Tatlısəsdən Afrin mesajı: Dualarımız sizinlədir – FOTO

Türkiyəli sənətçi İbrahim Tatlısəs Afrində əməliyyata başlayan türk əsgərinə dəstək olduğunu açıqlayıb.

Turkustan.info xəbər verir ki, bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.

“Qəhrəman məhmətciklərimizə Afrin əməliyyatında uğurlar arzu edirəm. Allah yar və yardımçınız olsun. Dualarımız sizinlədir”, – Tatlısəs yazıb.

Qeyd edək ki, Türkiyə Afrin əməliyyatı ilə terror koridorunu yarmaq niyyətindədir.    /Axar.az/