Gün: Yanvar 11, 2018

Röyanın həbsdə olan qayınatası HƏR ŞEYİN ÜSTÜNÜ AÇDI: Sabiq nazir və… – ŞOK İFADƏLƏR

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.  Çingiz Cəlilov ifadəsində deyib ki, 2001-ci ildən “Çudo Peçka” MMC-ni təsis edib. Onun sözlərinə görə, MMC qida istehsalı və satışı ilə məşğul olub. İşlə bağlı bir neçə banka kredit üçün müraciət edilib, götürülən kreditlər öz […]

Bayılda sakinlərə ev əvəzinə çadır təklif edilir… — VİDEO

Səbail Rayon İcra Hakimiyyəti zəngləri cavablandırmaq istəmir.  Turkustan.info bildirir ki, Səbail rayonunun Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42 ünvanında yaşayan sakinlər Sputnik Azərbaycan-a müraciət edərək problemlərini dilə gətiriblər. Sakinlərin sözlərinə görə, “Dönüş 1” MMC tikinti şirkətinin rəhbəri olan Əli Həsənov adlı iş adamının yeni bina tikmək layihəsi ətrafda yaşayan sakinlərin rahatlığını pozub. […]

Ərdoğan ABŞ-ı hədəf aldı, yeni müharibə anonsu verdi

“Fərat Qalxanı” əməliyyatını daha da genişləndirəcək gücümüz var, oralarda dövlət qurmaq istəyənlər ovuclarını yalayar” Bizim terrorçu olaraq tanıdığımız YPG/PYD-yə silah göndərən Amerika səbr kasamızı doldurur. Sputnik Azərbaycan “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib: “Heç kəs bizi sınağa çəkib səbrimizi yoxlamasın. Artıq səbr […]

Fazil Məmmədov Sahib Ələkbərovu vəzifəsindən uzaqlaşdırdı

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi olub. AGF-dən verilən məlumata görə, federasiya prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə qurumun I vitse-prezidenti vəzifəsinin müvəqqəti icraçısı Sahib Nurəddin oğlu Ələkbərov tutduğu vəzifədən azad edilib.   Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası Firdovsi Qəminalı oğlu Umudova həvalə edilib.  Qeyd edək ki, F.Umudov sərbəst güləş […]

Rusiyada azərbaycanlı “killer”in məhkəməsi başlayır

Rusiyanın Ulyanovsk vilayətində ərini öldürməyi Azərbaycan vətəndaşına sifariş verən qadının cinayət işi məhkəməyə göndərilib. APA-nın Rusiya bürosunun verdiyi xəbərə görə, bu barədə Ulyanovsk vilayəti prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Prokurorluq tərəfindən vilayətin ağır cinayət törətməkdə ittiham olunan iki sakini barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. İstintaq materiallarına görə, […]

Qarabağ Ermənistanı yenidən qarışdırır

Yanvarın 19-da Ermənistan paytaxtında hakimiyyət əleyhinə mitinq olacaq.Nümayiş hökumətin qiymət artımına etiraz məqsədilə keçirilir. Ermənistan KİV-ləri bildirirlər ki, istehlak mallarının qiymətinin kəskin şəkildə artması cəmiyyətdə etiraz dalğasının artmasına səbəb olub.Etiraz aksiyasının təşkilatçıları ümid edir ki, hakimiyyət nəhayət cəmiyyətin tələblərini yerinə yetirəcək. Lakin erməni ekspertlər bu gözləntinin üzərindən xətt çəkirlər və […]

Bu dərman kişilərdə SONSUZLUĞA səbəb olur

Kopenhagen Universiteti (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.  Turkustan.info bildirir ki, araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər. Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo […]

“Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq

Rza Rzayevin ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin – “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq. Turkustan.info Yenicag.az-a istinadla xəbər verir ki, təqdimat yanvar ayının 16-da saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq. Bununla bağlı rejissor Rza Rzayev öz fikirlərini bölüşüb. O, “Geyilməmiş Ayaqqabılar” filmi haqqında yazan mətbuat işçilərinə və Mədəniyyət […]

QHT-lər haqqında yeni kitab çapdan çıxıb

“Qeyri-Hökumət Təşkilatlarının Menecmenti” adlı metodik vəsait hazırlanıb. Vəsait Azərbaycan Turizm və Menecment Universitetinin menecment kafedrasında Eldar Aslanov,İsrayıl İsgəndərov, Sahib Məmmədov və Elməddin Hacıyevin müəllifliyi ilə hazırlanıb. Turkustan.info xəbər verir ki, metodik vəsaitdə QHT-lərin fəaliyyətinin mahiyyəti, fəlsəfəsi və təkamülü prosesi, qanunvericilik əsasları, QHT-lərin yaradılması, qeydiyyat prosesi, təşkilat daxili idarəetmə mexanizmləri kimi […]

Türk dünyası qəzetçilərinin zirvə görüşü keçiriləcək

Yanvarın 14-17-i tarixlərində Türkiyədə Türk Dünyası Qəzetəçilərinin Zirvə görüşü keçiriləcək. Bu barədə məlumatı Turkustan.info-ya   sözügedən zirvə görüşünə dəvət almış “Birlik” jurnalının baş redaktoru və ATXƏM-in icra katibi İlqar İlkin verib. Bildirib ki, zirvə görüşü Türkiyənin Kocaeli şəhərində baş tutacaq. Türk dünyasının müxtəlif bölgələrindən iştirakçıların olduğu toplantıda media təmsilçiləri arasında əməkdaşlığın […]

DAK İrandakı durumla bağlı dəyirmi masa keçirib

Dəyirmi masada “İranda baş verən olaylar”-la bağlı bəyanat verilib. Turkustan.info xəbər verir ki, toplantını DAK həmsədri Sabir Rüstəmxanlı açıq elan edərək, mövzu və regionda baş verən proseslərdən danışıb. Toplantıda Güney Azərbaycan Konqresinin sədri Abdullah Əmir Haşimi, MSDM sədri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri […]

İysiz, ağrısız ölüm təhlükəsi – FHN əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. Turkustan.info-nun məlumatına görə, müraciətdə bildirilir ki, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Bu səbəbdəni, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda […]

İlham Əliyev 2 sərəncam, 3 fərman imzaladı

Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 970-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan […]

Putindən Ərdoğana təcili zəng: Sizinlə əlaqəli deyil…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Turkustan.info xəbər verir ki, danışıq zamanı Putin Suriyadakı PUA ilə hücum cəhdlərinin Türkiyə ilə əlaqəsinin olmadığını və olayın kimlər tərəfindən törədildiyini bildiyini söyləyib. O bildirib ki, bu kimi təxribatlar partnyorlar arasında əlaqələri pozmağa yönəlikdir. Kreml rəhbəri […]

Azərbaycanlı fotoqrafların möhtəşəm işləri: Dünya mediasını ZƏBT EDƏN FOTOLAR

Bəzi janrlar fotoqrafiya yaranmadan əvvəl, rəssamlıqla bərabər yaranıb, inkişaf edib. Ancaq “street” (küçə) janrının yaranışı fotoqrafiya ilə birlikdə olub. Bu janr hazırda da formalaşma mərhələsindədir və bütün cəmiyyətlərdə ən çox maraq yaradan janrlardan biridir. Turkustan.info Publika.az-a istinadən sizə azərbaycanlı fotoqrafların “küçə fotoqrafiyası” janrında çəkdiyi ən maraqlı fotoları təqdim edir. Qeyd edək […]

Kişilərin cinsi problemini həll edir – FOTO

Şəfa anbarı olan kişmiş kişilərdə bir çox cinsi problemlərin müalicəsində müsbət təsir göstərir. Turkustan.info kişmişin faydalarını təqdim edir: Kişilərdə sperma sayını artırır, ereksiya pozulmasına müalicəvi təsir göstərir. Sperma sayı və keyfiyyətini artıraraq sonsuzluq müalicəsində də alternativ olaraq istifadə edilir. Kişmiş yüsək miqdarda dəmir ehtiva edir. Dəmir isə anemiya problemini aradan […]

Bakıda avtobuslarda gediş bahalaşdı

“Gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən gerçəkləşdirilir” Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib. Turkustan.info-nun məlumatına görə, bu barədə “Modern.az”a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq […]

Güzəştli kreditləri bu şəxslər ala biləcək – MÜTLƏQ OXUYUN!

“Qeyri-neft sektorunun inkişafı daim diqqət mərkəzindədir. Mən bu barədə dəfələrlə danışmışam və praktiki addımlar atılır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Bu məqsədlər üçün 170 milyon manat kredit resursu təmin ediləcək”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr […]

Bu xəstəliyə tutulan hər 10 uşaqdan 1-i öləcək – Azərbaycanda da körpələrin 70 faizi təhlükədədir

Azərbaycanın uroloq-cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl Kiyevdə yayılmış qızılca epidemiyası ilə bağlı bəzi faktlar açıqlayıb. Turkustan.info  xəbər verir ki, o, şəhərdə epidemiyanın sürətlə yayılma səbəbi kimi peyvəndin vurulmadığını göstərib: “Ümumdünya səhiyyə təşkilatı qızılcadan ildə ortalama 150 min insan vəfat etdiyini bildirir. Bunların əksəriyyəti 5 yaşına qədər uşaqlardır. Statistikaya […]

Bakıda mərasim evində kazino açıldı – VİDEO

Bakıda qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb. Turkustan.info xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə məlumat və video paylaşıb. O qeyd edib ki, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, […]

Nizami az yaşayacağını bilirdi – Meyxana ustadının xanımı 21 ildən sonra ilk dəfə danışdı

Onunla bir məktəbdə oxumuş, eyni müəllimlərdən dərs almışıq. O, musiqi ilə məşğul olurdu, mən şeir yazırdım. Düzdür, rəfiqə deyildik, amma aramızda qəribə bir mehribançılıq vardı. Məktəbi bitirən ili onun qoşulub qaçdığını eşitdik. Düzü, çox sarsıldım. Axı uşaq idi, həm də könül verdiyi kişi özündən 23 yaş böyükdü. Qəribədir ki, mən […]

Çeçenləri təhqir edən erməni belə öldürüldü – VİDEO 18+

Turkustan.info xəbər verir ki, “Facebbok” sosial şəbəkəsində canlı yayın açan erməni ilə onu izləyən Çeçen qız arasında baş verən mübahisə erməninin ölümü ilə nəticələnib. Belə ki, erməni gənc İslam dünyasını xüsusən Çeçen və Dağıstanlılar haqqında nəlayiq söyüşlər səsləndirib. Bundan qəzəblənən şəxsiyyəti hələ ki, məlum olmayan gənc Çeçenistandan İrəvana gedərək həmin […]

Elza Seyidcahandan YENİ ŞEİR: “Qadın bir şey istəyir…”

Əməkdar artist Elza Seyidcahan özünəməxsus üslubda yazdığı yeni şeirləri sayəsində də sosial şəbəkələrin qəhrəmanına çevrilib. Turkustan.info xəbər verir ki, sənətçi indi də “Qadın bir şey istəyir” şeiri ilə gündəm yaradıb. Şeiri təqdim edirik: Qadın bir şey istəyir Bir şey Deyim nə istəyir? Bir şey istəyir. Bir. Pul istəmir Mal istəmir. İki […]

ABŞ bombardmançılarını Quama yerləşdirdi – Təhlükə

ABŞ Hərbi Hava Qüvvələri B-2 Spirit strateji bombardmançılarını Quam adasındakı aviabazasına yerləşdirib. Turkustan.info xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın Sakit okean hərbi komandanlığı yayıb. Üç təyyarə ilə birgə ABŞ Quam adasında 200 hərbçi də göndərilib. Qeyd edək ki, Quam adası ABŞ-ın Sakit okeandakı əsas hərbi dayağı sayılır. Bu ada […]

XİN: “ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlaması çox təəccüblüdür”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirib. Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsi ilə əlaqədar deyib: “Azərbaycan terrorizmin bütün forma […]

TƏHLÜKƏ: Bakıda sərnişinlərlə dolu avtobus qapısı açıq hərəkət edir – VİDEO

Bu gün səhər saatlarında “Neftçilər” metrostansiyasından Yeni Günəşli qəsəbəsi istiqamətinə 50 nömrəli xətt üzrə hərəkət edən AZ 90 RO 181 dövlət nömrə nişanlı avtobusda problem yaranıb.  Turkustan.info xəbər verir ki, təxminən 50-yə yaxın sərnişinin hərəkət etdiyi avtobus bir müddət qapısı açıq gedib. Sürücü dəfələrlə qapını bağlamağa çalışsa da, buna nail olmayıb.  […]

Ədəlat Şükürov jurnalistlə gərgin anlar yaşadı: “Axı siz kimsiz… Mən onlara zurnalist deyirəm” – VİDEO

Azərbaycanlı müğənni Ədalət Şükürov sayt jurnalistlərini efirdə təhqir edib. Turkustan.info-nun məlumatına görə,  “Siz kimsiz… Mən onları zurnalist adlandırıram” ifadələri qarşısında tanınmış jurnalist Əfruzə Ağayeva cavabsız qala bilməyib. “Sizə yaraşdırmadım” deyə sözə başlayan jurnalist cinayət xarakterli ölüm xəbərlərinin efirə verilməsinin normal olduğunu bildirib. Söhbət gərgin davam edib və tərəflər öz fikrində […]

Yerə enmiş yadplanetli və uçduğu UNO görüntüləndi – Şok Video

Ufoloji “Men Blək” Yutub kanalının nümayəndələri bu il yanvarın 5-də heyrətamiz görüntü paylaşıb.   Turkustan.info xəbər verir ki, bu qəribə videoda bəstəboy humanoid varlıq və trapıyla qalxıb uçduğu boşqab görüntülənib. “Yaşıl adamcıq” boşqaba minəndən sonra UNO havaya qalxıb uçur və ağacların arxasında gözdən itir.   Görüntülər keyfiyyətinin aşağı olması baxımından […]

Dünyanın ən təhlükəsiz avtomobilləri – VİDEO

Müstəqil qəza testlərinin keçirilməsi üzrə Avropa Təşkilatı (Euro NCAP) 2017-ci ilin ən təhlükəsiz avtomobilini müəyyənləşdirib. Turkustan.info-nun xəbərinə görə, qiymətləndirmə nəticəsində 6 kateqoriya üzrə ən yaxşı avtomobillər seçilib. Təşkilat nümayəndəsinin sözlərinə görə, testlərdə yeni və yenilənmiş 70-ə yaxın avtomobil modeli iştirak edib və qiymətləndirmə sərnişinlər (o cümlədən, azyaşlı sərnişinlər) və piyadaların […]

GÖMRÜK İLƏ VERGİ BİRLƏŞİR – Şərifov, yoxsa Cabbarov?

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vahid bir qurumda birləşə bilər.    Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, bu barədə “Turan”-a mötəbər mənbələrdən məlumat verilib. Məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir […]

Hər kəs bu qadının gülüşündən danışır – İZLƏNMƏ REKORDU QIRIR – VİDEO

Qadın gülüşü ilə sosial mediada məşhurlaşıb. Turkustan.info bildirir ki, nəvəsinin su içmə tərzinə gülən, güldükcə də ətrafdakıların gülüşünə səbəb olan qadın sosial mediada izləyicələrin marağına səbəb olub. Video qısa müddət ərzində paylaşım rekordu qırıb. Sözügedən videonu təqdim edirik:  /Metbuat.az/

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir”

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etməsini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşməsini və daxil olan sənədlərin sistemləşdirmə işinin […]

Azərbaycanlı qız ermənilərlə əlbir oldu? – FOTOLAR

Fidan Türksoyun gizli yolla Qarabağa getmək istədiyi iddia edilir. Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, “Qafqaz” Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o […]

Ölkədə yoluxucu xəstəlik daşıyıcılarının sayı artır – SƏBƏB

Adil Qeybulla: “Evlilik öncəsi müayinələrin artması yaxşı olar” Bir neçə il öncə ailə qurmaq istəyən cütlüklər heç bir tibbi müayinədən keçmir və buna görə də hər hansı xəstəliklərinin olduğunu bilmirdilər. O üzdən həmin dövrlərdə talassemiyya və digər xəstəlik daşıyıcıları olan uşaqlar dünyaya gəlirdi. Ancaq 2015-ci iyunun 1-dən etibarən Azərbaycanda nikaha […]

ABŞ-dan vətəndaşlarına müraciət: Qarabağa getməyin!

ABŞ Dövlət Departamenti amerikalı turistləri xarici ölkələrə səfər zamanı təhlükəsizlik riskləri haqqında məlumatlandırmaq üçün yeni sistem işə salıb. Turkustan.info Report-a istinadən xəbər verir ki, bu sistemi yaratmaqda məqsəd ABŞ vətəndaşlarının ölkə xaricində müdafiəsini gücləndirməkdir. Azərbaycan təhlükəsizliyə təhdid baxımından ikinci kateqoriya ölkələr siyahısına daxil edilib. Yeni sistemdə dünya ölkələri səyahətin təhlükəsizliyi […]

Dollar bu gün neçəyədir? – Məzənnə

Azərbaycan Mərkəzi Bankı 11 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb. Mərkəzi Bankdan verilən məlumata görə, yanvarın 11-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7001 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2,0312 manat təşkil edir. 1 türk lirəsi 0,4484 manat, 1 rus rublu 0,0298 manat, 1 İran rialı […]

Fazil Məmmədov həbs olunacaq – İDDİA

Sabiq vergilər naziri Fazil Məmmədovun həbsi üçün hüquqi baza formalaşır. Turkustan.info xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsi bu istiqamətdə növbəti addımdır. Qəzet yazır: “Məsələ ondadır ki, Lokal […]

Ziya Məmmədovun direktorluqdan çıxarılan bacısına yeni vəzifə verildi

Ötən ilin sentyabr ayında öz ərizəsi əsasında Təhsil nazirinin əmri ilə 66 saylı “Tərəqqi” liseyinin direktoru vəzifəsindən azad olunan Məhbubə Məmmədova yeni və daha yüksək vəzifəyə təyin olunub. Turkustan.info bildirir ki, “AzPolitika.info”ya təhsil sektorundakı mənbədən daxil olan məlumata görə, M.Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecin tədris işləri üzrə direktor […]

Azərbaycan-İran sərhədində zəlzələ baş verib

Azərbaycan-İran sərhədində 3,9 bal gücündə zəlzələ baş verib. Turkustan.info xəbər verir ki, bu barədə Avropa Seysmoloji Mərkəzin məlumatında bildirilir Bakı vaxtı ilə saat 07:13-də qeydə alınan yeraltı təkanların episentri Astara rayonunun Kijoba qəsəbəsindən 6 km cənub-qərbdə, Ərdəbil şəhərindən 49 km şimal-şərqdə, ocağı isə 20 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər […]

İtkin düşən alpinistlərin axtarışı çətinləşdi

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib. Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlıməlumat verib. Onun sözlərinə görə, alpinistlərin axtarışları bu gün zəif aparılıb: “Buna səbəb hava şəraitinin […]

“Prezidentin bu qərarını cümhuriyyət qurucularının varisləri sevinclə qarşılayıb” – Millət vəkili

Qənirə Paşayeva millət vəkili Cənab Prezidentimiz İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi ilə bağlı qərarı bütün ölkəmizdə olduğu kimi ölkəmizdən kənarda yaşayan cümhuriyyət qurucularının ailə üzvləri tərəfindən də yüksək qiymətləndirilir. Onların bir çoxunun artıq bununla bağlı məlumatları var. Bu gün telefonla bəzi cümhuriyyət qurucularımızın ailələri, […]