“Böyüməyən uşaqlar”a daha bir ölkədə təqdimat keçiriləcək

Bu il fevralın 22-də Xocalı soyqırımının dəhşətlərindən “Böyüməyən uşaqlar” kitabının daha bir ölkədə təqdimatı olacaq. Kitabın müəllifi Modern.az saytının rəhbəri, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlıdır.
Elşad Eyvazlı Modern.az saytına bildirib ki, təqdimat Avropa ölkələrinin birində baş tutacaq. Kitab həmin ölkənin dilinə tərcümə edilərək, təqdim olunacaq.
Xatırladaq ki, “Böyüməyən uşaqlar” kitabında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs olunur. Nəşrin son səhifələrində Xocalı soyqırımının nəinki xalqımıza, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu əks etdirən ağ-qara şəkillər yer alıb. “Böyüməyən uşaqlar” kitabı “Xocalıya ədalət” kampaniyası çərçivəsində çap olunub. Kitab bundan öncə də müxtəlif dillərə tərcümə edilərək, ayrı-ayrı ölkələrdə yayılıb.