Sevinc Tofiqqızı və Qənirə Paşayevanın növbəti işbirliyi – FOTO+KLİP

Azərbaycanın tanınmış xanım bəstəkarı, bəstələri ilə sevənlərinin qəlbində taxt qurmuş Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın işbirliyi davam etməkdədir.

Turkustan.info xəbər verir ki, bu günə qədər bir çox layihələrin müəllifi olan Sevinc Tofiqqızı bu dəfə də Qənirə Paşayevanın “Ana” şeirinə bəstələdiyi musiqi və öz səsləndirməsi ilə yeni bir uğura imza atdı. Onu da qeyd edək ki, bu işbirliyi ilk deyil. Qənirə Paşayeva yaradıcılığına hər dəfə sevə-sevə müraciət edən tanınmış xanım bəstəkar çəkdirdiyi klip,bəstələdiyi musiqi və səsləndirməsi ilə yenə öz fərqliliyini ortaya qoydu. Qeyd edək ki, Sevinc Tofiqqızının bəstələdiyi bu mahnını ötən il xalq artisti Nisə Qasımova səsləndirmişdi. Rejissoru Elnar Həşimov, operatoru Emin Hüseynov olan klipi sizlərə təqdim edirik :

Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğları mahnıları xalq artistləri Flora Kərimova, Səməd Səmədov, Fidan Hacıyeva, əməkdar artist Manana, müğənnilərdən Rəşad İlyasov, Nadir Qafarzadə, Əkbər, Aysel Əlizadə, Aslan Hüseynov, Şəbnəm, Niyam Səlami kimi ifaçılar səsləndiriblər.

  • Sevinc Tofiqqızı və Qənirə Paşayevanın növbəti işbirliyi - FOTO+ KLİP
    Sevinc Tofiqqızı və Qənirə Paşayevanın növbəti işbirliyi - FOTO+ KLİP
    Sevinc Tofiqqızı və Qənirə Paşayevanın növbəti işbirliyi - FOTO+ KLİP
    Sevinc Tofiqqızı və Qənirə Paşayevanın növbəti işbirliyi - FOTO+ KLİP
    Sevinc Tofiqqızı və Qənirə Paşayevanın növbəti işbirliyi - FOTO+ KLİP