Zoğalın min bir faydası

Zoğal xalq təbabətində də türkəçarə kimi istifadə olunan faydalı meyvələrdəndir

Turkustan.info zoğalın faydaları haqqında məlumatı təqdim edir:

Zoğalın meyvəsi və şirəsindən şəkər xəstəliyi zamanı istifadə edirlər. Meyvəsinin tumunu qovurub toz halına salaraq ishal, dizenteriya zamanı uşaqlara vermək olar. Bu meyvədən hazırlanmış çaxır ishal və dizenteriyanın qarşısını almaq üçün faydalıdır.

Zoğal lavaşından bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, həzm prosesini yaxşılaşdırmaq üçün istifadə edilir.

Zoğalın qabıq və yarpağından hazırlanan dəmləmələrdən böyrək, qaraciyər və diabet xəstəliklərində istifadə edilir. Bu meyvənin şirəsindən damcı kimi göz xəstəlikləri zamanı tətbiq edilir. Qan azlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəlikləri zamanı da faydalıdır.   /Cebhe.info/