Azərbaycan neftinin qiyməti yenə 70 dolları ötdü

Dünya birjalarında neftin qiyməti bahalaşır.

Turkustan.info xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar bahalaşaraq 69,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar artaraq 63,45 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti də 0,58 dollar və yaxud 0,83% artıb.

Beləliklə, “Azeri LT CIF” markalı neftin qiyməti 70,44 dollar/barelə bərabər olub.   /Cebhe.info/