Gün: Yanvar 21, 2018

Afrinə ilk Türk bayrağı asıldı – QÜRURLANDIRAN VİDEO – Son dəqiqə

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə yanvarın 20-də başlatdığı hərbi əməliyyatla artıq 9 kənd PKK/PYD terrorçularından təmizlənib. Turkustan.info xəbər verir ki, azad olunan kəndlərdə qurulan postlarda nəzarəti ələ keçirən mehmetciklər bir yüksəklikdə Türk bayrağını qaldırıblar. Həmin anın videosunu təqdim edirik:

İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır. Turkustan.info “Report”a istinadən xəbər verir ki, bu barədə Qasiminin “Tasnim” agentliyində dərc olunan məlumatında bildirilir. “İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir”, — […]

Rusiyadan Qarabağla bağlı ilk addım – YENİ TƏKLİF

Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır. Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, bunun səbəbi Rusiyanın MDB formatı çərçivəsində məqsədlərinə nail ola bilməməsidir: “MDB formatı demək olar ki, öz qüvvəsini itirib. Həmin format 20 il bundan öncə Moskvaya imkan verirdi ki, bu məkanada […]

Türkiyə Ordusundan Afrində rekord dəqiqlik: “Bunun dünya tarixində bənzəri yoxdur”

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın YPG/PYD/PKK terror təşkilatının işğalı altında olan Afrin bölgəsində başladılan “Zeytun budağı” əməliyyatı bir çox məqamları ilə dünyanın diqqətini çəkməkdədir.  Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, 72 hərbi təyyarə ilə başladılan əməliyyat zamanı əvvəlcədən müəyyən edilən 113 hədəfdən 108-i dəqiqliklə vurulub. Türkiyəli terror və təhlükəsizlik […]

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. – İlk sualımı belə qoyacağam. Tez-tez eşidirik ki, kainat nizamlıdır. Kainat həqiqətənmi nizamlıdır, yoxsa keşməkeşlə doludur, xaotikdir? – Kainatda ümumi bir nizam var. Ancaq kainat heç zaman sabit deyil, sakit şəkildə […]

Məhkəmə-bank işbirliyi: Zərəri vətəndaş ödəyir

Bank-vətəndaş münasibətləri getdikcə gərginləşir.Bu gün məhkəmə işlərinin 60 faizdən çoxu məhz problemli kreditlərə aiddir.Problemli kreditlərin həcmi isə günü-gündən artır və bu da problemli kreditlərə görə məhkəmə işlərinin sayının çoxalması deməkdir.Mərkəzi Bankın son açıqlamasına görə, ölkədə vaxtı keçmiş, qaytarıla bilməyən kreditlərin həcmi artır. Təkcə keçən il ərzində belə kreditlər 30 faizə […]

Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib – FOTO

Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb. Turkustan.info-nun “Report”un Cənub bürosuna istinadən verdiyi xəbərə görə, əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində “102” xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətdə olduğu, ötən il oktyabr […]

Bakıdakı klinikalarda yeni “dəb” yayılır – VİDEO

Uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir. Turkustan.info xəbər verir ki, son zamanlar bu hal dəbə düşüb və bir sıra özəl klinikalarda xidmət kimi təklif olunmaqdadır. Ancaq insanların məsələyə münasibəti fərqlidir. Əksər adamlar bunun doğru olmadığını və yaxşı qarşılanmadığını deyirlər. Fotoqraflar da bildirir ki, belə […]

Zəlimxan Məmmədli hansı qəbahətin və cinayətin sahibidir ki…

Gürcüstan niyə belə davranır? – İctimai müzakirəyə təqdim edirəm Hörmətlə,  “Borçalı Cəmiyyəti” İB-nin sədri Zəlimxan Məmmədli Dəyərli soydaşlarım, qeyd edim ki, Borçalı Azərbaycandan kənarda türk ruhunu, əski türk – Dədə Qorqud dialektini, adət-ənələrini bu günə qədər qorumaqda olan tək coğrafiyadır. Bu baxımdan zəngin olan Dərbənd, Qərbi Azərbaycan kimi tarixi ərazilərimiz haqqında […]

Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

“Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir”. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata […]

Afrində PKK-çıların təslim olma anı – FOTOLARDA

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə başlatdığı hərbi əməliyyatda artıq bir neçə kənd PKK/PYD silahlılarından azad olunub. Turkustan.info Türkiyə mediasına istinadla xəbər verir ki, ” Zeytun Budağı” adı verilmiş hərəkatda təslim olan 3 PKK-lının fotoları çəkilib. ÖSO komandirlərindən Feylakuş Dəməşq Afrinin şimal-qərbində yaxalanan terrorçuların fotoşəkillərini paylaşıb.

Diqqət: Tez-tez istifadə etdiyiniz bu ərzaq məhsulu ölüm mənbəyidir

Bu çaydan hamımız istifadə edirik. Bəzən evdə çay dəmləməyə tənbəllik edənlər sadəcə, paketi stəkana salır və üzərinə qaynar su əlavə etməklə çay düzəldir. Evdə olmasa da, zaman-zaman toylarda və ya kafe-restoranlarda bu qaydada hazırlanan çayı içməli oluruq. Bəs siz paket çayların az qala ölüm mənbəyi olduğunu bilirdinizmi? Bu çayların tərkibində […]

Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub

Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub. Turkustan.info-nun Müdafiə Nazirliynin saytına istinadən verdiyi məlumata görə, faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı […]

Bahçelidən əməliyyata tam dəstək: Ya Afrin yıxılsın, ya da terrorçular yaxılsın”

MHP-nin lideri Dövlət Bahçeli Türkiyə Silahlı Qüvvələrinin dünəndən Suriyanın şimalında başlatdığı hərbi əməliyyata dəstəyini ifadə edib. Turkustan.info xəbər verir ki, MHP lideri “Artıq terror təşkilatı PYD, PKK-ya Afrinin tabut, Münbiçin məzar olması yeganə və sonuna qədər dəstəklədiyimiz milli hədəfdir. ABŞ-ın ortağının kökü qazılmalıdır. Ya Afrin yıxılsın, ya da terrorçular yaxılsın” deyib.

Türkün qızıl kitabı olan” TÜRKÜN VƏ TÜRK DİLİNİN KÖKƏNİ (mixi yazılı mətnlər əsasında) kitabının məzmunu

Tarixdə ilk dəfədir ki, çivi yazıların dilinin Türk dili olduğu faktı 34 fəsillik bu kitablarda öz eksini tapıb. Bəşər kəndi sivil dünyası ilə gil yazılı lövhələrə borcludur. Onlar türkündür. 8 min il bundan qabaq Babildə Türk ilk piktoqram yazıları icad ədəndən sonrakı 2 min ildə onları çivi işarərələrinə çevirdi. Bundan […]

Tatlısəsdən Afrin mesajı: Dualarımız sizinlədir – FOTO

Türkiyəli sənətçi İbrahim Tatlısəs Afrində əməliyyata başlayan türk əsgərinə dəstək olduğunu açıqlayıb. Turkustan.info xəbər verir ki, bu barədə müğənni İnstaqram hesabında paylaşım edib. “Qəhrəman məhmətciklərimizə Afrin əməliyyatında uğurlar arzu edirəm. Allah yar və yardımçınız olsun. Dualarımız sizinlədir”, – Tatlısəs yazıb. Qeyd edək ki, Türkiyə Afrin əməliyyatı ilə terror koridorunu yarmaq […]

Qənirə Paşayevanın İstanbulda Azərbaycan küçəsi və Qarabağ parkı açılması təklifi müsbət qarşılanıb – FOTOLAR

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Istanbulda Beylikdüzü bələdiyyə başqanı Ekrem İmamoğlu ilə görüşüb.  Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi bələdiyyələrinin qardaş bələdiyyələr olduğunu bildirərək, Beylikdüzünün də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da […]

Prezidentin yüksək vəzifə verdiyi Mətin Eynullayev kimdir? – FOTO

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mətin Eynullayev Təhsil nazirinin müavini vəzifəsindən azad edilib və Vergilər Nazirliyində yüksək posta təyin olunub. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, M.Eynullayev buna qədər “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin […]

Əsəddən Türkiyəyə böyük zərbə: PKK-ya silah…

Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradan Afrində əməliyyatlara başladığı bir vaxtda Əsəd rejimi PKK-PYD qruplaşmasına dəstək verib. Turkustan.info xəbər verir ki, Əsəd rejimi terrorçuların Hələbdə yerləşən PKK nəzarətindəki Şeyx Maqsud məhəlləsindən Afrinə yardım göndərilə bilməsi üçün Hələblə Afrini birləşdirən Nubul Zəhra yolundan istifadəsinə şərait yaradıb. Şeyx Maqsud məhəlləsində çox sayda silah-sursat […]

Bunu etsəniz, internetiniz 10 dəfə daha sürətlə işləyəcək, sənin Wi-Fi-ındən artıq qonşular istifadə edə bilməyəcək!

Wifi Şifrəniz Sındırılmasın Deyə Bu Addımları Atın Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq, internetdən pulsuz faydalanmasıdır. Son zamanlar “dumper” və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin […]

Sürücü son anda qəzanın qarşısını aldı – VİDEO

Azərbaycanda sürücünün sayıqlığı nəticəsində ağır yol qəzasının qarşısı alınıb. Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, görüntülər avtomobilin videoregistratoru tərəfindən çəkilib. Videoya əsasən, qarşıdan gələn avtomobil yüksək sürətlə əks yola çıxıb. İçərisində sərnişinlərin də olduğu maşın isə çətinliklə də olsa manevr edərək nəqliyyat vasitəsini yol kənarına çıxarıb və baş verə biləcək ağır […]

31 yanvara HAZIR OLUN! – 152 il sonra TƏKRARLANACAQ – VİDEO

Bu il yanvarın 31-də 1866-cı ildən bu vaxta qədər müşahidə edilməyən möhtəşəm bir hadisəyə şahidlik edəcəyik. Həmin gecə “super ay”, “mavi ay” və “qanlı ay” eyni vaxtda müşahidə ediləcək. Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, alimlər “nadir ay” deyilən bu hadisəni mütləq izləməyi məsləhət görür. Dünya Günəşlə Ay arasına girəndə […]

Türkiyə ABŞ-ın Suriyadakı aerodromunu bombaladı – SON DƏQİQƏ

Türkiyə qırıcıları “Minninq” aerodromuna zərbələr endiriblər. Turkustan.info xəbər verir ki, “Minninq” aerodromu Afrindəki keçirilən “Zeytun budağı” əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilmişdi. ABŞ bu hərbi məkandan YPG-ni silahlandırmaq üçün istifadə edirdi. “Zeytun budağı” əməliyyatı dünən başlayıb. Artıq 72 Türkiyə təyyarəsi 113 hədəfdən 108-ni məhv edib.   /Publika.az/

PUA-larla ermənilərə mina zərbəsi… – MN

Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır. Müdafiə Nazirliyi mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyi xəbərdən dərhal sonra […]

Murat Boz azərbaycanlı çobanı yarışmadan çıxartdı – VİDEO + FOTO

İfaları ilə məşhurlaşan azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti tura keçə bilməyib. Turkustan.info bildirir ki, bu gün yarışmanın 3-cü turu üçün seçim edilib. Murat Bozun komandasında çıxış edən Pərviz Səfərov “Değme benim gamli yaslı gönlümə” adlı türk mahnısını ifa edib. Sonda seçim zamanı Murat Boz həmyerlimizi seçməyib. Beləliklə, çoban ifaçı […]

Mum: min dərdin dərmanı

Mum çox qədimdən məlum olan və işçi arıların hazırladığı bərk dənəvər arı məhsuludur. Arının çənə və yuxarı qarıncığında səkkiz xüsusi mum vəzisi yerləşir və ifraz etdiyi mum havanın təsirindən bərkiyərək yarımşəffaf lövhəciklərə çevrilir. Ondan tikinti materialı kimi istifadə edən işçi arılar şanı yığmaq, ana və erkək arılar isə sürfə çıxarmaq, […]

“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət rejiminin tətbiqi elan olunmadan Bakıya və Azərbaycanın digər regionlarına sovet silahlı qüvvələri yeridildi. Dinc əhaliyə tutulan amansız divan nəticəsində yüzlərlə insan öldürüldü, yaralandı və itkin düşdü. AZƏRTAC xəbər verir ki, bu barədə “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində […]