Gün: Yanvar 18, 2018

İlham Əliyevin vəzifəyə təyin etdiyi Nəcəfov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında (PA) kadr təyinatı olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, Etibar Nəcəfov administrasiyanın Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinə müdir təyin edilib.

Etibar Əli oğlu Nəcəfov 1963-cü il martın 7-də Azərbaycan SSR-nin Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Atası və anası müəllim işləyiblər. 1980-ci ildə Daşkəsən rayonu A.S.Puşkin adına orta məktəbi bitirib, elə həmin ildə Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olub. 1985-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib və universitetin fəlsəfə fakültəsinin əyani aspiranturasına “Sosial fəlsəfə” ixtisası üzrə qəbul olub. 8 dekabr 1988-ci ildə “Elmi-exniki tərəqqinin sürətlənməsində imk

“Türkiyə buna icazə verməyəcək” – Ankaradan ABŞ-a SƏRT MESAJ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısı başa çatıb.
4 saat 20 dəqiqə davam edən toplantıdan sonra yazılı açıqlama verilib.
Açıqlamada Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirilir.
Bildirilir ki, NATO üzrə müttəfiqi olan bir dövlətin (ABŞ-dan söhbət gedir – red.) Türkiyənin təhlükəsizliyini nəzərə almadan terrorçuları ortaq elan edərək silahlandırılması kədərlə qarşılanıb. Həmçinin PKK/PYD-YPG terror təşkilatına verilən silah, hərbi texnika və digər hərbi məhsulların tezliklə toplanması açıqlamada vurğulanıb.  /Publika.az/

Trampdan daha bir qalmaqallı hərəkət — CNN-in müxbirini mətbuat konfransından qovdu + VİDEO

ABŞ prezidenti Donald Tramp daha bir qalmaqala imza atıb.

Tramp bu dəfə CNN kanalının müxbiri Cim Akostanı Oval saraydan qovub. Hadisə Donald Trampla Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Oval sarayda keçirdiyi birgə mətbuat konfransı zamanı qeydə alınıb.

Belə ki, Cim Akosta Trampa “ABŞ-a daha çox Norveç vətəndaşının gəlməsini istəməyiniz doğrudurmu”, – deyə sual verib.

Amerika rəhbəri isə onun sualını belə cavablandırıb: “Mən onların hər yerdən gəlməsini istəyirəm”. Cim Akosta yeni bir sual vermək istəyəndə isə ABŞ prezidenti ona barmaqla işarə edərək, “Buranı tərk et” deyib.

Hadisədən sonra C.Akosta açıqlama verib: “Sual

Ərdoğanın anonsunu verdiyi MÜHARİBƏ BAŞLADI – İlk zərbədə çoxlu ölən var

Türkiyə Silahlı qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçiriləcək əməliyyatın ilk mərhələsi olaraq PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) terrorçularına “reaksiya ölçmə atəşi” açıb.

Afrin və ətrafdakı terrorçuların hədəflərinə endirilən zərbələr nəticəsində 30 terrorçü öldürülüb.

Məlumata görə, Afrin əməliyyatında quru güclərini təşkil edəcək Azad Suriya Ordusunda hazırlıqlar tamamlanıb. 20 minə qədər döyüşçü Afrinə girmək üçün əmr gözləyir.

Gərginliyin artdığı Afrində vətəndaşlar kiçik qruplar şəklində qaçmağa başlayıblar. Onların Hələbin şimalına hərəkət etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu isə PYD-nin işğalında o

Prezident müəllimlərin maaşını artırdı – Sərəncam

Prezident İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalış

Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov təyin edilib.    /APA/

Sürücülərə şad xəbər: Cərimələr silindi

Dünəndən başlayaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Sistemində (dyp.gov.az), ASAN xidmətin Asanpay.az saytında və Daxili İşlər Nazirliyinin [email protected]ında qayda pozan sürücülərə tərtib olunmuş elektron protokolların bir qisminə xitam verilməsinə başlanılıb.

DİN rəhbərliyinin göstərişi əsasında sistemdən silinən cərimələr bir il ərzində qərarsız görünən və sürücüyə çatdırılmayan MMX protokollardır.

Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında məlumatı təsdiq edib. Bildirib ki, həqiqətən də iki gündür sürücülərə tərtib olunmuş, DYP-nin Mərkəzi-Məlumat Sistemində qərarsız görünən, bir il ərzində sürücüyə çatdırılmayan elektron protokollara xitam verilməsinə başlanılıb: “Artıq DYP-nin, ASAN xidmətin və Daxil