Gün: Yanvar 19, 2018

Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib – FOTOLAR

20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı müxtəlif kompozisiyalardan ibarət tədbir keçirilib. Əvvəlcə qonaqlar Mərkəzin foyesində Bakının küçələrində azadlıq istəyən geniş xalq kütlələsinə qarşı sovet ordusunun döyüş hissələrinin […]

Bakıda banka basqın – Silahlı quldur cinayət başında tutuldu – VİDEO

Bakıda banklardan birinin filialına basqın olub. Bıçaqlı şəxs xəzinədarı girov saxlayaraq bankın digər əməkdaşlarından pul tələb edib. Mühafizə polisinin çevikliyi ilə həmin şəxs zərərsizləşdirilib. Bıçaqla silahlanan şəxs banka basqın edib. Hadisə ötən gün banklardan birinin paytaxtın Yasamal rayonu ərazisindəki filialında baş verb. Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan bankdan Mərkəzi […]

Putin buz kimi suyagirdi – VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Seligerdə Nilo-Slobenskaya kişi monastırını ziyarət edib. Turkustan.info məlumatına görə, Rusiyanın dövlət başçısının mətbuat katibi Dmitri Peskovun dediyinə görə, Putin Seliger gölündə xaç suyunu girmə mərasimində də iştirak edib. Havanın temperaturunun -7 olmasına baxmayaraq Putin şaxtada suya girib və çimib. Prezidentin buzlu suda çimməsi videoya çəkilib. […]

Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Yanvarın 19-da Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Bakı Atatürk Liseyinin müdiri Hüseyn Dəmirəlin, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərovanın, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq-muzeyinin direktor müavini Təranə Balayevanın, Türkiyənin Qaziantep Universitetinin Türk Musiqisi Konservatoriyasının müəllimi dr. […]

10 minə yaxın məhkumun cəzası YÜNGÜLLƏŞDİRİLƏCƏK

Yanvarın 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində 2017-ci ilin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib. Turkustan.info bildirir ki, xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, müşavirədə xidmətin Baş İdarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər. Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru […]

Erməni deputat əhalini etiraza SƏSLƏDİ: “Çıxın küçələrə…”

“Qiymət artımının qarşısını alınmasına dair bu gun bizdə xüsusi bir tapşırıq var” Turkustan.info erməni mətbuatına isitinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan ölkədə vergilərin artırılmasına dair etiraz olaraq fikirlərini səsləndirərkən deyib. Paşinyan qeyd edib ki, onlar siyasi vəzifəni bu cür müəyyənləşdirirlər: Ermənistan Respublikasının vətəndaşları iqtisadi […]

Bakıda “ölümə gedən piyada” kameraya düşdü – VİDEO

Bakının Nərimanov rayonunda baş vermiş qəzanın görüntüləri yayılıb. Turkustan.info xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. Belə ki, avtobusdan düşüb yolu təyin olunmamış yerdən qaçaraq keçmək istəyən piyadanı “Tofaş” markalı avtomobilin sürücüsü vurub. Zərbə nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.  […]

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

NASA və ABŞ Energetika Nazirliyi kiçik ölçülü nüvə reaktoru hazırlayırlar. Turkustan.info “Trend”ə istinadən xəbər verir ki, reaktordan kosmik məkanın araşdırılması və ya Ay və Marsın öyrənilməsi üçün istifadə oluna bilər. Qurğunun növbəti sınağı martda Nevada səhrasında keçiriləcək. “Kilopower” adlandırılan reaktorun gücü 1-dən 10 kVt-dək olacaq və 10 il istifadə ediləcək. […]

“Lotu Quli” həbs olundu

İki gün əvvəl Türkiyənin hüquq-mühafizə orqanları İstanbulun Kaşıbeyaz restoranında əməliyyat keçirib. Turkustan.info bildirir ki, Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, əməliyyat zamanı “Lotu Quli” ləqəbi ilə tanınan “qanuni oğru” Nadir Səlifov və onun adamları saxlanılıb. Ümumilikdə saxlanılan şəxslərin say 35 nəfər olub. Onlar 9 saat nəzarətdə qalbılar. “Lotu Quli”nin üzərinə […]

Hansı bürcün qadını daha güclüdür? – XARAKTERİSTİKA

Bəzisi gücü və nəzarəti sevir, bəziləri yaradıcılığı və ya xəyalpərəstliyi ilə tanınır. Bürclərin qadınlar üzərində fərqli təsirləri ola bilir. Bəs siz bürcünüzün hansı xüsusiyyətlərə malik olduğunu bilirsiniz? QOÇ Qoç qadınları güclü və idarəedən qadınlardır. Onlar sahib olduqları gücün çox cazibədar olduğunun fərqindədirlər. Qoç qadınları hərəkətlərinin nəticəsini bilir və başqalarına da […]

Fazil Məmmədovun ətrafında müəmmalı sükut

Ötən il dekabrın 5-də Fazil Məmmədov qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Ümumilikdə isə 2017-ci ilin ilk aylarından başlayaraq Fazil Məmmədovun ətrafında çox ciddi proses getdiyi müşahidə olunurdu. Görünən o idi ki, […]

​ “WhatsApp”-dan daha bir yenilik

“WhatsApp” yeni “WhatsApp Business” adlı tətbiqini yayımlayıb. Turkustan.info-nun xəbərinə görə, proqram “Facebook” tərəfindən pulsuz olaraq yüklənmək üçün təqdim edilib. Bu tətbiq kiçik şirkətlərin potensial müştərilər tərəfindən tanınmasını asanlaşdıracaq. Şirkət sahibləri üçün nəzərdə tutulan bu yenilik “WhatsApp” üçün bir şirkət profili yaradıb şirkətin məqsədini göstərməyinizə icazə verir. Şirkət üçün elekron poçt […]

Prezident yeni sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev 2018 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasında […]

Yerevanda bahalaşmaya qarşı etiraz aksiyası keçirilir

İrəvanda “Çıxış” bloku qiymətlərin artmasına etiraz olaraq nümayiş keçirir. Turkustan.info-nun APA-ya istinadən verdiyi məlumata görə, etiraz aksiyası Şarl Aznavur meydanından başlayıb. “2018-ci ilin ilk günlərindən etibarən ölkədə qiymətlər artmağa başlayıb. Eyni zamanda sosial vəziyyət çox ağırdır. Biz qiymət artımına və verginin yükünün ağırlığına “Yox” deyirik”, – deyə blokun bəyanatında bildirilir.

Krım və Donbas üçün SİQNAL: Ukrayna yeni müharibəyə hazırlaşır

Ukrayna Ali Radasında Donbasın reinteqrasiyası haqqında qanunun qəbulu Kiyevin yeni müharibəyə hazırlığının sübutudur. Turkustan.info “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bildirilir ki, qanun Donbas münaqişəsinin güc yolu ilə həllini nəzərdə tutan xəttin qanunvericilikdə təsdiqlənməsidir. Qeyd edək ki, Ukrayna Ali Radası “Donetsk və Luqansk […]

Bu, qarşıdakı yüzillikdə müharibələrin əsas səbəbi olacaq – NASA-dan qorxunc proqnoz

Qarşıdakı yüzillikdə müharibələrin əsas səbəbi içməli su olacaq. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, belə proqnozu Amerika Milli Kosmik Agentliyinin (NASA) iqlim üzrə mütəxəssisi Tomas Painter səsləndirib. “Buzlaqlarını itirmiş bir ölkəsiniz, bir müddət sonra qonşu ölkəyə su üçün müraciət edəcəksiniz. Qonşu ölkə də suyunu bir neçə dəfə səninlə paylaşar, […]

85 yaşlı qəzetin 25 yaşlı baş redaktoru

Fəridə Ağazadə: “Məqsədim irəli getmək, elm-təhsilə önəm vermək və millətimə xeyirli bir insan olmaqdır”  “Bakıda qəzetləri yaşadacaq istənilən qədər insan var. Amma region qəzetinə yeni düşüncə gəlməlidir. Qəzetin sanki mənə ehtiyacı var idi. Mən bu qəzeti yaşatmaq istədim. Fikirləşdim ki, Bakıya getsəm, onu kim yaşadacaq? Rayonda müxbir, baş redaktor tapmaq […]

Aprel döyüşlərində düşməni məhv edən silahların yeni partiyası Azərbaycana gətirildi – FOTO + VİDEO

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və […]

Tovuz-Qovlar dəmir yolu xətti əsaslı təmir olunur – FOTOLAR

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Tovuz-Qovlar mənzilində 7,8 km-lik yolun təmirinə start verilib. Turkustan.info “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir […]

“Dolu” filmi Bakı Xoreoqrafiya Akademiyasında – Fotolar

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əməkdar jurnalist, Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın iştirakı ilə onun ssenarisi əsasında çəkilmiş ” Dolu” filmi nümayiş olunub.  Filmin nümayişindən öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə BXA-nın rektoru , […]

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat şöbəsindən Turkustan.info-ya verilən məlumata görə, bu, 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədardır. Qeyd edilib ki, yanvarın 21-dən etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Müharibə riski: Pentaqon Ankaranı inandıra bilmədi

“ABŞ Suriyadakı yerli birləşmələrlə hazırlığı dayandırmır, ancaq söhbət yeni ordunun yaradılmasından getmir”.  Turkustan.info xəbər verir ki, bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin saytında yer alıb.  Məlumatda bildirilir ki, Suriyada yerli təhlükəsizlk qüvvələrinin hazırlığı davam etdiriləcək: “Bu hazırlıq dağıdılmış qəsəbələrə qayıdan sakinlərin təhlükəsizliyinin təmini, həmçinin terrorçu İŞİD-in həmin bölgələrə qayıdışının qarşısını almaq üçündür. […]

İzmirdə Xocalı soyqırımına park açılacaq – FOTO

İzmirdə Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş park və abidə açılacaq. Turkustan.info bildirir ki, bu barədə məlumatı İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədri, Dr.Asif Kurban verib. “Bu günlərdə Balçova bələdiyyə başqanı Mehmet Ali Çalkayanı cəmiyyət olaraq ziyarət etdik. Bələdiyyə sədrinə və heyətinə Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna və əməkdaşlığına göstərdiyi dəyərli […]

İcazə verildi: Azərbaycanda at əti…

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın “AZMEAT777” şirkətinə Gömrük İttifaqı ölkələrinə at əti ixrac etmək icazəsi verib. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi. Turkustan.info bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az-a deyib ki, şirkət Rusiyanın Federal Baytarlıq və […]

”Cümhuriyyət İli” kimlərin ilidir?

Ləman Məmmədova/Blogger Artıq heç kəs tarixi fürsətini qaçırdığından şikayət etməsin! ”Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq…” demişdi bu tarixin əsasını qoyan M.Ə. Rəsulzadə. Hürriyyət elə bir məfhumdur ki, yalnızca aydınlar onun Günəşinin nə dərəcədə parlaq olacağını təxmin edə bilərdilər. Tarix elə təcəlli etdi ki, bu Günəşi elə o aydınlar doğurdu. […]

“Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR

Bu gün Bakı şəhərində fəaliyyət göstərən “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin kollektivi 20 Yanvar ümumxalq anım günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Turkustan.info xəbər verir ki, mərkəzin əməkdaşları Azərbaycanın istiqlaliyyəti uğrunda həyatlarını qurban vermiş şəhidlərimizi xatirəsini yad edərək məzarları üzərinə gül qoyublar. “Güzgü” Dəyişim və İnkişaf Mərkəzinin rəhbəri Fərqanə Mehmanqızı […]

Azərbaycan ordusu şəhid verdi

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mənəfov İbrahim Möhsüm oğlu şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!

“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”

“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir” Bu sözləri “Okuklu” holdinqin sahibi,Türkiyəli siyasətçi Yılmaz Okuklu Ankarada Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Avrasiyanın enerji şahmatında Türkiyənin rolu” tədbirində çıxışı zamanı bildirib. “Bu gün Türkiyə-Azərbaycan iqtisadi əlaqələri daha da güclənməlidir. Ölkə rəhbərləri səviyyəsində əlaqələrimizin inkişafı xüsusi prioritet təşkil […]

Təbrizin “Traktor” klubuna yeni məşqçisi Türkiyədən gəldi – Ertuğrul Sağlam

Traktorsazi komandasına yeni bir baş məşqçi gətirmək üçün Türkiyədə müzakirələr aparan klub məsulları Mustafa Dənizli ilə razılaşa bilmədikdən sonra, Beşktaş komandasının sabiq baş məşqçisi Ertuğrul Sağlam ilə razılaşıblar. Keçən günlərdə Türkiyə qəzetləri və İran xəbər agentlikləri, məşhur baş məşqçi Mustafa Denizlinin Təbrizə gedəcəyinə dair məlumat vermişdilər. Amma əvvəllər də İranda […]

Zenfira oxudu, Tatlısəs ağladı – VİDEO

Türkiyə mətbuatı azərbaycanlı müğənni Zenfira İbrahimovadan yazıb. Turkustan.info xəbər verir ki, qardaş ölkə mətbuatı həmyerlimizi “Dişi İbo” adlandırıb. Belə ki, müğənni Türkiyədə pərəstişkarı olduğu İbrahim Tatlısəsin restoranına baş çəkib və məşhur müğənni üçün mahnı ifa edib. Tatlısəs Zenfiranın ifası qarşısında göz yaşı töküb. İfaçı isə İbrahimin xoşbəxt olması üçün orada […]

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın dövr ərzində keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri müəyyən olunub. Turkustan.info xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, dövlət qulluğuna qəbul imtahanlarının ayda 1 dəfə keçirilməsi nəzərdə tutulur. Hazırda inzibati rəhbər (A növü) vəzifələr üzrə yanvarın 27-də keçiriləcək müsabiqənin test imtahanına […]

Bakıda şok olay: Dayı 13 yaşlı bacısı qızını dəfələrlə zorladı

Bakıda azyaşlı qızın dəfələrlə zorlanması faktı qeydə alınıb. Turkustan.info xəbər verir ki, bu barədə Oxu.Az-a Binəqədi rayon Polis İdarəsindən məlumat daxil olub. Məlumata əsasən, 2017-ci ildə Binəqədi qəsəbəsinin 13 yaşlı sakini müxtəlif vaxtlarda bir neçə dəfə zorlanıb. Azyaşlıya təcavüz edən şəxs zərərçəkənin eyni ünvanda yaşayan dayısı, 1993-cü il təvəllüdlü R.Babayevdir. […]

Tibb dünyasında xərçənglə bağlı YENİLİK

Alimlər tibbin ən böyük hədəflərindən birinə bir addım daha yaxınlaşıb. Turkustan.info xarici Kİv-lərə istinadən xəbər verir ki, ABŞ-ın Con Hopkins Universitetindəki bir qrup alim  xərçəngin 8 fərqli növünü əvvəlcədən aşkar edən bir üsul tapıblar. Hədəfləri xüsusi test yaradaraq xərçəngi daha tez bir zamanda aşkara çıxarmaq və insanların həyatını qurtara bilməkdir. […]

Rusiyada azərbaycanlılar atəşə tutuldu – Ölən və yaralananlar var

Rusiyanın Volqoqrad şəhərində silahlı insident nəticəsində iki azərbaycanlı yaralanaraq koma vəziyyətinə düşüb. Turkustan.info xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin mətbuat xidmətinin nümayəndəsi Anton Kornauxov bildirib. Hadisə axşam saat 20:00 radələrində şəhərin Krasnoarmeysk rayonu ərazisində, Qeroyev Stalinqrad prospektində baş verib. “Russki çay” kafesi qarşısında duran 2 […]

Ticarət mərkəzi alovlandı, sahibkar diri-diri YANDI – Azərbaycanda DƏHŞƏTLİ OLAY

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib. Turkustan.info-nun Trend-ə istinadən verdiyi məlumatına görə, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsada da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri […]

ABŞ və Türkiyə Afrində üz-üzə – Şeytan planı

PKK-nın Afrində möhkəmləndirilməsində əsas məqsəd terror təşkilatının İraqın şimalından başlayan və Suriyanın şimalı ilə davam edən yolla Aralıq dənizinə çıxışını təmin etməkdir. Turkustan.info xəbər verir ki, bu barədə türkiyəli köşə yazarı Taha Dağlı yazıb. “Afrin mövqe etibarı ilə Türkiyə üçün strateji əhəmiyyətə sahib bir yerdir. Bu ərazinin kimin nəzarətində olacağını sadəcə […]

Türkiyəlı alim Ermənistandan gələnlər haqda: “5-10 kilo ət gətirib satır və…” – VİDEO

Türkiyə kanallarından birində türk alim Emin Gurses Ermənistan və Gürcüstandan gələnlərin turist kimi nəzərə alınmasına reaksiya verib. Turkustan.info A24.az-a istinadən bildirir ki, Emin Gurses  Türkiyənin ölkəsinə gələn turistlərin say çoxluğunda  Gürcüstan və Ermənistan əhalisinin qeyd edildiyi statistikaya hirslənib. “Bizim Turizm Nazirliyi turistlərin sayı artır deyə, Gürcüstan və Ermənistandan  gələnlərin say […]

Prezidentin ayırdığı 3 milyonu bu TV-lər böləcək – Siyahı

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən ayrılan 3 milyon manat “Azərkosmos”un xərcləri və digər başqa xərclər hesablanmaqla 5 özəl telekanal arasında bərabər və ədalətli şəkildə bölünəcək. Turkustan.info bildirir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib. Şöbə müdirinin sözlərinə görə, […]

Sarkisyan Ermənistanı başqa bir Sarkisyana tapşırdı: Siyasətçi, diplomat, iş adamı…

Respublikaçılar Partiyasından Ermənistan prezidentliyinə namizədin adı açıqlanıb. Turkustan.info xəbər verir ki, indiki prezident Serj Sarkisyan bu namizədin keçmiş baş nazir, Böyük Britaniyadakı səfir Armen Sarkisyan olduğunu deyib. Görüş bu gün prezident iqamətgahında baş tutub. A.Sarkisyan 23 iyun 1953-cü ildə İrəvanda doğulub, universitetin fizika və riyaziyyat fakultəsinin məzunudur. 2013-cü ildən ölkəni Böyük […]

İşdən çıxarılan həkimdən daha bir ŞOK AÇIQLAMA: “Həqiqət Qədirova Oktay Şirəliyevin tələbə yoldaşıdır” – VİDEO

Xəbər verdiyimiz kimi, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olmuşdu. Bir neçə gün əvvəl tərəflər arasında mübahisəni əks etdirən video sosial şəbəkələrdə yayılmışdı. Direktora etiraz edən tibb elmləri namizədi Səbinə Məmmədova yayılan videoya görə yanvarın 13-də vəzifəsindən […]

Ölü qadın tabutda doğdu

Körpəni anası öləndən 10 gün sonra görüblər. Afrikada baş verən hadisə hər kəsi sözün əsl mənasında şok edib. Turkustan.info-nun İstiPress-ə istinadən məlumatına görə, ölən qadın doğuş edib. Özü də tabutunda. Hadisə Cənubi Afrikada Respublikasında Mbizani vilayətində baş verib. Beş uşaq anası 33 yaşlı Nomveliso Nomasonta Mdoyi dünyasını dəyişib. Ailəsi ou […]

Ermənisayağı dəfn – Ölülər vergi verməlidir

Eçmiədzin merindən “orjinal” qərar. O biri dünyaya ancaq bütün vergiləri ödədikdən sonra getmək olar. Ermənistanda belə qərar veriblər. Eçmiədzin şəhərinin meri şəhər büdcəsini doldurmağın çox “orginal” bir yolunu tapıb. İndi meyit ancaq bütün vergiləri ödədikdən sonra dəfn edilə bilər. “Jamanak” qəzetinin yazdığına görə, şəhər rəhbəri Karen Qriqoryan bu yolla boşalan xəzinələrini […]

Almaniyada ŞOK OLAY: Azərbaycanlı ailə polisi girov götürdü

Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub. Turkustan.info Almaniya mediasına istinadən xəbər verir ki, bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib. Ötən gün gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını […]

Vergilər Nazirliyi ilə Gömrük Komitəsi birləşir? – Aydın Əliyevdən açıqlama

Gömrük Komitəsinin sədri Aydın Əliyev rəhbəri olduğu qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Turkustan.info xəbər verir ki, o, 2017-ci ilin yekunlarına dair hesabat konfransında qeyd edib ki, Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi müstəqil ekspertlərin öz fikridir: “Dünyada digər qurumlarla birləşik fəaliyyət göstərən gömrük xidmətləri var. […]

Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür. Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir? Qanunda nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqanlar […]

1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı tədbirlər planı hazırlanacaq

Azərbaycan Prezidenti İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel […]

İsrail ordusu hücuma hazırlaşır — QORXUNC İDDİA

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan etməsindən sonra İsrailin şok həmləyə əl atdığı barədə xəbərlər yayılıb.

“Haaretz” qəzeti İsrail ordusunun Şərqi Qüdsdəki bəzi nöqtələri hədəf aldığını iddia edib. Məlumata görə, hazırda bölgədə yeni hərbi əməliyyatların başlanmasına hazırlıq işləri görülür.

Fələstinlilərə qarşı hazırlanan əməliyyatların yaxın vaxtlarda reallaşacağı bildirilir.

İsrail hökuməti yayılan xəbərlərə hələlik heç bir münasibət bildirməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. O bildirib ki, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanı

Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı

ABŞ prezidenti Donald Tramp Meksikanı dünyanın ən təhlükəli ölkəsi sayır.

Amerikalı lider bu barədə öz Twitter səhifəsində yazıb.

Tramp iki ölkə sərhədində divarın tikilməsinin zəruri olduğunu xatırladıb:

“Bizə bu divar Meksikadan ABŞ-a narkotik vasitələrin keçirilməsinin qarşısına almaq üçün lazımdır”, – dövlət başçısı qeyd edib.

Meksika ilə sərhəddə divarın ucaldılması Trampın seçkiqabağı əsas vədlərindən biridir.   /Oxu.Az/

Maaşlarımız nə qədər ARTDI?

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Dəyişikliyə əsasən, əməyin 1, 2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 130 (əvvəl 116), 132 (əvvəl […]

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər – Vətənin qələbə rəmzi” adlı tədbir keçirilib.
Şəhidlər xiyabanında baş tutan tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB üzvü Hafiz İmamnəzərli, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Sonra S.Sarvan adına uşaq poeziya klubunun üzvləri – İlahə, Xoşqədəm Bağıyevalar, Ayan Ağayeva, Zəhra Bəşirli, İsmayıl Hüseynov, Lətifə Mahmudova, Ərtoğrul Salıf

Azərbaycan televiziya tarixinə Nahid Hacızadə adı qızıl hərflərlə yazılmalıdır – Sabir Rüstəmxanlı

Bir dostumuzu da itirdik. Tanınmış yazıçımız, ustad televiziya jurnalıstı. dəyərli publisist Nahid Hacızadənin vəfatı xəbərindən üzüldüm.

Ölüm bir görkəmli Azərbaycan ziyalısını da həyatdan qopartdı; bir vətənsevər, yurd sevdalısı, millətinə, dilinə, mədəniyyətinə bağlı olan, öz sənətinin aşiqi, işləməkdən, yazmaqdan, insanlara xeyirxahlıq eləməkdən yorulmayan, dürüst, gözütox, namuslu, fədakar, təvazökar dostumuzu da haqqın dərgahına qovuşdurdu.
Nahidi mən həmişə bu cür görmüş, bu cür tanımışdım. Azərbaycan televiziya tarixinə Nahid bəyin adı qızıl hərflərlə yazılmalıdır, çünki O, televiziyanın bütövlüklə Kommunist Partiyasının nəzarətində olduğu dövrdə, uzun illər bu yeganə rəsmi televiziya kanalında ədəbi-bədii

6 yaşlı qıza təcavüz edib öldürən canidən DƏHŞƏTLİ İFADƏLƏR: Əlindən tutub kolluğa apardım…

1 İyun 2017-ci il tarixdə evinin ətrafındakı parkda oynayarkən qaçırılan və yarımçıqı tikilidə təcavüz edildikdən sonra boğularaq öldürülmüş şəkildə tapılan 6 yaşlı E.U.-nun qatili Murad Şahin məhkəmə qarşısına çıxarılıb. Türkiyənin Yalova şəhərində susmaq hüquqqundan istifadə etmək istədiyini bildirib. Amma caninin prokurorluqda verdiyi qandonduran ifadələri üzə çıxıb. Cani ifadəsində bu sözləri […]

7 ildir axtardığı qızlarını Adnan Oktarın verilişində görən ata həyatının ŞOKUNU yaşadı – FOTO+VİDEO

Avstriyada yaşayan ata uzun müddətdir axtardığı 2 qızının Adnan Oktarın “kedicik”lərindən olduğunu öyrənib.

44 yaşlı Elvan Koçak adlı şəxs iddia edir ki, A9 kanalının sahibi Adnan Oktar onun Şeyma və Büşra adlı qızlarını cinsi istismara məruz qoyaraq öz yanında saxlayır. Qızlarının videogörüntülərini görən ata dəhşətə gəlib və bu barədə Türkiyənin hüquq-mühafizə orqanlarına şikayət edib.

Video görüntülərdə 44 yaşlı kişi 7 il öncə ayrıldığı həyat yoldaşı Gülperi T.-nin Ş.K.(19), B.K.(17) və oğlu M.K(17)-nı da götürüb Avstraliyadan Türkiyəyə gəldiyini və bundan sonra əlaqələrinin kəsildiyini deyib: “Uzun müddətdir övladla

İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev T.Ə.Bünyadovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov “Şərəf” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

GündəmLeave a comment

Aqil Abbas: Azərbaycan nağılları – Göydən 5 rayon düşdü

Milli Məclisin üzvü Bu haqda bir dəfə yazmışam, təkrar çap etmək istəmədim. Biz nağılları çox sevirik axı: Cırtdan-mırtdan, Ağ atlı oğlan, qardaşların kəndirini kəsdiyi Məlikməmməd, at gəldi örkən apardı, it hürən tərəf, işıq gələn tərəf. Həmişə də it hürən tərəfə getmişik, itlər də bizi tutub. Ağlımıza gəlməyib bir dəfə işıq […]

Hansı insanlarla evlənmək olmaz? – 2 psixoloji FAKT

Bu gün ailə qurmaq ərəfəsində olan istər gənc qızların, istərsə də oğlanların bir-birilərini tanıma dövründə bəzi psixoloji məqamları bilməsi vacibdir. İnsan xasiyyətindən və gələcəklə bağlı ipucları verən psixoloji məqamlar insanın evlilik yolunda düzgün seçim etməsinə yardımçı olur. Bəs o zaman tanışlıq müddətində qarşımıza çıxan hansı şəxslərlə ailə qurmamalıyıq?   1 […]

Bu dəfə BMT Qarabağdan danışdı: NÖVBƏTİ VƏD

“Ukrayna, Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı münaqişələr üçün vasitəçilik təşəbbüslərini canlandırmaq lazımdır”.

“Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Qutyerreş keçirdiyi brifinqdə deyib. BMT-nin 2018-ci il üçün fəaliyyətinin prioritetlərini açıqlayan baş katib bildirib ki, əsas prioritet Koreya yarımadasının sülh yolu ilə nüvə silahlarından təmizlənməsi istiqamətində diplomatik səyləri genişləndirməkdir. Qutyerreş son olaraq vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: “İnsan hüquqlarının müdafiəsi dövlətləri və cəmiyyətləri möhkəmləndirir, suverenliyi gücləndirir”.

Fazil Məmmədov təyyarəsini banka girov qoyub

Təqribən ay yarım əvvəl işdən azad olunan Vergilər naziri Fazil Məmmədovun əmlakları, biznes sahələri barədə mütəmadı ölkə mediasında müxtəlif xəbərlər yer alır.

Sabiq nazirin ölkə rəhbəri yanında etimadını itirməsinin səbəbi olaraq isə özünün və yaxın ətrafının külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi ilə izah edilir.

Qeyd edək ki, Fazil Məmmədovun büdcədən oğurladığı milyardlar sayəsində müxtəlif şirkətlər, yüzlərlə mənzil, villallar, lüks avtomobillər hətta təyyarəsinin belə olması barədə ölkə mətbuatında müxtəlif yazılar dərc edilır. Sabiq nazirlə bağlı AzFakt.com-a daxil olan ilginc məlumatda bildirilir ki, ölkə mediasında yazıldığı kimi həqiqətən də Fazil Məmmədov bir neçə il əvvəl özünə “Qolfstrim” təyyarəsi alıb.

GündəmLeave a comment

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə işçilərin maaşı artırılıb

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”ndə dəyişikliklər edib. Qüvvədə olan Vahid Tarif Cədvəlinə əsasən əməyin 1 ,2, 3 və 4-cü ödənilmə dərəcələrinə müvafiq olaraq 116, […]

İsrail ordusu hücuma hazırlaşır — QORXUNC İDDİA

ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan etməsindən sonra İsrailin şok həmləyə əl atdığı barədə xəbərlər yayılıb. Turkustan.info xəbər verir ki,  “Haaretz” qəzeti İsrail ordusunun Şərqi Qüdsdəki bəzi nöqtələri hədəf aldığını iddia edib. Məlumata görə, hazırda bölgədə yeni hərbi əməliyyatların başlanmasına hazırlıq işləri görülür. Fələstinlilərə qarşı […]