Messi illik qazancı ilə dünya futbolu tarixində rekord vurdu

Barselona”nın argentinalı hücumçusu Lionel Messinin gəlirləri barədə məlumat açıqlanıb.

Bu barədə “L’Équipe” “Mediapart”a istinadən məlumat yayıb.

Qeyd edilir ki, Messi 2017-ci ildə “Barselona” ilə yeni müqavilə imzalayıb. Mətbuatın məlumatına görə, o, 4 ildə 400 milyon avrodan çox qazanıb.

KİV-in məlumatına görə, dünya futbolu tarixində heç bir oyunçu mövsümdə 100 milyon avrodan çox qazanmayıb.  /A24.Az/