8 dildə danışan Azərbaycan şairi

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanca Vikipediya”ya daha bir tanınmış sima barəsində məlumat əlavə edilib.

Turkustan.info-ya bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib. Məlumata görə, vikipediya təlim iştirakçısı Tarix İnstitutunun elmi işçisi Elnur Nəciyev tərəfindən “Azərbaycanca Vikipediya” Cümhuriyyət hökumətinin xaricə göndərdiyi tələbələrdən biri, şair, 8 dildə danışmağı və yazmağı bacaran görkəmli mütəfəkkir, repressiya qurbanı Əli Yusifzadə haqqında məqalə yaradılıb.

news Image