İsa Qəmbər Mərkəzi Klinikadan bu mesajla ayrıldı – FOTO

Ötən həftə ürəyinə stend qoyulan Azərbaycan Milli Məclisinin sabiq sədri,  Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər bu gün Mərkəzi Klinikadan çıxıb.

Turkustan.info xəbər verir ki, bu barədə İsa Qəmbər özü Facebook səhifəsində yazıb. O, xəstəxanadan çıxarkən çəkdirdiyi fotonu aşağıdakı mesajla paylaşıb:

Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!
p.s. Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi:)