Fazil Məmmədov təyyarəsini banka girov qoyub

Təqribən ay yarım əvvəl işdən azad olunan Vergilər naziri Fazil Məmmədovun əmlakları, biznes sahələri barədə mütəmadı ölkə mediasında müxtəlif xəbərlər yer alır.

Sabiq nazirin ölkə rəhbəri yanında etimadını itirməsinin səbəbi olaraq isə özünün və yaxın ətrafının külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi ilə izah edilir.

Qeyd edək ki, Fazil Məmmədovun büdcədən oğurladığı milyardlar sayəsində müxtəlif şirkətlər, yüzlərlə mənzil, villallar, lüks avtomobillər hətta təyyarəsinin belə olması barədə ölkə mətbuatında müxtəlif yazılar dərc edilır. Sabiq nazirlə bağlı AzFakt.com-a daxil olan ilginc məlumatda bildirilir ki, ölkə mediasında yazıldığı kimi həqiqətən də Fazil Məmmədov bir neçə il əvvəl özünə “Qolfstrim” təyyarəsi alıb.

Sabiq nazirin ailəsinə yaxın olan şəxslərdən birinin saytımıza verdiyi bu məlumatda qeyd edilir ki, Fazil Məmmədovun “Qolfstrim” təyyarəsi hazırda ölkədə fəaliyyət göstərən banklardan birində kredit girovluğundadır. Məlumata görə Fazil Məmmədov vergilər naziri işlədiyi dövrdə şəxsi təyyarəsini külli miqdarda kredit qarşılığında girov qoyub. Hazırda isə həmin kreditin qaytarılmasında problemlər yaranıb.

Bildirək ki, nazirin şəxsi təyyarəsinin qiymətini və hansı banka, nə üçün girov qoyması ilə bağlı yaxın günlərdə oxucularımıza daha ətraflı məlumat verəcəyik.  /Cebhe.info/