Ərdoğan ABŞ-ı hədəf aldı, yeni müharibə anonsu verdi

“Fərat Qalxanı” əməliyyatını daha da genişləndirəcək gücümüz var, oralarda dövlət qurmaq istəyənlər ovuclarını yalayar”
Bizim terrorçu olaraq tanıdığımız YPG/PYD-yə silah göndərən Amerika səbr kasamızı doldurur.

Sputnik Azərbaycan “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib: “Heç kəs bizi sınağa çəkib səbrimizi yoxlamasın. Artıq səbr kasamız dolmaq üzrədir. ABŞ-ın elədiklərinə sona qədər səssiz qalacağımızı bizdən gözləməsinlər. Türkiyə onların düşündüyü bir ölkə deyil”.

“YPG/PYD-yə qarşı Suriyada əməliyyat başlatmağa həm haqqımız, həm də gücümüz var. Sərhədlərimizdə terror koridoru formalaşdırmaq istəyənləri görürük. İraqda və Suriyada baş verənlərin, hazırlanan sistemin nəyə qulluq etdiyi hər gün daha da aydınlaşır. Yalana dözməyə məcbur deyilik. “Fərat Qalxanı” əməliyyatını daha da genişləndirəcək gücümüz var. Oralarda dövlət qurmaq istəyənlər ovuclarını yalayar. Heç kim buna cəhd eləməsin” – Ərdoğan qeyd edib.