ABŞ-dan müəmmalı addım: Avropada müharibə hazırlığı araşdırılır

Mövcud infrastrukturun müharibə dövrünün şərtlərinə nə dərəcədə uyğun gəldiyi və hərbi hazırlıq vəziyyəti öyrənilir

 ABŞ-ın Müharibə Logistika Agentliyi beş Avropa ölkəsinin — Belarus, Ukrayna, Moldova, Finlandiya və Polşanın mövcud infrastrukturunun müharibə dövrünün şərtlərinə nə dərəcədə uyğun gəldiyini və hərbi hazırlığının vəziyyətini öyrənir.

 Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, Pentaqonun zəruri hesab etdiyi bu təhqiqat müharibə dövründə və fövqəladə hallarda öz sənayesini şəraitə uyğunlaşdırmaq üçün bu ölkələrə hansı müxtəlif məhsulların logistika şəbəkələri və təchizat zəncirlərinin lazım olduğunu öyrənməyə xidmət edir.

Yekun hesabatda bu məlumatlar da əksini tapmalıdır: yerli və regional su və ərzaq mənbələri, yanacaq, dərman, sənaye avadanlıqları və geyim.

Pentaqonu, həmçinin tikinti materialları və texnika da maraqlandırır. Yuxarıda göstərilənlərlə yanaşı, hesabat yerli istehsal və səfərbərlik imkanları barədə məlumatları da əhatə etməlidir.

ABŞ, həmçinin sözügedən Şərqi Avropa ölkələrinin nəqliyyat infrastrukturu — limanlar, dəmir və avtomobil yolları, aeroportlar, körpülər və bərə keçidlər barədə də məlumat almağı planlaşdırır.     /sputnik.az/