Diqqət: Tez-tez istifadə etdiyiniz bu ərzaq məhsulu ölüm mənbəyidir

Bu çaydan hamımız istifadə edirik. Bəzən evdə çay dəmləməyə tənbəllik edənlər sadəcə, paketi stəkana salır və üzərinə qaynar su əlavə etməklə çay düzəldir. Evdə olmasa da, zaman-zaman toylarda və ya kafe-restoranlarda bu qaydada hazırlanan çayı içməli oluruq. Bəs siz paket çayların az qala ölüm mənbəyi olduğunu bilirdinizmi?

Bu çayların tərkibində çoxlu sayda zərərli maddələr var. Həm kağız paketlər, həm də neylon piramidalar şəklində hazırlanan belə çaylar çox ziyanlıdır.

Bu çayların hazırlanması üçün köhnə yarpaqlardan istifadə edilir ki, onların da tərkibində böyrəklərə zərər verən ftoridlərin miqdarı çoxdur.

Amma daha qorxulu fakt odur ki, paket çaylar kanserogen (xərçəng xəstəliyi törədən) qida məhsullarının siyahısındadır. Üstəlik, çayın bu növünə aludə olmaq təkcə xərçəng xəstəliyinə deyil, həmçinin sonsuzluğa da səbəb olur.

Paket çayların tərkibində xlor da daxil olmaqla, çoxlu təhlükəli birləşmələr var. Bu çayın tərkibində yer alan zəhərli maddələr təkcə həzm sistemini deyil, həmçinin sümük sistemini də dağıdır. Tədqiqatçıların bildirdiyinə görə, belə çaylar üçün paketləri xlorla ağardırlar. Çay hazırlayarkən həmin xlor qaynar suda həll olur və çayı içərkən orqanizmə daxil olur. Paketlər həmçinin epixlorohidrin maddəsi ilə də zəngindir ki, bu da sonsuzluq və xərçəng xəstəliyinin yaranması səbəblərindən biridir.    /SaglamOlun.com/