Gün: Yanvar 22, 2018

“Türkiyə ABŞ-a meydan oxuyur”

Xarici mətbuatlar: “Türkiyə ABŞ-a meydan oxuyur”

 British Financial Times “Zeytun budağı” əməliyyatı haqqında maraqlı analizlər aparıb.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyatı xarici mətbuatda da geniş əks-səda yaradıb. British Financial Times, xüsusilə Avropa və ABŞ mətbuatı bu əməliyyatı diqqətli bir şəkildə analiz edərək “Türkiyə ABŞ-a meydan oxudu” başlığıyla xəbər yayımlayıb.

Xarici mətbuatda nəşr olunan xəbərlərdə Türkiyənin müttəfiqi olan ABŞ-a YPG mövzusunda yaşanan anlaşılmazlıq səbəbiylə meydan oxuduğu və əməliyyata başladığı yazılıb. Financial Times qəzeti Yaxın Şərqdə yeni cəbhələrin açılışı və Suriya əməliyyatı ilə ABŞ-la münasibətlərin daha da gərginləşəcəyini yazıb.   /a24

Afrində əzilən PKK/YPG-nin baş komandanı: “RUSİYA BİZƏ XƏYANƏT ETDİ”

Suriyanın Afrin bölgəsində nəzarət etdikləri kəndləri bir-bir itirən PKK/YPG-nin baş komandanı Sipan Hemo, “Rusiya ilə bəzi sazişlərimiz var idi. Amma Rusiya bir gecədə bu müqavilələri yox sayaraq bizə xəyanət etdi” deyə bəyanatla çıxış edib.

Türkiyənin Afrinə doğru  başlatdığı Zeytun Budağı əməliyyatında üç gün ərzində 11 kənd itirən PKK, məğlubiyyəti üçün günahkar axtarmağa başladı. Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-nin baş komandanı Sipan Hemo Rusiyanın özlərinə xəyanət etdiyini deyib.
Hemo, “Rusiya Türk dövləti ilə ittifaq halında bizə qarşı müharibə cəbhəsində yer alır. Rusiya ilə bəzi sazişlərimiz var idi. Amma Rusiya bir gecədə bu müqavilələri yox sayaraq bizə xəyanət edib” ifadəsini söyləyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Afrinde Zeytun Budağı Hərəkatının başlamasının d

Bakını ayağa qaldıran “avtoş” belə yaxalandı – “Naz Lifan”la görün nələr edir – VİDEO

Ramin Ağasıyev “malyar” işləyir, atası, anası, bacısı xəstədir, özü isə “avtoş”…

Yanvarın 21-də səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücünün saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.

Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, həmin sürücünü heç də Yol Patrul Xidmətinin 23 avtomobili təqib etməyib. 90-UR-366 dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobili 33 yaşlı Ağasıyev Ramin Niyazə oğlu idarə etsə də, həmin nəqliyyat vasitəsi dövlət tərəfindən Məmmədov Zaur Səxavət oğluna verilib. Lakin Ramin Ağasıyev avtomobili dostu Zaur Məmmədovdan götürərək nömrələrini çıxarıb və Bakı şəhərində idarə etməyə başlayıb.

Nömrənin yerində olmadığını görən yol po

Moskva üçün ən vacib erməni

Rusiya artıq seçimini edib.

Belə görünür ki, Moskva Serj Sarkisyanın Ermənistan baş naziri təyin edilməsinə razılıq verib.

Kreml yaxın siyasətçilər və ekspertlərin yazılarından bu, aydın olur. Onlar yazırlar ki, Rusiya üçün əl əlverişli namizəd Serj Sarkisyandır. Yada salaq ki, apreldə Ermənistanda hakimiyyət prezidentdən baş nazirə keçir.

Rusiya ekspertləri qeyd edirlər ki, Serj Sarkisyan daha anlaqlı və Kreml üçün  vacib insandır. Onun indiki baş nazir Karen Karapetyan ilə sıx əlaqələri də Moskvanı çox sevindi

Azərbaycan Rusiyadan hansı silahları alıb?

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir. Yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində yerləşən hərbi hissələrin sərəncamına veriləcək.

Maraqlıdır, Azərbaycan Rusiyadan hansı silahları alıb?

Turkustan.info bildirir ki, bununla bağlı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov Modern.az-a açıqlama verib:

14 yaşlı qızı dəfələrlə zorlayan dayısı HƏBS EDİLDİ

Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılmışdır.

Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfin

Bərzani yenə Türkiyəyə qarşı: Peşmərgə Afrinə göndərilir

İraq Kürd Muxtariyyəti Afrindəki kürdlərə Türkiyə ilə mübarizə aparmaq üçün yardım etməyə hazırdır.

Bunu jurnalistlərə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Vətəndaş Birliyi Partiyasının rəsmi nümayəndəsi Mala Bəxtiyar söyləyib. Onun sözlərinə görə, muxtariyyət Afrinə hərbi birləşmələrini göndərməyə hazırdır:

“Region ölkələri o cümlədən Türkiyə bizim mövqeyimizi bilir. Əgər bacarsaq, biz Afrinə dəstəyə hazırıq. Əgər onlar izn versələr, biz oraya qüvvələrimizi göndərəcəyik. Hərbi birləşmələrimizi göndərməzdən əvvəl isə biz nümayəndələrimizi Ankaraya göndərəcəyik. Biz müharibədə dialoqa üstünlük veririk”.    /Axar.az/

Bakıda seksual manyak həbs olundu – Rəsmi

Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu birgə məlumat yayıb.

“İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Binəqədi rayon polis və prokurorluq əməkdaşları tərəfindən həy

Adnan Oktarın verilişinin bağlanılmamasının səbəbi – VİDEO

Türkiyədə aparıcılıq etdiyi “dini” verilişində “kedicik” adlandırdığı açıq-saçıq geyimli qadınları rəqs etdirən “ilahiyyatçı” Adnan Oktarla bağlı şikayətlərin ardı-arası kəsilmir.

 Son iki ay ərzində Adnan Oktarın “Adnan Oktar ile Sohbetler” adlı verilişindən RTÜK-ə (Türkiyə Radio Televiziya Qurumu) 444 şikayət daxil olub. Şikayətlərdə verilişin əxlaqa, islami dəyərlərə zidd olunduğu qeyd edilib.

Lakin, RTÜK şikayətlərlə bağlı tədbir görə bilmir. Buna səbəb isə kadrların efirdə yox, internet vasitəsi ilə yayımlanmasıdır. Belə ki, əxlaqsız kadrlar efirdə yox, youtube, facebook kimi sosial şəbəkələrdə yayımlanır və üzərinə kanalda yayımlanırmış kimi loqo vurulur.   /Milli.Az/

https://youtu.be/Dsu6_k-Fs5Q

https://youtu.be/_Ct

AŞPA-nın qış sessiyası başlayır – Deputatlarımız Strasburqda…

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işə başlayacaq. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edib.

Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katib

Oliqarx atadan 12 yaşlı oğluna ad günü sürprizi: 2 yarıçılpaq qız – FOTO

Youtube-də 12 yaşlı oğlanla bağlı yayılan video narahatlıq doğurub.

Videoda 12 yaşlı oğlanın 2 yarıçılpaq striptiz oynayan qızın arasında olması, qızlardan birinin oğlanı ona toxunmağa məcbur etməsi əks olunub.

Deyilənə görə, qızları oğlanın oliqarx atası onun 12 yaşı tamam olduğuna görə “hədiyyə” edib.

Video sosial şəbəkələrdə xeyli müzakirə edilib. Oğlanlar belə atanı bəyəndiklərini desələr də, qızların reaksiyası müsbət olmayıb.  (milli.az)

Türk tankları Afrinə girdi, ABŞ geri çəkildi: Böyük əməliyyat

Politoloq: “Türkiyənin qarşısında duran ABŞ idi ki, artıq o da yanlış addım atdığını anladı…”

Türkiyə tankları Suriyanın Afrin bölgəsinə daxil olub və “Azad Suriya Ordusu” müxalifət birləşmələrinə dəstək göstərir. Bu barədə Türkiyədə hərbi mənbələr məlumat yayıb. Bildirilir ki, quru əməliyyatları zamanı Türkiyə ordusu ciddi müqavimətlə üzləşməyib. YPG terrorçuları ətraf kənd və qəsəbələrə geri çəkiliblər.

Türkiyə Afrində Suriyanın silahlı kürd dəstələrinə qarşı (YPG) əməliyyatlara şənbə günü başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. “Zeytun budağı” adlandırılan antiterror əməliyyatının ilk saatlarında havaya qaldırılan 72 təyyarə müəyyən olunmuş 113 terror hədəfindən 108-ni vurub.

Qarabağ üçün təhlükəli ssenari – ABŞ Rusiya yolu gedir

Amerikanın ikili standartı: yeni faktlar; Sabiq gürcü diplomatından sensasion açıqlama; postsovet məkanındakı separatçı rejimlərin verdiyi sənədləri Amerikanın tanıması haqda faktlar var; “Qarabağ erməniləri ABŞ-ın İrəvandakı səfirliyindən qondarma qurumun sənədləri əsasında viza alırlar…”

ATƏT-in Minsk Qrupunun əsas həmsədrlərindən olan ABŞ-ın erməni separatizminə loyal münasibəti sirr deyil. Həm də xristian amilindən doğan bu loyallıq hər il Dağlıq Qarabağdakı kriminal və separatçı quruma maliyyə yardımlarının ayrılmasında, bir sıra konqresmenlərin nümayişkaranə və cəzasız şəkildə vaxtaşırı işğal altındakı Qarabağa, Xankəndinə səfərlər eləməsində, habelə erməni separatçılarının liderlərinin müntəzəm surətdə Amerikaya səfərlər edərək, hətta ABŞ Konqresində “DQR bayrağı” adına

İrandan Türkiyəyə ÇAĞIRIŞ: Dərhal dayandırın!

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.

Bu barədə Qasiminin “Tasnim” agentliyində dərc olunan məlumatında bildirilir.

“İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir”, — deyə məlumatda qeyd olunur.

“Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər”, – deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət

Rusiyadan Qarabağla bağlı ilk addım – YENİ TƏKLİF

Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, bunun səbəbi Rusiyanın MDB formatı çərçivəsində məqsədlərinə nail ola bilməməsidir:

“MDB formatı demək olar ki, öz qüvvəsini itirib. Həmin format 20 il bundan öncə Moskvaya imkan verirdi ki, bu məkanada müəyyən cari siyasətini həyata keçirsin. Ancaq hazırda prioritetlər, Rusiyanın postsovet məkanında əldə etmək istədiyi məqsədlər dəyişilib. Ona görə də Rusiya MDB formatını yenisi ilə əvəzləməyə çalışır. Bu yeni format isə Avrasiya İttifaqıdır. MDB-dən fərqli olaraq bu formatda konkret mexanizmlər, ümumi bazar və gömrük sistemi mövcuddur. Moskva da hər vəchlə digər MDB ölkələrini buraya cəlb etməyə çalışır. La

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– İlk sualımı belə qoyacağam. Tez-tez eşidirik ki, kainat nizamlıdır. Kainat həqiqətənmi nizamlıdır, yoxsa keşməkeşlə doludur, xaotikdir?

– Kainatda ümumi bir nizam var. Ancaq kainat heç zaman sabit deyil, sakit şəkildə bir yerdə durmur. Orada hər şey hərəkətdədir. Ulduzlar, ulduz topaları, qalaktikalar – hamısı hərəkətdədir. Kainat bütövlükdə genişlənməkdədir. Son zamanlara qədər belə güman edilirdi ki, kainatda genişlənmə zəifləyib. Amma son elmi araşdırmalar göstərib ki, genişlənmədə zəifləmə yoxdur.

– Bu genişlənmə nə

Məhkəmə-bank işbirliyi: Zərəri vətəndaş ödəyir

Bank-vətəndaş münasibətləri getdikcə gərginləşir.Bu gün məhkəmə işlərinin 60 faizdən çoxu məhz problemli kreditlərə aiddir.Problemli kreditlərin həcmi isə günü-gündən artır və bu da problemli kreditlərə görə məhkəmə işlərinin sayının çoxalması deməkdir.Mərkəzi Bankın son açıqlamasına görə, ölkədə vaxtı keçmiş, qaytarıla bilməyən kreditlərin həcmi artır. Təkcə keçən il ərzində belə kreditlər 30 faizə qədər – təqribən 418 milyon manat artım qeydə alınıb. Son rəqəmlərə görə, indi problemli kreditlər 2 milyard manata yaxındır.Maraqlıdır ki, bankları kreditlə bağlı qaldırdığı məhkəmə iddialarında məhkəmələr ancaq bankın xeyrinə qərar çıxardır.

Bu da borcluların ciddi şəkildə narazılığına səbəb olur.Nəzərə almaq lazımdır ki, bununla bağlı şikayətlərin sayı da kifayət çoxd

Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verilib – FOTO

Lənkəranda üç ay əvvəl yerli sakinlə vətəndaş nikahına daxil olan qadın evdən qaçıb.

Əvvəllər ailəli olmuş Kərgəlan kənd sakini Məmmədov Elvin Əflatun oğlu 6 yanvar tarixində “102” xidmətinə və Lənkəran Şəhər Rayon Polis şöbəsinə üç il ərzində münasibətdə olduğu, ötən il oktyabr ayından vətəndaş nikahında yaşadığı 38 yaşlı Cəfərova Vüsalə Balamirzə qızının evdən çıxaraq naməlum istiqamətdə getdiyini bildirib.

Vüsalə evdən səhər tezdən çıxıb və gedərkən həyat yoldaşının ona verdiyi nişan üzüyünü və 500 manat pulu özü ilə götürüb. Masanın üzərinə isə evi tərk etməsi barədə məktub qoyub. Qadın yazıb ki, “məni axtarmayın!”.

V.Cəfərova əvvəllər ailəli olub və üç övladından imtina edərək Elvin Məmməd

Bakıdakı klinikalarda yeni “dəb” yayılır – VİDEO

Uşağın anadan olması anı videoya çəkilir, doğuşdan dərhal sonra valideynlərlə birlikdə uşaq fotosessiya edilir.

Son zamanlar bu hal dəbə düşüb və bir sıra özəl klinikalarda xidmət kimi təklif olunmaqdadır.

Ancaq insanların məsələyə münasibəti fərqlidir. Əksər adamlar bunun doğru olmadığını və yaxşı qarşılanmadığını deyirlər.

Fotoqraflar da bildirir ki, belə təkliflər alırlar və hər çəkiliş üçün qiymətlər fərqlidir.

Sosioloqlar isə bildirir ki, bu xarici ölkələrdə geniş yayılan adətlərdən təsirlənərək edilir. Bir çoxları bunu müasirlik hesab edir. Ancaq bu cür addımlar Azərbaycanın mənəvi dəyərlərinə, böyük önəm daşıyan ailə institutuna uyğun gəlmir. 

Azərbaycan XİN Türkiyəyə haqq qazandırdı: “Terrorun kökü kəsilməlidir”

“Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirərkən söyləyib.

H. Hacıyev deyib ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlük

Afrində PKK-çıların təslim olma anı – FOTOLARDA

Türkiyənin Azad Suriya Ordusu (ÖSO) ilə birlikdə başlatdığı hərbi əməliyyatda artıq bir neçə kənd PKK/PYD silahlılarından azad olunub.

” Zeytun Budağı” adı verilmiş hərəkatda təslim olan 3 PKK-lının fotoları çəkilib.

ÖSO komandirlərindən Feylakuş Dəməşq Afrinin şimal-qərbində yaxalanan terrorçuların fotoşəkillərini paylaşıb.

Azərbaycan ordusunun hərbi qulluqçusu həlak olub

Təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!