Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər – Vətənin qələbə rəmzi” adlı tədbir keçirilib.
Şəhidlər xiyabanında baş tutan tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB üzvü Hafiz İmamnəzərli, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Sonra S.Sarvan adına uşaq poeziya klubunun üzvləri – İlahə, Xoşqədəm Bağıyevalar, Ayan Ağayeva, Zəhra Bəşirli, İsmayıl Hüseynov, Lətifə Mahmudova, Ərtoğrul Salıflının ifasında səslənən şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda S.Sarvan adına Uşaq Poeziya Klubu üzvlərinin tərtib etdiyi qətnaməni Rəsul Bəhmənli oxuyub və sülh rəmzi olan göyərçinlər havaya buraxılıb.
Nizami Gəncəvi adına Kitabxana Klubda “Qanlı şənbəyə gedən yol” başlıqlı portret günü keçirilib. Tədbirdə oxuculara faciə haqqında geniş məlumat verilib, videoçarx və ədəbiyyat sərgisi nümayiş olunub. Sonra kitabxananın fəal oxucuları 20 Yanvarda şəhid olmuş Larisa Məmmədova,Vera Bessantina, İlqar İbrahimovun foto şəkillərini tutaraq onlar haqqında məlumat verib, faciəyə həsr olunmuş şeir nümunələri söyləyiblər. Daha sonra tədbir iştirakçıları Kitabxana Klubun nəzdində fəaliyyət göstərən “Rəsm” dərnəyiin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonda tədbir iştirakçıları Şəhidlər Xiyababını ziyarət ediblər.
Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında “Bakı, 20 Yanvar, 1990” adlı sərgi tərtib edilib. Sərgidə muzeyin fondlarında mühafizə olunan XX əsrin 90-ci ilində baş vermiş ən dəhşətli faciəsinin fotoşəkilləri, qəzet materialları, sənədlər, fotoalbomlarla yanaşı, sumqayıtlı rəssamlar M.Cəfərov və N.Dadaşovun təsviri incəsənət əsərləri də yer alıb.
Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə gənc müqənillər: İlkin Əlizadənin ifasında “Cənab Leytnant”, Ədalət Daqlının ifasında “Şəhidlər”, Zaur Yusiflinin ifasında isə “Heydər Xalqım deyecək” mahnıları dinlənilib, mədəniyyət evinin rəssamlıq kursunun şaqirdlərinn rəsmlərindən ibarət sərqi, o cümlədən, S.Vurğun adına Mərkəzi Kitabxananın fondunda əks olunan ədəbiyyatlardan ibarət sərgi təşkil edilib.
“Dostluq” mədəniyyət evində də 20 yanvar şəhidləri anılıb. Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənilib, musiqi nömrələri ifa edilib. Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Leyli Əliyeva, Bəhlul Nağdıyevin ifalarında şerləri, xor kollektivinin çıxışı,balabanda Naib Zəkiyevin ifası səslənib.
Zəngilan rayon kənd klubunda məktəblilərin iştirakı ilə rəsm sərgisi keçirilib, Tarix Diyarşünaslıq Muzeyində filim nümayiş etdirilib. Rayon mərkəzi kitabxanasında “Qanlı yanvar” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Məhruzə Cəfərova və qonaqlar çıxış edərək 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat veriblər. Sonra tədbir iştirakçıları kitabxanada tərtib olunan “Qanlı 20 yanvar” adlı sərgi ilə yaxından tanış olublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti
  • Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib