“Qarabağ tək günlər Azərbaycan, cüt günlər Ermənistan ərazisi olacaq?” – Kreativ təkliflərə komik şərh

“Qarabağ 1, 3, 5-ci günlər Azərbaycanın ərazisi, 2, 4, 6-cı günlər isə Ermənistanın ərazisi hesab olunacaq?”.

Turkustan.info Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı ATƏT-in Minsk qrupunun Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı kreativ təklifinin olması ilə bağlı yayılan iddianın absurd olduğunu bildirib: “Azərbaycanın xarici işlər naziri Minsk qrupu çərçivəsindəki müzakirələr barədə danışarkən deyib ki, Minsk Qrupunun üzvləri bəzi kreativ təkliflər irəli sürüblər. Necə yəni “kreativ təkliflər”?! Bu qədər ağır problem barədə bu nə ifadədir? Yəni ki, Qarabağ 1, 3, 5-ci günlər Azərbaycanın ərazisi, 2, 4, 6-cı günlər isə Ermənistanın ərazisi hesab olunacaq? Ya bunu deyən insan görüş barədə fikirlərini bildirərkən çox uğursuz ifadə seçib, ya da ATƏT-in Minsk qrupu çərçivəsindəki müzakirələr o qədər qeyri-ciddi və komik atmosferdə keçir ki, o, bundan uğurlu ifadə tapmayıb. Bu, bir daha sübut edir ki, Qarabağ dünyanın deyil, yalnız və yalnız bizim özümüzün həll edə biləcəyimiz bir məsələdir”. 

 

69 Baxılıb