Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib – FOTOLAR

20 Yanvar – Ümumxalq Hüzn günü ilə əlaqədar Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı müxtəlif kompozisiyalardan ibarət tədbir keçirilib.

Əvvəlcə qonaqlar Mərkəzin foyesində Bakının küçələrində azadlıq istəyən geniş xalq kütlələsinə qarşı sovet ordusunun döyüş hissələrinin törətdiyi misli görünməmiş faciəyəni əks etdirən video çarğı izləmiş, sonra sərgi salonunda yeniyetmə və gənclərin əl işlərindən ibarət rəm sərgisinə baxış keçirmiş və yeniyetmələrin ifasında şeirlər dinlənilmişdir.
Tədbirdə çıxış edənlər Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov və Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov keçmiş sovet dövlətinin xalqımıza qarşı həyata keçirdiyi bu terror aktının insanlığa qarşı törədilmiş ağır cinayətlərdən biri olduğunu, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını qeyd etmişlər. Bildirildi ki, yalnız Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1990-cı il qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi və terror aktının beynəlxalq ictimaiyyətə tanıdılması istiqamətində mühim işlər görüldü. Vurğulandı ki, Prezident cənab İlham Əliyevin tapşırığı ilə 2009-cu ildə Bakıda “20 Yanvar” dairəsində memorial abidə kompleksi inşa olunmuşdur. Hər il xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, əziz xatirələrini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, Qarabağda da eyni mətinliklə qələbə qazanacağıq. Bu qələbəyə Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.
Sonda rəsm sərgisi iştirakçılarına fəxri fərmanlar təqdim edilmişdir.

  • Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib - FOTOLAR