Azərbaycanlılar ən çox nədən ölürlər?

Azərbaycanlılar ən çox nədən ölürlər?
Azərbaycanda əhali arasında ölümün əsas səbəbi açıqlanıb.

Turkustan.info xəbərinə görə, bu barədə deputat Rəşad Mahmudov Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə əsasən, 2017-ci ildə Azərbaycanda vəfat edənlərin 57,8 faizi ürək çatışmazlığından dünyasını dəyişib.

Deputat qeyd edib ki, bu sahədə ciddi tədbirlər görülməlidir.   /Oxu.Az/