Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti

Aynurə Əliyeva

Hanı əsrimizin böyük Bayronu,

Qüdrətin varsada, sən yaratonu.

S.Vurğun

Mübağiləsiz demək olar ki, ingilis ədəbiyyatı dünyanın söz xəzinəsinə zəngin töhfələr vermişdir. Bu ədəbiyyat onlarca şair, nasir və dramaturqu dünya oxucusuna bəxş  etmişdir. Dünya oxucusu Böyük Britaniya adalarında yaşayanların tarixi, adət və ənənəsi, xarakterik xüsusiyyətləri, ailə və cəmiyyətləri haqqında geniş tanışlığa məhz bədii ədəbiyyat vasitəsilə nail olmuşlar. Dünya poeziyasında romantik vüsətin ən parlaq simalarından biri Corc Qordon Noel Bayrondur.   

Bəşər tarixinin möhtəşəm siması, böyk şair C.Q.Bayron dünya ədəbiyyatı tarixində öz romantik  poeziyası ilə ürəkləri fəth edən parlaq simalardan biridir. Onun ölməz poeziyası əsrlərdir ki, oxucu qəlbini təlatümə gətirir. Bayronun bir çox şeirləri dillər əzbəridir. Onun adı geniş oxucu kütləsi üçün çox əzizdir. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli şairin, talesiz Corc Bayronun  keçdiyi həyat yolunu oxuculara çatdırmaq üçün və eyni zamanda  böyük şairin 230 illik yubileyi münasibətlə bu yazını işləməyi özümüzə borc bildik.

      Corc Qordon Noel Bayron 1788-ci il yanvar aynın 22-də Londonda yoxsullaşmış bir lord ailəsində anadan olmuşdur. Onun uşaqlığı Şotlandiyanın Eberdin adlanan kiçik şəhərində keçmişdir. Şairin böyük zadəgan ailəsindən olan atası Corc Bayron müflis vəziyyətə düşərək 1791-ci ildə öz borclularının əlindən Fransaya qaçır və orada vəfat edir.  

      Məlum olduğu kimi Şərq mövzusu başqa ingilis ədiblərini əsərlərində də öz bədii əksini tapmışdır. Yazıçılardan fərqli olaraq Bayron şərqi özünəməxsus bir şəkildə Avropaya təqdim etmişdir. Bayron Avropa ədəbiyyatında yeni lirik-romantik tipli poema janrını yaratmışdır. Bayron Soutinin əksinə olaraq türk, yunan, alban xalqlarının folklorundan, adət və ənənələrindən kor-koranə şəkildə deyil insan şəxsiyyətini yüksəklərə qaldırmaq məqsədi ilə istifadə etmişdir. Bayron üsyankar təbiətli qəhrəmanlarını yaradarkən onların iztirab, hiss və düşüncələrini, alovlu duyğularını, dünyagörüşlərini bütün dolğunluğu və dərinliyi ilə təsvir etmək üçün islam dini və əqidəsi ilə bağlı olan sözlər də işlətmişdir. Şübhəsiz, şairin bu sözləri həmin əqidənin təbliğinə deyil, hər şeydən əvvəl onların xarakterik xüsusiyyətlərinin, mənəviyyatının təsvirinə xidmət etmişdir. “Şərq poemaları” nda “Leyli və Məcnun” dastanındakı Leyli obrazını xatırladan əlamətlərə də təsadüf edilir. Professor Əli Sultanlı Nizaminin “Leyli və Məcnun” poemasının Avropada ən çox təsirini “Abidos gəlini” ndə görür.

Şərq haqqında yazan başqa ingilis şairlərindən Bayronun üstünlüyü ondadır ki, o, Şərq adətlərini özünəməxsus bir şəkildə vermişdir. “Abidos gəlini” ndə üsyan, protest motivləri kəskin bir şəkildə verilmişdir. Böyük emosional gücə malik olan bu əsərin qəhrəmanı Konrat daha üsyankar, daha barışmaz bir obrazdır. “Korsar”, “Dara”, və “Parisin əsərləri”ndə Bayron Şərq adət və ənənələrinə nə qədər yaxından bələd olduğunu nümayiş etdirmiş, Şərq həyatını gözəl, romantik ifadəsini verə bilmişdir.

    Şərq şeirinin ən gözəl xüsusiyyətlərini, ifadə tərzini, ingilis poeziyasında ilk dəfə özünəməxsus bir şəkildə işlətməklə yanaşı, müəyyən şərq sözlərini də ingilis dilinə ilk dəfə gətirən Bayron olmuşdur. Bayron istifadə etdiyi bu sözləri mexaniki mənada işlətmir və bəzən onlara yeni məna verir. Bayronun yeni məna verib işlətdiyi şərq sözlərinə həmin mənada başqa ingilis yazıçılarının da əsərlərində rast gəlirik.

    “Şərq poemaları” nda ilk dəfə işlədilən şərq sözlərinin əksəriyyəti türk sözləridir. Bunun da səbəbi bu poemalarda türk həyatı adət və ənənələrinin təsvir olunmasıdır. Bu sözlərin bəziləri xalis türk, bəziləri isə türk dilində vətəndaşlıq hüququ almış, öz ilk şəklini dəyişmiş, fars, ərəb sözləridir ki, Bayron da bu fars, ərəb sözlərini fars, ərəb dillərində olduğu kimi deyil, məhz türkləşdirmiş formada işlətmişdir. Bayron öz gündəliyində mübarizəyə qalxmış İtaliya xalqı haqqında yazırdı: “Hakimlər xalqlarla vuruşmaq niyyətindədir. Qoy belə də olsun! Axırda onlar əziləcəkdir. Krallıq dövrü qurtarmaq üzrədir”. Bayronun “Korinfin mühazirəsi” poeması “Şərq poemaları” içərisində ən xarakterik əsərlərdən biridir.

Böyük şair, həyatı və yaradıcılığı bir vəhdətdə olan bütöv şəxsiyyət, təkrarsız qələm ustası, dünya poeziyasının karifeylərindən hesab edilən tanınmış ingilis şairi   Corc Qordon Bayron yaradıcılığı   yetərincə imkan verir ki, ondan dönə-dönə söhbət açılsın. Onun kövrək qəlbindən qopub gələn o nəhəng əsərlər yazıçının qeyri-adi  istedadından xəbər verməkdədir. Onun əsərlərinə nəzər saldıqda, cansız bir qələmin lal vərəqlərə nə qədər can verdiyini, həyat verdiyini və necə böyük gözəlliklər yaratdığının şahidi oluruq.  Bir qələm  həyatı, yaşamı bu qədər gözəl, incə əks etdirə bilərmi?..  Gəlin şairin  yuxarıda sadalığımız kitabı ilə tanış olaq. Bu kitaba dünya, Avropa və İngilis ədəbiyyatında mütərəqqəti romantizmin görkəmli nümayəndələrindən biri sayılan Corc Qordon Bayronun azadlıq ideyaları tərənnüm olunan, maarifçi görüşləri rəğbətlə qarşılanan “Gavur”, “Abidos gəlini”, “Korinfin alınması”,  “Şilyon məhbusu”, “Mazera” adlı mübariz  ruhlu fəlsəfi-dramatik poemaları və “Qabil” pyesi daxil edilmişdir. (1788-1824) yenidən Azərbaycan oxucusu ilə görüşə gəlir- İlk dəfə olaraq şairin beş məşhur poeması və bir pyesi kitab halında milli auditoriyamızda təqdim edilir: “Gavur”, “Abidos gəlini”, “Korinfin alınması”,  “Şilyon məhbusu”, “Mazera” və “Qabil”. İngilis romantizminin inqilabçı qoluna aid olmasına, istibdadçı, monarxiya üsul-idarələrini inqilablar yolu ilə devirməyə çağırmasına baxmayaraq,  hər şeydən əvvəl Bayron insan düşüncələrinin sərrafı kimi diqqəti cəlb  edir. O, ən möhtəşəm tarixi hadisələri belə əlahiddə götürdüyü qəhrəmanlarının taleyi vasitəsi ilə oxucunun mühakiməsinə verir. C.Q.Bayronun qısa ömrünün ədəbiyaşar zəngin ədəbi irsi  keçən əsrin əllinci illərindən Azərbaycanda ardıcıl yayılmağa və tədqiq olunmağa bağlanmışdır. Respublikamızda Bayron irsinin ilk tədqiqatçısı və təbliğatçısı isə filologiya elmləri namizədi, dosent İsmixan Rəhimov olmuşdur. 1959-cu ildə “C.Q.Bayronun əsərlərində türk mənşəli sözlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edən İsmixan Rəhimov həmin əsərdə ingilis şairinin “Şərq poemaları”, silsiləsinə daxil olan üç əsərinin şərti tərcüməsini hazırlayaraq ayrı-ayrı şairlərə təqdim etmişdir.

     Bununla həm də yeni bir ənənənin başlanğıcı qoyulmuşdur. Məlum olduğu kimi, Sovetlər dövründə əcnəbi yazıçı və şairlərin əsərləri bir qayda olaraq rus dili vasitəsi ilə Azərbaycan dilinə tərcümə olunur, bu isə orijinala xas olan bir sıra bədii məziyyətlərin itkisi hesabına başa gəlir, son nəticədə Azərbaycan oxucusu uduzurdu. Sətri tərcümə isə ingilis dilini bilən milli yaradıcı insanın birbaşa orijinalla təması deməkdir. Bu kitaba daxil edilmiş “Gavur” (tərcüməedəni Novruz Gəncəli), “Korinfin alınması” (Aslan Aslanov) və “Abidos gəlini” (Bəxtiyar Vahabzadə) poemaları məhz İsmixan müəllimlə tanınmış şairlərimizin müştərək yaradıcı əməyinin nəticəsi kimi uğurlu alınmışdır. “Şilyon  məhbusu” və “Mazera”, poemaları daha uğurlu alınmışdır-hər iki əsəri birbaşa ingiliscədən tanınmış  şair-mütərcim Ənvər Rza böyük ilhamla dilimizdə səsləndirmişdir.

     Qədim dvoryan sülaləsinin nəcabətli oğlu lord Bayron hələ tələbəlik illərindən İngiltərənin hakim dairələrinə qarşı etiraz səsini ucaltmış, bütün yaradıcılığı ilə xalqların azadlığına səs vermişdir. Şeirlərinin birində  yazırdı ki: “Vətəni sevməyən kəs  dünyada heç nəyi sevə bilməz”. 14-15 yaşında ilk şeirlərini yazanda çoxları onun  vətən sevgisinə heyran qalmışdı. Bayron doğma torpağın istisinə ovunmuşdu. Adları İngiltərənin tarixinə yazılmış bayronlar nəslinin-ulu babalarının şücaət qəhrəmanlığı qarşısında səcdə qılmışdı. Amma tale onun üzünə gülmədi.

     1807-ci ildə “İstirahət saatları” ilk şeirlər məcmuəsində 19 yaşlı şairin üsyankar səsi çoxlarını lərzəyə saldı. “Edinburq icmalı” jurnalı onun şeirlərini kəskin tənqid atəşinə tutdu. Amma Bayron susmadı. “İngilis bardları və Şotlandiya icmaçıları” (1809) adlı satirasında mürtəce romantiklərə, ən birincisi  şair Vordsvorta çəsarətli cavab verdi. Şairləri xalq yaradıçılığından bəhrələnməyə, xalqın başa düşəcəyi sadə dildə yazmağa, xalq mübarizəsinin  qəhrəmanlıqla dolu yeni, canlı lövhələrini yaratmağa çağırdı. 

     C.Q. Bayron çox az yaşadı. Amma yazıb-yaratdığı əsərlər onun ömrünün davamı oldu. 28 yanvar 1821-ci il tarixli gündəliyində şair “poeziya nədir” sualına özü qısaca cavab vermişdir:-Poeziya keçmişin və gələcəyin duyğusudur!

     O, sənətdə, poeziyada belə bir duyğunun tərcümanı olmuşdur. İngilis ədəbiyyatına böyük mübarizlik ruhunu, romantik şeirin öz təbii, gözəl cilasını gətirən  Corc Qordon Bayron Avropa  romantizminin P.B.Şelli, V.Hüqo, Jorj Sand, Adam Miskeviç kimi söz ustaları ilə xalqın tərəfində dayanmışdır. İngilis poeziyasının allahı Vilyam Şekspirin ən nüfuzlu davamçısı kimi C.Q. Bayron XIX əsrin əvvəllərində novator romantik şair kimi bütün Avropada məşhur idi.

      Bayron poeziyası kədərdən doğan fəryaqddır, şokayətdir, lakin elə bir şikayətdir ki, səndən heç bir şey istəmir, nəsə sənə bir şey verir, yalvarmır, bəlkə, rəhm edir; bu Qafqaz dağlarına bağlanmış Prometeydir, bu, hamının əleyhinə üsyan qaldırmış bəşər övladıdır. O öz təkəbbürlü iftixarından yalnız özünə arxalanır. Şairin əsərlərindəki nəhəng qüvvə, əyilməz iftixar hissi, qüdrətli ehtiras, dərin məhəbbət, bu incə səmimiyyət, insan şəxsiyyətinin  əziyyətlərinə tərəf çevrilmiş incəlik  və mərhəmət hissi buradan doğurur…Bayron poeziyasıbəşər tarixinin səhifələridir; bu səhifəni qopararsan-həmin tarixin tamlığı pozular.

      Romantizm dövrünün ən parlaq nümayəndələrindən biri, dahi ingilis şairi Bayronun ölməz poeziyası iki əsrdir ki, oxucu qəlbini təlatümə gətirir. XVIII əsrin feodal qaranlığına qarşı öz etiraz səslərini ucaldan, haray salan Bayron qəhrəmanları yer üzünü qarış-qarış gəzir. Şairin parlaq istedadının bədii təcəssümü olan  həmin qəhrəmanlar hər cür pisliyə qarşı barışmaz mübarizə aparır, mübarizələrindən axıracan dönmürlər. Onlar bəşər övladlarının işıqlı sabahı uğrunda çarpışanlardır. Bayron qəhrəmanları əsasən təkbaşına döyüşə atılır.  

    Romantik vüsət etibarı ilə dünya ədəbiyyatında tayı-bərabəri  olmayan Corc Qordon Bayron az müddətdə Avropanın tanınmış şairlərindən birinə çevrilmişdir. Otuz yeddi illik qısa ömründə çox zəngin ədəbi irs qoymuş Bayronun irili-xırdalı əsərlərinin adlarının sadalanması belə, səhifələrə sığmaz. Sanki öz qısa ömründə Bayron bir nəfəsə qaçır, dincini almadan bəşər övladınının dərdlərini sadalayırdı. Onun şah əsəri sayılan “Don Juan” poeması yarımçıq qalmışdır.  Don Juan obrazı  vasitəsilə öz portretini yaratmış Bayron qəhrəmanları mübarizdir. Daha təəssüf edirsən ki, şairin qəfil ölümü “Don Juan” poemasını yarımçıq qoymuşdur. Bayron öz arzusunu həyata keçirə bilməmişdir.

     C.Q.Bayronun bütün əsərləri haqqında geniş söz açmağa dəyər. Onların hərəsi şairin özünütəsdiqində müəyyən rol oynayır. 1813-1816- cı illərdə dalbadal çap etdirdiyi altı poeması və başqa əsərləri Bayronu dövrünün ən populyar şairinə çevirdi. “Şərq poemaları” adı altında birləşən bu əsərlərin mövzusunu şair öz səyahəti vaxtı müşahidə etdiyi və eşitdiyi hadisələrdən almışdı. Müxtəlif məkan və xalqlar haqqında söz açan Bayron ayrı-ayrı millətlərin, adət-ənənələrinin təsvirində obyektiv sənətkar mövqeyini bir daha təsdiq etmişdir.

  Corc Qordon Bayronun yaradıcılığına  respublikamızda ardıcıl müraciət olduqca uzun tarixə malikdir. Bayronun əsərlərinin ingilis dilindən birbaşa tərcüməsi yolunda da ilk etibarlı addımlar atılmışdır. Bu sahədə məhrum şairimiz Ənvər Rzanın xidmətləri böyükdür. Oxucular Bayronun “Şilyon məhbusu” və “Mazepa” poemaları ilə Ənvər Rzanın tərcüməsində tanış olmuşlar. Ə.Rzanın Bayronun onlarca kiçik həcmli şeirini də ilhamla  tərcümə etmişdir.

… Bayronun mübarizədə  məğlub olan tənha qəhrəmanları həm də ülvi məhəbbətlə sevən gənclərdir. Onların məhəbbəti nakam qalır. Şairin inadkar təklərinin fəryadı, harayı bizi başqa bir nəticəyə gətirib çıxarır. Bayron təklərin faciəsini ön plana çəkməklə ümumin qələbəsini  təsdiq edirdi.

      Dünya vətənindən didərgin düşmüş  dünyanın neçə- neçə ölkələrində-İsveçrə, İtaliya, Portuqaliya, İspaniya, Yunanıstan, Albaniyada, Türkiyədə  gəzib-dolaşan,  əzilən xalqların mübarizəsində yeri gələndə qələmini silaha çevirən Bayron beynəlmiləlçi mübariz şair adını ürəklərə yazmışdır. Ömrünün otuz altıncı baharında Yunan vətənpərvərlərinin azadlıq mübarizəsində iştirak edən  şair ölümü də yad torpaqlarda qarşıladı. Onun ürəyini Yunanıstanda nəşini isə doğma İngiltərədə (Hyusted abbatlığında) dəfn etdilər. O gün yunan xalqı şairin ölümünü milli matəminə çevirdi. Bayron  öz ulu babalarının şan-şöhrətini daha uzaq ünvanlara söylədi. Amma onun şair şöhrəti, qəhrəmanlığı tarixin səhifələrində daha parlaq və möhtəşəm oldu… C.Q.Bayron  bütün bəşəriyyət üçün əsrlərlə, əsrlərdə yaşayacaq, cünki o, bütün xalqların müdafiəçisi idi.

 Şair azadlıqçün doğulub ancaq,

Azadlıq! Əbədi gəlməlidir o!

                               Son anda söylədi qurumuş dodaq:

                              “Azadlıq yolunda ölməlidir  o!”

                               Öldü azadlığa havadar kimi,

                               Sanki bir əsgərdi, Bayron deyildi.

                               Azdlıq önündə bir zəvvar kimi

                               Dizləri büküldü, başı əyildi.

                               Qaldırdı bayraqtək şair adını.

                               Unutdu lorddu o, ingilisdi o.

Yunan torpağına nicat gəzdi o,

 Atdı alovlara öz həyatını.

Əliağa Kürçaylı