İsa Qəmbərin son durumu – Mərkəzi Klinikadan FOTO və məlumat

Məlum olduğu kimi Azərbaycan Milli Məclisinin sabiq sədri,  Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər dünən Mərkəzi Klinikaya aparılıb. İsa Qəmbərin ürək damarlarına stend qoyulub, əməliyyat uğurlu keçib, o, hazırda özünü çox yaxşı hiss edir.

Turkustan.info xəbər verir ki, Müsavat başqanı Arif Hacılı bu gün xəstəxanada İsa Qəmbərə baş çəkib.

Görüşlə bağlı Facebook səhifəsində fotoşəkil paylaşan Arif Hacılı İ.Qəmbərin durumu ilə bağlı bunları bildirib:

İsa bəylə görüşdük. Özünü yaxşı hiss edir. Hamıya salamları var. Müayinələrdən keçib. Ürəkgücləndirici tibbi prosedurlar həyata keçirilir. Yaxın günlərdə xəstəxanadan çıxacaq.”

 

26731506_1888729024489012_3745236118940615170_n.jpg (52 KB)