Əsəddən Türkiyəyə böyük zərbə: PKK-ya silah…

Türkiyənin milli təhlükəsizliyinə təhlükə yaradan Afrində əməliyyatlara başladığı bir vaxtda Əsəd rejimi PKK-PYD qruplaşmasına dəstək verib.

Turkustan.info xəbər verir ki, Əsəd rejimi terrorçuların Hələbdə yerləşən PKK nəzarətindəki Şeyx Maqsud məhəlləsindən Afrinə yardım göndərilə bilməsi üçün Hələblə Afrini birləşdirən Nubul Zəhra yolundan istifadəsinə şərait yaradıb.

Şeyx Maqsud məhəlləsində çox sayda silah-sursat yüklü maşın Afrinə terror qruplaşmasına dəstək üçün göndərilib.

Qeyd edək ki, Türkiyə Afrində quru əməliyyatlarına start verib.   /Axar.az/

27 Baxılıb