Gün: Yanvar 17, 2018

Fazil Məmmədov 4 bahalı maşını nazirliyə bağışladı

Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobili Vergilər Nazirliyinə bağışlayıb.

Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.

Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890

“Palmali”nin 14 gəmisi hazırda SOCAR-dadır – Rəsmi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) son günlərdə mediada yayımlanan yanlış məlumatlara aydınlıq gətirib.

Şirkətdən Report-a verilən məlumata görə, SOCAR və Palmali Qrup arasında əvvəllər mövcud olmuş Daşıma Xidmətləri Müqavilələrinə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib:

“Tərəflər arasında heç bir zaman birgə müəssisə (ortaq şirkət) mövcud olmamışdır. SOCAR hazırda özünə məxsus malların daşınmasını özünə aid resurslar vasitəsilə həyata keçirir. Son günlərdə mətbuatda qeyd olunan 14 gəmi isə SOCAR tərəfindən satın alınmışdır. Bu gəmilər əvvəllər Palmali Qrupuna məxsus olmuş, lakin sonradan tərəflər arasında bərabər şəraitdə aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılığa və alqı-satqı mü

65 yaşı tamam olmuş müəllimlər… – Ekspertdən açıqlama

Artıq yeddi ilə yaxındır ki, Azərbaycanda müəllimlərin işə qəbulu və fəaliyyəti zamanı yaş senzi tətbiq olunur. Belə ki, mövcud qanunvericiliyə əsasən, yaşı 65-ə çatmış müəllimlərlə əmək müqaviləsi yalnız müəyyən kriteriyalar əsasında bağlanır.
Təhsil üzrə ekspert Kamran Əsədov bizimyol.info-ya bildirib ki, aparılan araşdırmalara görə, ölkədə fəaliyyət göstərən 4500-ə qədər orta ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş təxminən 2900 müəllim fəaliyyət göstərir: “İlk növbədə qeyd etmək istəyirəm ki, işə götürən ilə işçi arasında münasibətlər Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilir. Vacib bir məsələni qeyd edim ki, yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 14

Bu səhər: Kürdlər Afrindən qaçmağa başladı, türk ordusu gəlir

“Türkiyə düyməyə basıb, Suriya ərazisinə növbəti həri müdaxiləyə günlər, bəlkə də saatlar qalıb. Ankara qərarında haqlıdır, Vaşinqtonun 30 min kürdü sillahlandırıb sərhəddə yerləşdirməsi istəyi birbaşa Türkiyənin ərazi bütövlüyünə təhdiddir”.

 
Bu fikirləri politoloq Elxan Şahinoğlu yazıb.
 
“Ancaq iki suala cavab məni maraqlandırır. Birinci sual:

Azərbaycanda 305 vəzifəli şəxs barəsində cinayət işi başlanılıb

Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində barəsində 214 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, məhkəmələrə göndərilən 305 şəхs bаrəsində 214 cinayət işindən 127 şəxs barəsində 83 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 67 şəxs barəsində 56 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 35 şəxs barəsində 25 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə,

Azərbaycan tezliklə Qarabağda müharibəyə başlaya bilər – Moskvanın yeni təklifi

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli üzrə vacib saydığı mərhələli həll istənilən halda 5 rayonun Azərbaycana qaytarılması deməkdir.

Bunu İstiPress-ə müsahibəsində Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.
Məsələ bundadır ki, Sergey Lavrov dünən Moskvada bəyanat verərək Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinin vacibliyini vurğulmışdı. Rusiya XİN başçısı həm də Azərbaycanla strateji tərəfdaşlıqdan razı olduqlarını bildirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə Lavrovun bu açıqlamasını dəstəklədiyini bəyan etmişdi. Erməni KİV-ləri və ermənipərəst Rusiya mətbuatı isə bunu erməni diplomatiyasının qələbəsi kimi şərh etməyə çalışıb.

Fazil Məmmədovun Ukraynadakı mülkləri – 5 ulduzlu hoteli, siqaret, təkər zavodu… – FOTOLAR

Sabiq vergilər naziri Fazil Məmmədovun ölkədən çıxardığı 4 milyard yarımlıq “qara pul” qaçaqçılığına görə təftiş aparılır.

Bu haqda məlumatı musavat.com yayıb. Sayt yazır ki, sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.
Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrod

Ərəblər Bakıda hotel biznesinə girişir

Natiq Cəfərli: “Çox yaxşı olardı ki, onlar öz oyun qaydalarını Bakıya gətirməkdən çəkinsinlər”

Ərəb investorlar Bakıda daşınmaz əmlak obyektləri almağa başlayıb. Onlar başlıca olaraq yeni binalar və hotellərə maraq göstərir, hətta paytaxtda hotellərin tikinti şəraiti ilə maraqlanırlar. Bu haqda “abc.az” saytı məlumat yayıb. Məlumatda bildirilir ki, təkliflər əsasən Qətər və İraq vətəndaşlarından daxil olur. Həmçinin bildirilir ki, son vaxtlar adıçəkilən ölkələrdən olan turistlərin sayı əhəmiyyətli dərəcədə artır. Onlar öz turistlərinə hotellərdə özləri xidmət göstərmək istəyir, belə ki, ölkəyə gələn ərəb vətəndaşların çoxu öz mətbəxlərinə üstünlük verir. Bu da əsas səbəblərdən biridir.

“Ərəb investorları, əsasən, Bakının mərk

Supernazirliyin yaradılması nəqliyyat və rabitə sektorlarına nə vəd edir?

Vahid Əhmədov: “Nəqliyyat sahəsində siyasəti aparan bir neçə yox, bir orqan olmalıdır”; Fikrət Yusifov: “Tranzit yükdaşımalar sahəsində tariflərin müəyyən edilməsindəki boşluqlar aradan qaldırılacaq”
Prezident İlham Əliyev nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə bir sıra tədbirlərin görülməsi barədə fərman imzalayıb. Fərmana əsasən nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) haqqında Əsasnamə” təsdiq edilib, Dövlət Dəniz Administrasiyası əsasında NRYTN yanında Dövlət Dəniz Agentliyi yaradılması, bundan başqa, Dövlət Mülki Aviasiya Administrasiyası əsasında da NRYTN yanında Dövlət Mülki Aviasiya Agentliyi yaradılması barədə tapşırıq verilib. Fər

Ərdoğandan NATO-ya xəbərdarlıq: Bunu etsəniz…

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

Danışıq zamanı Ərdoğan Suriyada YPG-nin başçılığı ilə DSQ-yə bənzər yeni qüvvənin yaradılmasını qəbul etməyəcəklərini bildirib.

Türkiyə lideri deyib ki, belə bir qüvvənin yaradılması Suriyanın sabitliyinə və təhlükəsizliyinə ciddi zərbə vuracaq.

Ərdoğan əlavə edib ki, Türkiyə konstitusion haqlarından istifadə edərək sabitliyini və təhlükəsizliyini qoruyacaq.

Öz növbəsində Stoltenberq də vurğulayıb ki, terror hücumlarından qorunmaq Türkiyənin ən ali haqlarından biridir.   /Axar.az/

Kiyevdə vəziyyət nəzarətdən çıxır – Ali Rada mühasirəyə alındı – FOTOLAR

Ukrayna Ali Radasının deputatları ölkənin şərqində yaradılan Donetsk və Luqansk “xalq respublikaları”nı terror təşkilatı kimi tanımaqdan imtina ediblər.

Bu haqda “News One” telekanalı bildirib.

Məlumata görə, Donbasın reinteqrasiyası haqqında qanun layihəsinə təklif olunan düzəlişə 340 parlament üzvündən yalnız 76-sı səs verib.

Ali Rada ikinci oxunuşda sənədə baxır. Sənəd sülh vaxtı prezidentə ölkənin müstəqilliyinin müdafiəsi üçün silahlı qüvvələrdən istifadə etmək hüququ verir. Onun qəbulu müharibə elan etmədən ölkənin şərqində ordunun tətbiqini qanuniləşdirməyə imkan verəcək.

“Xəlil Rzanın yaxşı şeirləri ilə yanaşı, konyuktura üçün yazılmış, bədii dəyəri yüksək olmayan şeirləri də mövcuddur”

Fazil Mustafa

Millət vəkili

Gənc yazıçı Kəramətin Xəlil Rza və şəhid oğlu haqqında söylədiklərinə görə üzr istəməsi doğru bir addımdır. Çünki kimsəni qızışdırıb Vətəni qorumağa göndərmirlər, bu bir könül işidir və Xəlil Rza da, oğlu da bu Vətənin şəhidləridir. Ata sözün şəhididir, oğlu da savaşın şəhididir. Hər ikisinin Allah qatında mükafatı veriləcək. Bu məsələdə irad bildirənlər haqlı idi və bu üzrxahlığı da anlayışla qarşılamaq lazımdır. Xəlil Rzanın bir şair kimi qiymətləndirilməsi məsələsinə etirazlara gəldikdə isə, burada hansısa ittihamı sağlam düşüncə ilə uzlaşdırmaq olmaz. Bu bir ədəbi zövq məsələsidir, Xəlil Rzanın yaxşı, maraqlı şeirləri və tərcümə əsərləri ilə yanaşı, konyu

Kəramət Xəlil Rzanın və Təbriz Xəlilbəylinin ruhundan üzr istədi – MƏTN

Gənc yazar Kəramət Böyükçöl özünün Feysbuk səhifəsində bir neçə gün qabaq Xəlil Rza Ulutürk haqda yazdığı statusuna görə  üzrxahlıq edib.

 

“Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir.

P.S. Mənim məlum statsumu tirajlayan saytlardan xahiş edir

Nə yesəniz də, toyuq əti yeməyin!

“Roskontrol” qeyri-kommersiya təşkilatı bazara broyler toyuqları çıxaran 6 brenddə yoxlamalar aparıb.

Yoxlamalar zamanı həmin ətlərdə antibiotiklər, təhlükəli bakteriyalar və ərzağın kütləsini artırmaq üçün istifadə olunan duz məhlulu inyeksiyasının əlamətləri aşkar edilib.

Yoxlamalara “Petelinka”, “Rjevskoe podvorye”, “Miratorq”, “Yasnıe zori”, “To, şto nado!” və “Kajdın den” brendlərinin məhsullarının cəlb edildiyi bildirilib.

Məlumata görə, bir çox nümunələrdə mikroorqanizmlər normadan 20-30 dəfə çox olub ki, bu, sanitar qaydaların, istehsal texnologiyasının, saxlanma və istifadə müddətinin pozulması deməkdir.   /Unikal.org/