Buzlaşma dövrü yaxınlaşır – Ekspertdən xəbərdarlıq: “Qış sərt keçəcək”

Havalar soyuduqca, hər kəsi bir sual maraqlandırır: Görəsən, bu qış necə keçəcək? İstər dünya, istərsə də yerli mətbuatda bununla bağlı yazılar dərc olunur. Son zamanlar isə “100 ilin ən soyuq qışına hazır olun” kimi yazı başlıqlarına tez-tez rast gəlirik. Bu, oxucu diqqəti cəlb etmək üçün manevrdir, ya həqiqət? Doğrudanmı, dünyanın sonununu gətirəcək, buz dövrü yaxınlaşır? Bu soyuqlu, qarlı-şaxtalı havalar Azərbaycandan yan keçəcək, ya əksinə?

Turkustan.info bildirir ki, Cebhe.info-nun suallarını Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovcavablandırır. 

Ekspert deyir ki, hazırda təbiətdə iqlim dəyişiklikləri ilə əlaqədar olaraq soyuma prosesi gedir:

“Bu proses davam etdikcə yay fəsli sərinləşəməyə doğru gedəcək, qış da sərtləşəcək, soyuyacaq. Bu proses də buz dövrünə gətirib, çıxaracaq. Bunun 100, yaxuda da 1000 ilə və ya bir neçə aya baş verəcəyini isə təxmin etmək qeyri-mümkündür. İllər ötdükcə buzlaşma hiss olunacaq, havalar tədricən soyuyacaq”. 

T.Zeynalov əhaliyə xəbərdarlıq edir ki, qış üçün ən isti geyimləri hazırlamaq lazımdır. Çünki bu il Azərbaycanda qış çox sərt keçəcək:

“Azərbaycanda bu qış, əvvəlkindən soyuqluğu ilə fərqlənəcək. Qışdırsa, qar yağmalıdır. Amma ola bilər ki, bu qış qarsız keçsin. Bu həm də şimal, şimal-qərb, şimal-şərq küləyindən asılıdır. Belə küləklər əssə, ola bilər ki, qar yağsın, soyuq olsun, şaxtalar da düşsün”.