“Türkiyə ABŞ-a meydan oxuyur”

Xarici mətbuatlar: “Türkiyə ABŞ-a meydan oxuyur”

Turkustan.info xəbər verir ki, British Financial Times “Zeytun budağı” əməliyyatı haqqında maraqlı analizlər aparıb.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyatı xarici mətbuatda da geniş əks-səda yaradıb. British Financial Times, xüsusilə Avropa və ABŞ mətbuatı bu əməliyyatı diqqətli bir şəkildə analiz edərək “Türkiyə ABŞ-a meydan oxudu” başlığıyla xəbər yayımlayıb.

Xarici mətbuatda nəşr olunan xəbərlərdə Türkiyənin müttəfiqi olan ABŞ-a YPG mövzusunda yaşanan anlaşılmazlıq səbəbiylə meydan oxuduğu və əməliyyata başladığı yazılıb. Financial Times qəzeti Yaxın Şərqdə yeni cəbhələrin açılışı və Suriya əməliyyatı ilə ABŞ-la münasibətlərin daha da gərginləşəcəyini yazıb.   /a24.az/