Zenfira oxudu, Tatlısəs ağladı – VİDEO

Türkiyə mətbuatı azərbaycanlı müğənni Zenfira İbrahimovadan yazıb.

Turkustan.info xəbər verir ki, qardaş ölkə mətbuatı həmyerlimizi “Dişi İbo” adlandırıb. Belə ki, müğənni Türkiyədə pərəstişkarı olduğu İbrahim Tatlısəsin restoranına baş çəkib və məşhur müğənni üçün mahnı ifa edib. Tatlısəs Zenfiranın ifası qarşısında göz yaşı töküb. İfaçı isə İbrahimin xoşbəxt olması üçün orada olduğunu deyib.

Qeyd edək ki, Zenfira İbrahimova 2015-ci ildə “O səs Türkiyə”yə qatılmışdı. O, Ebri Gündəşdən başqa, digər münsiflər Murat Boz, Hadisə və Gökhan-Hakanı özünə tərəf döndərməyi bacarmışdı. İbrahimova Gökhan-Hakan qardaşlarının komandasını seçmişdi.   /Musavat.com/