“Viki”çilər Rauf Denktaşı belə andılar

 AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlim iştirakçıları tərəfindən Şimali Kipr Türk Respublikasının qurucusu və birinci prezidenti Rauf Denktaşın vəfatının 6-cı ildönümü münasibətilə böyük türk lideri haqqında “Azərbaycanca Vikipediya”da məqaləni əsaslı redaktə etməklə genişləndiriblər. Böyük lider haqqında məqaləni oxucuların istifadəsinə veriblər.
https://az.m.wikipedia.org/wiki/Rauf_Denkta%C5%9F
QEYD: Rauf Denktaş 2012-ci il 13 yanvar tarixində 88 yaşında vəfat edib. Vəfatı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev o zamankı Şimali Kipr Türk Respublikasının Prezidenti Dərviş Əroğluya məktub göndərərək Şimali Kipr Türk Respublikasının ilk prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Rauf Denktaşın vəfatından olduqca kədərləndiyini bildirmiş və dərin hüznlə başsağlığı vermişdir.Dəfn mərasimində Azərbaycan parlamentinin bir qrup deputatı da iştirak etmişdir.