Bir gündə ikinci dəfə məmur ölümü xəbəri – AZƏRBAYCANDA

Hesablama Palatasının Sosial Müdafiə və Sosial Təminat sahələrinin auditi şöbəsinin baş məsləhətçisi Eldar Abdullayev qəfil vəfat edib.
Turkustan.info-nun məlumatına görə,  E.Abdullayev 20 Yanvar şəhidlərinin anım günündə Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra evə gələn E.Abdullayev narahatlıq keçirib və həkim müayinəsindən keçib. Həkimlər onun ürəyinə stend qoyulmasını məsləhət görüb.
Minval.info xatırladır ki, bu, gün ərzində məmur ölümü ilə bağlı ikinci xəbərdir. Belə ki, səhər saatlarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Mayis Sarıyevin vəfat etməsi barədə məlumat verilmişdi.    /Lent.az/