ADAU-nun tələbə evində “QANLI YANVAR” filmi nümayiş olunub

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə evində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib, “Qanlı Yanvar ”filmi nümayiş olunub.
Universitetin Tələbə evində keçirilən tədbiri təhsil müəssisəsinin Tərbiyə İşləri üzrə prorektoru Aidə Qasımova açıb, 20 Yanvar faciəsi barədə geniş məlumat verib və həmin günü azadlığa, müstəqilliyə gedən yolun başlanğıcı adlandırıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonda ssenarist Vahid Mustafayevin “Qanlı Yanvar” filmi nümayiş olunub. Tələbələr filmi maraqla izləyiblər.