusiyada, Azərbaycanda və Ermənistanda prezident seçkilərinin keçirilməsi münaqişənin nizama salınmasında sıçrayışa nail olunacağı ehtimalını azaldır. Çünki əsas diqqət seçkilərə yönələcək”.

Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.

Markov hesab edir ki, Rusiya ilin birinci yarısında Qərbin artan hücumları ilə qarşılaşacağı üçün də Qarabağ münaqişəsinə kifayət qədər diqqət ayıra bilməyəcək.

“Lakin münaqişənin nizama salınması üzrə bazanın hazırlandığını da qeyd etməliyəm. Dəfələrlə bildirilib ki, masada həll variantları var. Hər şeydən əvvəl “Kazan düsturu”nu reallaşdırmaq mümkündür”, – deyə o bildirib.

Bakıda şok olay: dilənçi “Lexsus”dan düşdü – VİDEO

Bakıda dilənçilərlə bağlı daha bir fakt ortaya çıxıb.

Bir qadın “Lexsus” markalı maşınla gələrək, kişini diləndirmək üçün yolun kənarında düşürür. İddialara görə, o “iş vaxtı” başa çatandan sonra həmin şəxsi gəlib, oradan götürür.

Qeyd edək ki, görüntülər bu gün çəkilib.

Həmin anın videosunu təqdim edirik:

 /Yenicag.az/ 

Rəsulzadənin nəvəsi İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır”.

Bunu modern.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasına münasibət bildirərkən deyib. O, bildirib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi  çox gözəl addımdır.  B

Azərbaycanda bu siqaretlər ucuzlaşdı

Bakıda bəzi siqaretlərin qiyməti ucuzlaşıb.

“Vest Kompakt” və “Rothmans” siqaretləri bu gündən etibarən 30 qəpik ucuzlaşıb. Bundan əvvəl 1.80 manata satılan siqaretlər indi 1.50 manata müştərilərə təklif olunur.

Əməkdaşımız paytaxtın bir neçə mağazasında müşahidə aparıb. Satıcılar siqaretin ucuzlaşmasını təsdiq ediblər. Bunun hansı səbəbdən olduğu bilinməsə də, digər markalı siqaretlərin də yaxın günlərdə ucuzlaşacağı gözlənilir.

Qeyd edək ki, artıq Azərbaycanda ictimai yerlərdə və qapalı məkanlarda siqaret çəkmək qadağan olunub.

8 dildə danışan Azərbaycan şairi

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanca Vikipediya”ya daha bir tanınmış sima barəsində məlumat əlavə edilib.

Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib. Məlumata görə, vikipediya təlim iştirakçısı Tarix İnstitutunun elmi işçisi Elnur Nəciyev tərəfindən “Azərbaycanca Vikipediya” Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı Əli Yusifzadə haqqında məqalə yaradılıb.

news Image

Bakıda üç fahişənin əhatəsində ölən ərəbin ÖLÜM SƏBƏBİ

Nərimanov rayonunda hoteldə xarici vətəndaş dünyasını dəyişib.

Hadisə yanvarın 8-də “Ariva” hoteldə qeydə alınıb.

Küveyt Respublikasının vətəndaşı 1962-ci il təvəllüdlü Mester Omar Alshela ürək tutmasından dünyasını dəyişib. İlkin məlumatlara görə, Azərbaycana dincəlməyə gələn ərəbin yanında 3 nəfər qız da olub. Onlar Küveyt vətəndaşının dünyasını dəyişdiyini görərək hoteldən qaçıblar. Hazırda onların saxlanılaraq izahatının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Meyit mayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. İlkin müayinələr zamanı məlum olub ki, Küveyt vətəndaşı dünyasını dəyişməmişdən öncə cinsi istəyi artıran həblər qəbul edib. Meyit müayinə olunduqdan sonra vətəninə göndərilmək üçün Küveyt səfirliyinin Azərbaycandakı nümayəndələri

İlham Əliyev nazirlərlə iclas keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı iclasda giriş nitqi söyləyib.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyev çıxış ediblər.

Daha sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.  /BakuPost/

Rusiyadan yeni müharibə XƏBƏRDARLIĞI: “ABŞ cini şüşədən çıxardı”

Rusiya Federasiyası Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr köməkçisi Frants Klintseviç ABŞ-ın Rusiya hərbi bazalarına hücumuna dair açıqlama verib.

Köməkçi ABŞ-ın hiylə işlətdiyini dilə gətirib: “Pentaqon sözçüsünün Rusiyanın Suriyadakı hərbi bazalarına hücumlarda istifadə edilən texnologiyaların asan əldə edilə biləcək növdən olduğu barədə açıqlaması pilotsuz təyyarələri sadəcə fotolardan və televiziya ekranlarından tanıyan insanlar üçün bir yalandır. Mütəxəssislər isə bunun hiylə olduğunu çox yaxşı bilir. Sabah ABŞ-da biri atom bombasının sərbəst satışda olduğunu desə, təəccüblənmərəm.

Hücumdakı pilotsuz təyyarələrin mütəxəssislər tərəfindən idarə edildiyinə əminəm. Terrorçular bunun öhdəsindən gələ bilməzdi. Bu bölgədə kəşfiyyat təyyarələrinin 4 saatdan çox uçuş etməsi normal hal deyil. Ona görə də ABŞ-ın gizli x

Vergilər naziri Fazil Məmmədovun qudasını müddətsiz məzuniyyətə göndərib

Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.

“Report”un özəl mənbələrdən əldə etdiyi məlumata görə, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyev məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

S-400-lər Krıma yerləşdirildi: Armyansk rayonu nəzarətdə

Rusiya Krımda S-400 sistemlərini yerləşdirib.

Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Agentlik Moskvanın bu sistemləri yarımadanı Ukrayna tərəfindən gələn təhdidlərdən qorumaq üçün Krıma yerləşdirdiyini yazıb. Bu komplekslərin xüsusilə Çonqar və Armyansk rayonlarının hava məkanlarını nəzarət altında saxlayacağı vurğulanıb.   /Axar.az/

Müsəlman ölkəsində ŞOK OLAY – Homoseksuallar özlərinə toy etdi – VİDEO

Səudiyyə Ərəbistanında həyata keçən homoseksualların toy görüntüləri yayımlanıb.

Videoda milli geyimdə iki nəfərin qonaqların arasından keçərək ətrafa şirniyyat səpələdiyi görünür.

Görüntülərin kimə aid olduğunu araşdıran polis bir neçə nəfəri həbs edib.

Görüntülərin Məkkə şəhəri yaxınlığında yerləşən Aradiyat bölgəsində lentə alındığı bildirilib. “Əl-Ərəbi” saytı polisin mərasimə basqın edərək iştirakçıları həbs etdiyini yazıb.

Toyun Məkkə yaxınlığında baş verməsi bəzi sosial media istifadəçilərini qəzəbləndirib. Onlar “Yer üzünün ən təmiz nöqtəsində iki kişi bir-birilə evlənir” şərhləri yazıb.

Səudiyyə Ərəbistanında şəriət qanunlarına əsasən, qadınların və kişilərin bir-birilə evlənməsi qadağandır. Buna görə L

Bakıya ilk qar yağır

Bakıya qar yağır.

Qar səhər saatlarından yağmağa başlayıb və hazırda davam edir. Havanın temperaturu 2 dərəcə təşkil edirş

Məlumat üçün bildirək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün qar yağacağını proqnozlaşdırmışdı.

Gün ərzində havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 2-5° isti olacağı gözlənilir.   /BakuPost.az/

Aşıq Vüqar Mahmudoğlu vәfat etdi

Tanınmış aşıq Vüqar Mahmudoğlu vəfat edib.

Bu barәdә mәlumatı BakuPost.az-a aşığın yaxınları deyib. Bildirilib ki, o, bu gün sәhәr 5:20-dә müalicә aldığı Gömrük Hospitalında keçinib.

Qeyd edәk ki, o, iki gün әvvәl infarkt keçirib vә ağır vәziyyәtdә xәstәxanaya çatdırılmışdı. Dünәn isә vәziyyәti stabillәşmişdi – әmәliyyat olunub ürәyinә stend qoyulmuşdu.

Onu da bildirək ki, V. Mahmudoğlu tanınmış jurnalist Anar Niftəliyevin qardaşıdır.

Metroda intihar edən gənclə bağlı — ŞOK FAKTLAR

Ötən axşam “Ulduz” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən 22 yaşlı Gəncə şəhər sakini Mustafazadә Rәşad Elixan oğlu barədə ilkin ekspertiza nümunələri məlum olub.

 Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyindən “Ölkə.Az”a verilən məlumata görə, R.Mustafazadə əvvələr psixoloji problemlərdən əziyyət çəkib, hətta 1 nömrəli Psixatriya xəstəxanasında da qeydiyyatda olub. Həmçinin onun oriyentasiyasında da problemlər olub. Yəni cinsi azlığın nümayəndəsi olma ehtimalı daha ağlabatandır.

Qeyd edək ki, Rәşad Mustafazadә ictimai fəal gənc olaraq Gəncə şəhərində təşkil olunan bir çox layihələrin aktiv iştirakçılardan biri kimi tanınırdı. Rəşad son vaxtlar turizm sahəsində çalışırmış, onun bu gün Qəbələyə turu nəzərdə tutulurdu. Mərhumun hansı səbəbdən belə bir addım atması hələlik məlum deyil.

Xatırladaq ki, ötən

Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır – Nüvə silahları İŞƏ SALINIR

Pekin Yaxın Şərqdə hərbi gücünü artırmaq və Pakistanda ikinci xarici hərbi dəniz bazasını tikmək niyyətindədir.
Bu haqda “South China Morning Post” qəzeti yazıb.
Bazanın Qvadar strateji əhəmiyyətli limanın yaxınlığında tikilməsi planlaşdırılır. Liman Çin Xalq Respublikasının lideri Si Çinpinin təşəbbüskarı olduğu “Bir kəmər – bir yol” cənubi-şərqi Asiya vasitəsilə uzanan İpək yolunun əsas hissələrindən biridir.
“South China Morning Post” qəzetinin yazdığı kimi, Çin Hindistana zərbə üçün müharibə meydanı hazırlayır.
Qeyd edək ki, Dehli Çinin “Bir kəmər – bir yol” layihəsinə qarşı olduğunu açıq şəkildə bildirir.
Tərəflər bu ilin avqustunun sonunda platoda qoşunların yetişdirilməsi haqqında razılaşdılar. Çinin paytaxtı Pekində keçirilən “Bir kəmər – bir yol” iqtisadi inkişaf strategiyası çərçivəsində Yüksək Səviyyəli Beynəlxalq Forumunda dünyanın