Gün: Yanvar 13, 2018

Çinlilərin dünyaya yedirdiyi zəhər – VİDEO

Çinin ərzaq sənayesinin üzə çıxan dəhşətləri dünyanı heyrətləndirir.

Məhsulun maya dəyərini azaltmaqla böyük gəlir götürməyi hədəfləyən Çin istehsalçıları bütün mümkün variantlara əl atırlar.

Onlar bu məqsədlərinə nail olmaq üçün müxtəlif patoloji dəyişikliklər, hətta onkoloji xəstəliklər yaradan zərərli maddələrdən də gen-bol istifadə edirlər.

Heç kəsə sirr deyil ki, Çin tərəvəzləri qısa müddətdə böyük məhsul götürməyə imkan verən zərərli kimvəyi maddələrlə yetişdirilir.

Sosial şəbəkələrdə Çinin quşçuluq təsərrüfatlarında işçilərin toyuqların çəkisini artırmaq üçün əllərinə keçən maddələrdən istifadə etdiklərini göstərən çoxsaylı videomateriallar yayıl

İlham Əliyev iki dövlət agentliyi yaratdı

Prezident İlham Əliyev yanvarın 12-də “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılıb. Həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə və nazirliyin strukturu təsdiq edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vah

FHN itkin düşmüş alpinistlərlə bağlı məlumat yaydı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 12-də davam edib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əməliyyatda nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlərdən ibarət könüllü dəstələr iştirak ediblər.

Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib.

Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 2700-3000 m yüksəklikdə) aparılır.

Əlavə məlumat veriləcək.   /A24.Az/

“Azərbaycan ordusu Ermənistanı da silməyə hazırdır…” – Polkovnik Jdanov

Məlum oldu ki, Azərbaycan ordusu nəinki Qarabağı, Ermənistanın özünü də silməyə hazırdır. Nəticədə Rusiyanın Dağlıq Qarabağ münaqişəsindən “kozır” kimi istifadə edib dünya arenasında mövqelərini gücləndirmək planları boşa çıxdı.

Ukrayna silahlı qüvvələri Baş qərargahının əməliyyat idarəsinin keçmiş əməkdaşı, ehtiyatda olan artilleriya polkovniki, hərbi ekspert qismində tez-tez KİV-lərdə çıxış edən Oleq Jdanov “Obozrevatel” saytına açıqlamasında belə deyib.

Onun bildirdiyinə görə hazırda Rusiya çətinliklə də olsa hərbi texnikanın Gürcüstan üzərindən daşınmasını razılaşdırmağa çalışır ki, Ermənistandakı hərbi qruplaşmasını dəstəkləyə bilsin. “Buna görə də Qarabağ söndü” – Jdanov deyib.

İran ingilis dilini qadağan etdi: Azərbaycan da rus dilini…

İranda ibtidai siniflərdə ingilis dilinin tədrisi qadağan edilib. Qərar Ali dini lider Ayətullah Əli Xameneinin ingilis dilinin tədrisini “Qərbin mədəni işğalı” elan etməsindən sonra verilib.

İran Yüksək Təhsil Şurasının başqanı Mehdi Navid Adham “Dövlət və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanuna ziddir” deyərək, bunun qadağan ediləcəyini bildirib: “Məktəblilər ilk öncə İran mədəniyyətinin təməllərini öyrənməlidirlər”.

İranda ingilis dilində təhsil əsasən orta məktəblərdə, yəni 12-14 yaş arasında başlayır. Ancaq bəzi məktəblərin ibtidai siniflərində də ingilis dili tədris edilir.

Ekspertlər bu qərarın onsuzda gərgin olan İran-Qərb münasibətlərini daha da xoşagəlməyən həddə çatdıracağını bildirirlər

Bakıda gənc qızı qrup şəklində zorladılar

Paytaxtın Sabunçu rayonunda qrup şəklində zorlama hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata əsasən, 51 yaşlı Maştağa qəsəbə sakini qızının zorlanması barədə polisə şikayət edib.

Bildirilir ki, yanvarın 8-də iki şəxs qızı naməlum yerə apararaq onu dəfələrlə zorlayıblar.

Sabunçu rayon istintaq qrupu qeyd olunan cinayət faktını araşdıraraq, qızı zorlayan şəxslərin izinə düşüb. Əməliyyatçılar onlardan birini saxlayıb. Həmin şəxsin Astara rayon sakini Zöhrab Yaqubov olduğu bildirilir. Cinayətdə onunla əlbir olan digər şübhəlinin Asif adında olduğu müəyyənləşsə də, o hələ ki saxlanılmayıb.

Faktla bağlı araşdırmalar dav