Kremlin üstündə UNO göründü – VİDEO

Bir neçə gün öncə Moskvada Kreml səması üzərində “uçan boşqab” olduğu ehtimal olunan səma cismi görünüb.

Turkustan.info-nun məlumatına görə, ahidlər uçan naməlum obyekti (UNO) nəinki öz gözləri ilə müşahidə ediblər, hətta onu videoya çəkməyə də müvəffəq olublar.

“Aşağıda təqdim olunan videoda öz gözlərinizlə işıqlı, qəribə UNO-nu görə bilərsiniz. Bu nə ola bilərdi? Bəlkə Rusiya Federasiyası Prezidentinin iqamətgahını qeyri-yer sivilizasiyasının nümayəndələri ziyarət edir? Bəlkə də Moskvanın mərkəzindəki istehkamın mühafizəsi üçün hərbçilər futurustik uçan aparatlar hazırlayıb?” suallarına tanınmış ufoloq belə cavab verib:

“Bu rolik bir daha sübut edir ki, insanlar Kainatda mövcud olan yeganə şüurlu varlıq deyil. Yadplanetlilər, görünür, bizim planetimizə öz yüksək texnologiyalı kosmik gəmiləri ilə çoxdan gedib-gəlirlər. Bu o deməkdir ki, onların sivilizasiyası daha çox inkişaf edib, nəinki bizim…”   /Teleqraf.com/