Gün: Yanvar 24, 2018

Danışdılar.. Ərdoğan Trampdan elə bir tələb etdi ki – SON DƏQİQƏ

Bu gün axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı gerçəkləşib. Turkustan.info xəbər verir ki, telefon təması ABŞ prezidentinin istəyi ilə reallaşıb. Telefon danışığında Türkiyənin Suriyanın şimalında başlatdığı hərbi əməliyyat müzakirə olunub. R.T.Ərdoğan D.Trampdan terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD-yə dəstəyi dayandırmağı və indiyədək […]

Kökəlmək istəmirsinizsə, hər səhər belə edin… – MƏSLƏHƏT

Hazırda dünyada demək olar ki, əksər insanları narahat edən problemlərdən biri də artıq çəkidir. Bunun ən başlıca səbəbi isə qeyri-sağlam qidalanma, hərəkətsiz yaşam tərzidir.  Turkustan.info ailem.az-a istinadən ömür boyu bu cür problemlə qarşılaşmamaq üçün faydalı məsləhətlər verir. Günə səhər yeməyi ilə başlayın Günə enerjili və sağlam şəkildə başlamaq üçün yaxşı […]

Fevralın 4-də yerli vaxtla saat 13:30-da…

ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsinin (NASA) alimləri fevralın 4-də yerli vaxtla saat 13:30-da orta böyüklükdə asteroidin Yer kürəsinin yaxınından keçəcəyini bildiriblər. Turkustan.info AZƏRTAC-a istinadən bildirir ki, diametri 0,5-1,2 kilometr arasında olan “2002 AJ129” asteroidinin planetimizə 4,2 milyon kilometr yaxınlaşması gözlənilir. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 10 dəfədən […]

“Olar? Olmaz!” ən çox izlənən veriliş oldu – VİDEO

Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişinin Salyan bölümü davam edir. Bu dəfə Həsənağa Sadıqovun “sazla oynayanlar”-ı biabr edib. Ustadın maraqlı söhbətləri bu gündə davam edəcək. Bu axşam saat 19-55 də Space Tv-də Amil Xəlilin təqdimatında “Olar? Olmaz!” verilişini izləməyi unutmayın.. Qeyd edək ki, sosial şəbəkələrdə “Hansı verilişləri izləyirsiz?” mövzusunda sorğu […]

Rza Rzayev yazır: “GEDƏCƏK YER AXTARAN AZƏRBAYCANLILAR…”

Həmişə fırlanan mövzudur və heç vaxt da dayanmayacaq, dayanana az qalmış yenə kimsə təkrar fırladacaq – “volçok” kimi.  Niyə köhnə söhbətə qayıtmaq istəyirəm, çünki bütün təzə söhbətlər, yəni baş verənlər və verəcəklər köhnəyə bağlıdır.  Heç kim deməsin “olan olub, keçən keçib”, heç kim heç nəyi unutmayıb. “Unutmuşuq” deyənlər də, “barışanlar” […]

Emin Həsənli: “Türkiyənin hərbi və diplomatik uğurları qürurvericidir”

“Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyat tam haqlı və ədalətli əməliyyatdır”. Turkustan.info bildirir ki, bunu Lent.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib. E. Həsənli deyib ki, bu əməliyyat tək Türkiyə […]

Azərbaycanlı deputat AŞPA-da komitəsinin sədr müavini seçildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov AŞPA-nın hüquq məsələləri və insan hüquqları komitəsinin sədr müavini seçilib. Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, Vüsal Hüseynov AŞPA sessiyalarında və komitə iclaslarında hər zaman fəal iştirakı ilə fərqlənir.

Qənirə Paşayevadan AŞPA-da Afrin əməliyyatına DƏSTƏK

Millət vəkili Qənirə Paşayeva AŞPA-da terrorla mübarizənin gücləndirilməsinin vacibliyində danışıb və çağırış edib. Bu gün AŞPA-da “Türkiyənin Suriyaya hərbi müdaxiləsi” mövzusunda keçirilən müzakirələrdə Azad Demokratlar Qrupu adına Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva çıxış edib. Regional və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün terrorizm təhlükəsinin aradan qaldırılması […]

12 yaşlı şagirdini 33 yaşlı oğluna alan sinif rəhbəri

Könül Cəfərli Nə qədər mağaza gəzsələr də, qıza nişan üzüyü ala bilməyiblər. Hamısı Günayın (şərti ad – red.) barmağına böyük olub. Məcbur qalıb zərgərə sifariş veriblər. Paltar alarkən də qaynanası çətinlik çəkib. Kiçik bədən ölçüsünə bər-bəzəkli gəlin paltarı tapılmayıb. Geyim məsələsini də dərziyə tapşırıb, xonça hazırlığına başlayıblar.    Günayla hələ […]

Rusiyanın Azərbaycana səfir təyinatında Lavrov düyünü

Qabil Hüseynli: “Lavrovun Azərbaycana səfir planı baş tutmayıb” 2017-ci il noyabrın 27-də Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxinin Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Ancaq bugünədək ölkəmizə yeni səfir təyin olunmayıb.  Bu post hələ boş saxlanılır. Qeyd edək ki, daha əvvəl Rusiya Dövlət Dumasının […]

SON DƏQİQƏ: PYD terrorçuları Türkiyəyə hücum etdi – Çox sayda yaralı var

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub. Turkustan.info-nun məlumatına görə, Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis vilayətinə PYD/PKK terror qruplaşması tərəfindən raket atılıb. Raket məscidə düşüb. Nəticədə 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Yaralılar partlayışın əmələ gətirdiyi tüstüdən zəhərlənib. Daha bir mərmi evə düşsə də, xəsarət alan olmayıb.   /matbuat.az/

Qənirə Paşayevadan AŞPA-ya sərt ittiham

“AŞPA-da yenə də ikili standartın şahidi olduq: birincisi, “Rusiyaya Ukraynanın Krım bölgəsini işğal edibsiniz, ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq” deyənlər Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-ya dəvət edib, çıxış verdilər”. Turkustan.info  xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. O daha sonra […]

“Əgər icra başçımız Almaniyada ermənilərlə birgə poliklinika açırsa…”

“Putindən orden medal almış məmurlarımız Qarabağın azad edilməsinə imkan vermir…” Xəbər verdiyimiz kimi, 25-ci ildir işğal altında olan Kəlbəcərin məşhur Zod qızıl mədənlərinin birbaşa Rusiya tərəfindən istismar edilməsi haqda informasiyalar yayılıb. Bu haqda son günlər qanunsuz olaraq Ermənistan ərazisindən Azərbaycan torpaqlarına daxil olan rus səyahətçi blogerlərdən biri məlumat verib.  Turkustan.info […]

Ərəblər boş çərçivə üçün 50 milyon avro verdilər – “Dubai Frame”dən FOTOLAR

Neftlə zəngin ərəb ölkələri hər zaman “lazımsız xərclər”i ilə diqqət mərkəzində olub. Bu dəfə isə belə bir hal Birləşmiş Ərəb Əmirliklərində yaşanıb. Turkustan.info A24.Az-a istinadən xəbər verir ki, Dubayın mərkəzində 50 milyon avroluq boş bir çərçivə tikilib. Çərçivə Dubayın uğurlarını təmsil edir. 150 metr hündürlüyü olan “Dubay Frame” şəhərin bir parçası […]

Bakının ən prestijli zonasından əhali köçürülür

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib. Turkustan.info-nun məlumatına görə, bu barədə APA-ya İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti […]

“Azərbaycan ordusu Qarabağda antiterror əməliyyatına başlamalıdır”

Füzuli Məmmədov: “Bu, beynəlxalq hüququn tələbidir” “Türkiyə ordusunun Suriyada antiterror əməliyyatlarına başlaması qardaş ölkənin haqqıdır və beynəlxalq hüquq normalarına uyğundur”. Bu fikirləri Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun Prezidenti, Avropa Azərbaycanlıları Konqresinin Birinci Vitse-Prezidenti Füzuli Məmmədov səsləndirib. O bildirib ki, özünə hörmət edən heç bir ölkə sərhədlərində terror qruplaşmalarının fəaliyyətinə razı ola […]

Ürəyimiz niyə dayanır? – Qoca xəstəliyin cavan qurbanları…

Son zamanlar qəfil ürək tutmaları ilə keçinən insanların sayı kəskin artıb. Dünən jurnalist Nicat Məlikov, ondan qabaq jurnalist Natiq Qədimov, daha əvvəl isə jurnalist İlqar Qulusoyun ürək tutmasından vəfatı bu xəstəliyin yaşının xeyli gəncləşdiyini göstərir.  Turkustan.info xəbər verir ki, Medicina.az ürək damarları daha gənc yaşlardan tıxanmağa başladığından bu qorxulu simptomun vaxtında aşkar olunmasının […]

Səməd Seyidov AŞPA-da Sarkisyanı çətin vəziyyətə saldı

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Səməd Seyidov Ermənistan prezidenti Serj Sarkisyana sual ünvanlayıb. Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, S.Seyidovun Xocalı soyqırımı ilə bağlı sualı AŞPA-nın bugünkü sessiyasında çıxış edən Sarkisyanı çətin vəziyyətə salıb. “Siz Azərbaycana qarşı müharibənin lideri olmusunuz. Nə üçün Xocalı soyqırımından danışmadınız? O soyqırımda uşaqlar, […]

Muhsin Yazıcıoğlunun partiyasından Ərdoğanın prezidentliyinə dəstək

Mərhum Mushin Yazıcıoğlunun qurucusu olduğu Böyük Brirlik Partiyası gələn il Türkiyədə keçiriləcək prezident seçkisində hazırdı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək. Turkustan.info xəbər verir ki, bu açıqlama ilə BBP-nin hazırkı sədri Mustafa Destici çıxış edib. Mustafa Destici bildirib ki, 2019-un noyabrında keçiriləcək prezident seçkisində seçki birinci turda bitəcək: “Allahın […]

Avropalılar Türkiyəyə qarşı savaş üçün yola düşdü – ŞOK

PYD terror qruplaşması sıralarında onlarla ABŞ, İngiltərə və Almaniya vətəndaşı Türkiyəyə qarşı mübarizə aparır. Turkustan.info xəbər verir ki, bu barədə “Tayms” informasiya yayıb. Məlumata görə, Suriyanın müxtəlif ərazilərindəki YPG üzvü olan İngiltərə vətəndaşları döyüşlərə qoşulmaq üçün Afrinə getməyə çalışır. Silahlı terrorçulardan ibarət qruplaşmaya Çin əsilli İngiltərə vətəndaşı Huanq Lei rəhbərlik […]

İntihar: Elza 10 saniyə tez zəng etsəydi… – VİDEO

Vətən güldən-çiçəkdən, sudan, daşdan-torpaqdan qabaq insan deməkdi. Hər vaxtsız gediş canımızdan can alır, Vətənimizi kiçildir. İntihar edərək sevdiklərinizin dünyasını, Vətənini kiçiltməyin. Bir şeyi də unutmaq olmaz: Cəmi 10 saniyə sonra hər şey tamam başqa cür, sənin ürəyin istəyən şəkildə ola bilər. Ancaq bunun olması üçün sənin yaşamağın şərtdir. Turkustan.info bildirir […]

Məşhur türkiyəli həkimdən xərçənglə bağlı ŞOK AÇIQLAMA: “Xəstəliyin müalicəsi gizlədilir”

Türkiyənin məşhur fitoterapevti  Dr.İsmail Sekman xərçəng xəstəliyinin müalicəsinin olduğunu açıqlayıb. Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, həkimin sözlərin görə, dünyada ən ölümcül xəstəliklərin başında gələn xərçəngin müalicəsi gizlədilir: “Xərçəngin müalicəsi var.1920-ci ildə amerikalı həkim Royall Rıfe xərçəngin səbəbinin virus olduğunu aşkara çıxarıb. Öz ixtira etdiyi cihazla bu hüceyrələrə siqnal yollayaraq, […]

Putin erməniləri seçdi: Üç erməni, bir azərbaycanlı…

Rusiyadakı azərbaycanlıların “Azerros” Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova Vahid Rusiya Partiyasının namizədi Vladimir Putinin seçki kampaniyası zamanı səlahiyyətli nümayəndələrindən biri təyin edilib. Mehriban Sadıqova Putinin səlahiyyətli nümayəndələri arasında hələlik yeganə azərbaycanlıdır. Mərkəzi Seçki Komissiyası V.Putinin səlahiyyətli nümayəndəsi kimi ilkin olaraq 259, daha sonra isə 154 nəfəri qeydiyyatdan keçirib. […]

Yeni rəhbər, yeni siyasət, köhnə dollar – NƏ DƏYİŞƏCƏK?

“ABŞ-ın Mərkəzi Bakı funksiyasını həyata keçirən Federal Ehtiyat Sisteminə (FES) yeni rəhbər təyin edilməsi ilə bahalı dollar siyasəti dəyişmir”. Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. Ekspert bildirib ki, Amerikada siyasət fərdlərdən asılı deyil: “ABŞ-ın özünün milli strategiyası var. Valyuta ilə bağlı qəbul olunmuş strategiyaya görə, yaxın […]

Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı

İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib.

2015-ci ildə Türkiyə Silahlı Qüvvələrindən (TSQ) təqaüdə çıxan, keçmiş ordu generalı İhsan Başbozkurt “Hürriyet” qəzetinə TSQ-nin Afrin əməliyyatını dəyərləndirib. General “Zeytun budağı” əməliyyatının ABŞ və İsrailə mesaj olduğunu söyləyib.

 “Şanlı ordumuzun bu əməliyyatı Amerikaya açıq mesajdır. Onların “Böyük İsrail” planı var. Bunun üçün xəritələr də hazırlayıblar. Türkiyə Suriyaya Afrin əməliyyatı ilə ABŞ-a “o xəritələri cır at” mesajını verir” — general qeyd e

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar – SİYAHI

2017-ci ildə “Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar bəlli olub.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumat verilib.

Bildirilib ki, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət edənlərin sayı 40 milyonu keçib.

Bu müddət ərzində “Elektron hökumət” portalı üzərindən xidmətlərinə ən çox müraciət olunan 10 qurum aşağıdakılardır:

· Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9.341.135

· Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 8.327.2

Sabahdan temperatur 4-7 dərəcə enəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Bölgələrdə də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir g

Bu tarixdə Rusiyaya müharibə ELAN EDİLƏCƏK – GÜNLƏR QALDI

“VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını müharibə elanı ilə müqayisə edib.

Bankir belə bəyanatla Davos Ümumdünya iqtisadi forumun kuliarlarında çıxış edib.

Onun sözlərinə görə, Rusiya maliyyə institutlarına qarşı istənilən iqtisadi sanksiyalar “müharibə elanı”na oxşar olacaq. Andrey Kostin həmçinin bildirib ki, indi yeni qızğın silahlanma mərhələsi başlanır və bundan yalnız generallarla silah istehsalçıları qazanacaqlar.

“NATO daha çox silah tələb edir və Avropada böyük miqdarda silah yerləşdirir. Rusiya da buna eyni şəkildə cavab verəcək”, – Kostin əlavə edib.

Bankir vurğulayıb ki, Suriya, Baltikyanı və yaxud da Qara dənizdə topla

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

 Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb.

Xaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. O, fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şə

ABŞ Rusiyaya qarşı yeni nüvə bombası hazırlayır

ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi yeni nüvə döyüş başlıqlarının yaradılması proqramına başlayıb. Turkustan.info xəbər verir ki, bunu “Defens Nyus”a müsahibəsində idarənin rəhbəri Frenk Klots söyləyib. Onun sözlərinı görə, yeni nüvə başlıqları sualtı gəmilərdəki ballistik raketlər üçün nəzərdə tutulub. Bu başlıqların daha az təsir imkanları olacağı vurğulanıb. Klots həmçinin B61-12 bombardmançılarının […]

Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General

“Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır.

Bu sözləri türkiyəli general İhsan Başbozkurd “Zeytun budağı” əməliyyatını dəyərləndirərkən deyib.

Mükəmməl taktika və koordinasiya

“Əməliyyatın planlanması, hazırlığı, başlanğıcı və bu günə qədər əldə olunan irəliləyişlərə nəzər salsaq, mükəmməl bir taktika və strateji uğur olduğu görünür. Çox çətin şəraitlərdə, dağlıq, qayalıq, meşəlik ərazilərdə keçirilən bir əməliyyat ancaq belə planlana və həyata keçirilə bilər”.

Gündüz vaxtı qəfildən…

“Afrinə hücum, irəliləmə istiqamətləri mükəmməl seçilmiş və terror qruplaşmasının qısa müddə

SENSASİYA: Aprel döyüşlərinə qatılan ermənilər Afrində Türkiyəyə qarşı vuruşur

2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada “Zeytun budağı” əməliyyatında Türkiyə ordusuna qarşı vuruşur. Turkustan.info bildirir ki, bunu azvision.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey deyib. G.Gülbey vurğulayıb ki, Suriyada yaşayan ermənilər hər zaman Türkiyəyə qarşı olublar: […]

İrəvanda döyüş hazırlığı: Dəhşətli 8 gün

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan Prezidenti Serj Sərkisyan Fransaya səfərə getdi. Sərkisyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sərkisyanın Fransa səfəri təsadüfi deyil.

Erməni siyasi şərhçi Aykazn Qaqriyan Ermənistanın birinci şəxslərinin Moskvadan asılı olmasına baxmayaraq, Parisdə “xaç suyuna salındıqları”nı yazıb:

“Levon Ter-Petrosyan da, Robert Köçəryan da, Serj Sərkisyanın özü də bunu edib. Sərkisyan prezident səlahiyyətlərini təhvil verəndən sonra baş nazir olaraq ölkəni idarə etmək niyyətini gizlətmir. Fransa səfəri də onun “xaç suyuna salınmaq” istəyi, yəni Par

Jurnalist niyə vəfat edib? – Polisdən fərqli səbəb

“Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib.

Bu haqda “Qafqazinfo”-ya Səbail RPİ-dən məlumat verilib.

Hadisə yanvarın 23-də saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında ayağı və başı səki kənara dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.

Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalı hadisədir…”

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir.

Bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: “Hazırda ərazidə hava şəraiti də axtarışlar üçün normaldır. Axtarışlar helikopter və canlı qüvvə vasitəsilə aparılır. Çox müəmmalı hadisədir. Bütün mümkün olan yerlər axtarılır. Heç bir iz yoxdur. Qəbələ rayonu ərazisində axtarışların aparılıb-aparılmaması barədə məlumatım yoxdur. Əsasən Xınalıq və Tufandağ istiqamətində axtarışlar

Azərbaycanda daha bir jurnalist dünyasını dəyişdi

Azərbaycanda daha bir jurnalist vəfat edib.

Nanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib. O, mağazaya gedərkən qəfildən halı pisləşib. İlkin məlumata görə, jurnalistin ölümünə səbəb ürək çatızmalığı olub.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mərhum 3 uşaq atası olub.

Allah rəhmət eləsin!        /İstiPress/

Əməliyyatın kod adı – Zahid Orucdan sensasion yazı

Afrindən Xudaf(ə)rinə, Füzulidən Hələbə gedən yollar… AZƏRBAYCAN TÜRKİYƏNİ NƏDƏN AÇIQ MÜDAFİƏ ETDİ? ATƏT-in Minsk təşəbbüsləri özünün yubiley yaşını – 25 illiyini sakitcə, təntənəsiz ötürüb keçdi. Əslində atəşfəşanlıq onun harasına yaraşır?! Axı Sovetlər Birliyi dağılandan burun-buruna dayanan tanklar əsil qığılcım alovunu bir andaca saçmağa hazırdılar. Belə vasitəçilik dünya tarixində sabit bir […]

“Demə qocalmışam mən, bu gecə Telli ilə …” – Teymur əmi efirdə coşdu – VİDEO

Dünən “5/5″in qonaqları Telli Borçalı və Teymur əmi olub. Turkustan.info xəbər verir ki, ilk dəqiqələrdən “söz savaşına” çıxan məşhurların deyişməsi əyləncəli anlara səhnə olub. Teymur əmi və Tellinin bir-birinə ünvanlanmış şeirini Zaur yarıda saxlayıb. Səbəbini aşağıdakı videoda izləyə bilərsiniz:     /Milli.Az/

Bu şəxslər EVLƏNƏ BİLMƏYƏCƏKLƏR? – Hepatitlə bağlı YENİ TƏKLİF

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Hepatit B və C qrupları üzrə xəstəliklərin icbari tibbi müayinə paketinə daxil edilməsini təklif edib. M.Quliyev deyib ki, bunun üçün Ailə Məcəlləsinə müvafiq əlavə və dəyişiklik edilməlidir. Səhiyyə Nazirliyi Hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri Murad […]

Qaxda hamı bu müəllimdən danışır: Qaşında pirsinq, qolunda tatu – VİDEO + FOTO

Bugünkü müsahibimiz şəhər həyatından uzaqlaşıb, özünü Qaxın Ləkid kəndində təhsilə yönəltmiş 23 yaşlı müəllim Turanə Hüseynovadır. Şəhər həyatında xeyli müasir və dəlisov olan Turanə, özünün dediyinə görə, çox dəyişib. Dağın ətəyində yerləşən, tarixi yerləri, təmiz havası ilə başgicəlləndirici gözəlliyə sahib bu kənd və əhalisi onu heyran edib. Turanənin kənddə qarşılanması da qeyri-adi […]

Bu gün Binəli Yıdırımın maraqlı qonağı vardı – FOTOLARDA

Baş nazir Binəli Yıldırım bu gün Türkiyəyə rəsmi ziyarətə gələn Nigeriyanın baş naziri Brigi Rafinini rəsmi mərasimlə qarşılayıb. Turkustan.info xəbər verir ki, Çankaya köçkündə, qar yağışı altında gerçəkləşən mərasimdə Nigeriya baş nazirinin geyimi diqqət çəkib. İki ölkənin heyətlərinin təqdimatından sonra baş nazirlər fotoqraflara poz veriblər. Bu Nigeriyadan Türkiyəyə baş nazir […]

İtirdiyimiz jurnalistdirsə… Əflatun Amaşov Ülviyyə və Nicat haqda yazdı

Əflatun Amaşov Mətbuat Şurasının sədri, millət vəkili Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyata qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi […]

Elza Seyidcahan – “Çək mizrabı yatana… bülbülüm”

Bacısı Rasimə ilə Əməkdar Artist Elza Seyidcahan yeni işləri barədə danışıb. Turkustan.info xəbər verir ki, 2018-ci ildə onu uğurlar gözlədiyini söyləyən müğənni şeirlərinin tənqid edilməsinə münasibət bildirib: “Tənqid olmasa inkişaf da olmaz. Mən sevinirəm ki, şeirlərim tənqid olunur. Çünki nəticə çıxara bilən insanam. Yaxın zamanda kitabım da işıq üzü görəcək. […]

Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı

İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib. 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrindən (TSQ) təqaüdə çıxan, keçmiş ordu generalı İhsan Başbozkurt “Hürriyet” qəzetinə TSQ-nin Afrin əməliyyatını dəyərləndirib. Turkustan.info “Timeturk”ə istinadən xəbər verir ki, general “Zeytun budağı” əməliyyatının ABŞ və İsrailə mesaj […]

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumlar – SİYAHI

2017-ci ildə “Elektron hökumət” portalının xidmətlərindən ən çox istifadə olunan qurumlar bəlli olub. Turkustan.info bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Modern.az-a verilən məlumat verilib. Bildirilib ki, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) operatoru olduğu “Elektron hökumət” portalı üzərindən elektron xidmətlərə müraciət […]

Sabahdan temperatur 4-7 dərəcə enəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı […]

Bu tarixdə Rusiyaya müharibə ELAN EDİLƏCƏK – GÜNLƏR QALDI

“VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarını müharibə elanı ilə müqayisə edib. Turkustan.info “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bankir belə bəyanatla Davos Ümumdünya iqtisadi forumun kuliarlarında çıxış edib. Onun sözlərinə görə, Rusiya maliyyə institutlarına qarşı istənilən iqtisadi sanksiyalar “müharibə elanı”na oxşar olacaq. Andrey […]

Türk pilotun 30 saniyəlik manevri dünyanı şoka saldı – VİDEO

Türk pilotun tuneli darmadağın etmək üçün verdiyi qərar dünya mediasında geniş rezonans doğurub

 Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsinə hücum planının tərkib hissəsi olan “Zeytun budağı” əməliyyatında türk pilot dünya hərb tarixinə düşəcək addım atıb.
Türk pilot Afrin vilayətində terrorçuların dağdakı tunelə yerləşdirilən silah anbarını inanılmaz manevr nəticəsində yerlə-yeksan edib. Pilot təpənin altında silah anbarını görüb. Anlayıb ki, təpənin altında olduğundan anbarın yuxarıdan bombalanması effekt verməyəcək. Belə olan təqdirdə pilot öz həyatını təhlükəyə atıb, yerə 20 metr məsafəyə qədər yaxınlaşaraq tunellə paralel vəziyyətə gəlib və raketi tunelə buraxıb. Nəticədə terrorçuların silah anbarı da

Azərbaycanlı jurnalisti Rusiyada avtomobil vuraraq öldürüb

 Azərbaycanlı jurnalist Ülviyyə Şamilqızını (Məmmədova) Rusiyanın Həştərxan şəhərində avtomobil vuraraq öldürüb. Turkustan.info bildirir ki, yaxınlarının “Report”a verdiyi məlumata görə, mərhumun meyiti hazırda tibbi-ekspertiza məntəqəsindədir. Ü.Şamilqızının cənazəsi doğulduğu Gəncə şəhərinə aparılaraq orada dəfn olunacaq. Qeyd edək ki, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərmiş Ülviyyə Şamilqızı bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, […]

Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar…

Rus sərhədçilərini Ermənistandan çıxarmaq tələblərinə şimaldan təpki; Rusiyanın tanınmış nəşrindən Ermənistanda yaxınlaşan prezident və baş nazir seçkilərinə dair maraqlı şərh; Putin Sərkisyanla bağlı seçimini hələ etməyib; yeni prezident “Yusif Sərrac” taleyi də yaşaya bilər…  

Ötən həftə Ermənistanın yeni parlamentli idarəçiliyində ilk prezident olmağa ən şanslı şəxsin adı açıqlandı. Bu, hakim Respublikaçılar Partiyasının (ERP) namizədi, hazırda Böyük Britaniyada səfir olan, keçmiş baş nazir və imkanlı iş adamı Armen Sərkisyandır.

Parlamentdə martın 2-də baş tutacaq seçkidə onun qələbəsi şübhə doğurmur. Çünki ERP parlamentdə səs çoxluğuna malikdir. Doğrudur, 1/4 sayda deputatları olan bloklar da namizəd irəli sürə bilər. Lakin belə bir hüquq hakim

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı zamanı 260 terrorçunu məhv ediblər.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib”, – deyə bəyanatda qeyd olunur.  /BakuPost/

Türkiyə hücumu: “Böyük İsrail” və Sevr məhv edildi – General

“Böyük İsrail” layihəsi artıq masadan qalxmışdır. Turkustan.info xəbər verir ki, bu sözləri türkiyəli general İhsan Başbozkurd “Zeytun budağı” əməliyyatını dəyərləndirərkən deyib. Mükəmməl taktika və koordinasiya “Əməliyyatın planlanması, hazırlığı, başlanğıcı və bu günə qədər əldə olunan irəliləyişlərə nəzər salsaq, mükəmməl bir taktika və strateji uğur olduğu görünür. Çox çətin şəraitlərdə, dağlıq, qayalıq, […]

Rus təbliğatı: Avropanı təhdid altında saxlayır

Avropa Komissiyası Rusiyanı Avropa İttifaqını parçalamaq məqsədilə əlaqələndirilmiş “dezinformasiya kampaniyası” aparmaqda ittiham edib və bu təhlükənin qarşısının alınması üçün tədbirlərin artırılmasına çağırış edib.Komissiyadan edilən çağırışda bildirilir ki, Rusiyanın maraqlarına xidmət edən dezinformasiyalara, saxta xəbərlərə, dezinformasiya kampaniyalarına və kiberhücumlara Avropa İttifaqı tərəfindən olan etinasızlığa təəssüf edirlər.Avropalı parlamentarilər 2016-cı ildə Böyük Britaniyada Avropa İttifaqından çıxmaqla bağlı keçirilmiş referendum, habelə Fransa, Almaniya və İspaniyada keçirilən seçkilərə Rusiyanın rahatlıqla müdaxilə etməsinin bu kampaniyaların nəticələri olduğunu deyirlər.

Qeyd edək ki, Aİ Rusiyanın dezinformasiya kampaniyasına qarşı 2015-ci ilin sentyabr ayında “Şərq

Bir gündə ikinci dəfə məmur ölümü xəbəri – AZƏRBAYCANDA

Hesablama Palatasının Sosial Müdafiə və Sosial Təminat sahələrinin auditi şöbəsinin baş məsləhətçisi Eldar Abdullayev qəfil vəfat edib.
E.Abdullayev 20 Yanvar şəhidlərinin anım günündə Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra evə gələn E.Abdullayev narahatlıq keçirib və həkim müayinəsindən keçib. Həkimlər onun ürəyinə stend qoyulmasını məsləhət görüb.
Minval.info xatırladır ki, bu, gün ərzində məmur ölümü ilə bağlı ikinci xəbərdir. Belə ki, səhər saatlarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin aparıcı məsləhətçi-nəzarətçi müfəttişi Mayis Sarıyevin vəfat etməsi barədə məlumat verilmişdi.    /Lent.az/ 

Azərbaycan prezidenti: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni danışıqlar aparırıq”

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni sazişlər üzrə danışıqlar aparırıq. Bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

Bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

«Bu, daim diqqət mərkəzimizdə olan prosesdir. Hazırda danışıqlar davam edir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır”, – deyə o vurğulayıb.

Dövlət başçısı bu istiqamətdə Rusiya ilə əməkdaşlığı məhsuldar adlandırıb.

Prezident həmçinin qeyd edib ki, Azərbaycanın Rusiya ilə imzaladığı sazişlərin əksəriyyəti icra olunub. Artıq silahların alındığını deyən İ. Əliyev əməkdaşlıq üzrə gələcək planlar üzərində işin davam etdir

Bu ixtisaslara ayrılan yerlərin hamısı boş qalıb

2017/2018-ci tədris ili üçün rezidenturaya ayrılmış 505 plan yerinə qəbul aparılıb. Plan yerləri 93,07% dolub: müalicə işi, pediatriya istiqaməti üzrə plan yerlərinin 4,76%-i və tibbi profilaktika istiqaməti üzrə 24,59%-i boş qalıb.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadənin sözlərinə görə, tibbi profilaktika istiqaməti üzrə imtahan verən namizədlər ixtisas seçimi zamanı “Yoluxucu xəstəliklər” ixtisasına üstünlük veriblər:
“”Gigiyena” və “Epidemiologiya” ixtisasları üzrə ayrılan plan yerlərinin isə hamısı boş qalıb.
2017-ci ildə imtahanın birinci mərhələsinin – baz

Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” ƏMƏLİYYAT – Ermənistan darmadağın PLANINI AÇDI

Türkiyənin Afrində həyata keçirdiyi uğurlu anti-terror əməliyyatının dalğasının Dağlıq Qarabağa da çatacağı ehtimalı Ermənistanı qorxuya salıb.

Ermənistan milli elmlər akademiyasının şərqşünaslıq institutunun direktoru, politoloq Ruben Safrastyan Afrin əməliyyatının İrəvan üçün təhlükəli nəticələrə səbəb ola biləcəyini hesab edir.

Onun sözlərinə görə, Türkiyənin güclü iradə ilə atdığı addımlar təkcə Yaxın Şərq regionu üçün yox, qonşu ölkələr, xüsusilə Ermənistan üçün yaxşı gələcək vəd etmir: “Bizim üçün baş verənlər kontekstində Qarabağda hadisələrin necə inkişaf edəcəyi əhəmiyyətlidir. Suriyadakı münaqişəni Qarabağ münaqişəsi ilə düz xətt üzrə əlaqəsi yoxdur. Lakin ortada Türkiyənin gücü və bu gün ortaya qoyduğu iradə var. Bu baxımdan, hadisələ

İrəvanda döyüş hazırlığı: Dəhşətli 8 gün

Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan baş nazir seçkilərinin aprelin 17-si saat 12:00-da keçiriləcəyini açıqlayıb. Bu açıqlamanın verildiyi gün Ermənistan Prezidenti Serj Sərkisyan Fransaya səfərə getdi. Sərkisyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşdü. Aprelin 9-da prezident səlahiyyətlərini təhvil verəcək Sərkisyanın Fransa səfəri təsadüfi deyil. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, erməni […]

Jurnalist niyə vəfat edib? – Polisdən fərqli səbəb

“Zerkalo” qəzetinin əməkdaşı, tanınmış jurnalist Nicat Məlikovun ölümü ilə bağlı ilkin rəsmi məlumat verilib. Turkustan.info xəbər verir ki, bu haqda “Qafqazinfo”-ya Səbail RPİ-dən məlumat verilib. Hadisə yanvarın 23-də saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün […]

Sumqayıtda xatirə gecəsi keçirilib – FOTO

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi və Nizami Gəncəvi adına Kitabxana klubun birgə təşkilatçılığı ilə mərhum şair Qiyas Həmidin yaradıcılığıma həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı xatirə gecəsi keçirilib.

Nizami Gəncəvi adına Kitabxana klubda baş tutan tədbiri giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin açaraq şair haqqında oxuculara geniş məlumat verib.

Sonra kitabxananın fəal oxucuları Qiyas Həmidin şeirlərindən nümunələr söyləyib, şairin qələm dostları: Görkəmli tənqidçi Vaqif Yusifli, İbrahim İlyaslı, Rafiq Oday, Süleyman Hüseynov, Məmməd Namaz, Sabir Yusifoğlu, Zakir Zahir, Ələsgər Həsənli və digərləri Qiyas Həmidlə bağlı xatirələrinibölüşüblər.

Axtarışlarda iştirak edən alpinist: “Çox müəmmalı hadisədir…”

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları hələ ki, heç bir nəticə vermir. Turkustan.info bildirir ki, bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib. Onun sözlərinə […]

İran niyə Afrin əməliyyatına qarşı çıxır? – Tehranın türk qorxusunun SİRRİ

Türkiyə ordusunun Afrin əməliyyatı bölgədə bütün tarazlığı alt-üst etdi. Və şübhəsiz ki, bu, Türkiyənin əlini gücləndirəcək. Amerikanın Türkiyənin qarşısında susması, neytral açıqlamalar verməsi təəccüblü olduğu qədər İranın Afrin əməliyyatına qarşı çıxması da düşündürücü oldu. Hərçənd, Vaşinqtonun PKK/PYD/YPG terrorçularından yaratdığı Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində qurmaq istədiyi “sərhəd ordusu” Türkiyə qədər İran üçün da ciddi təhlükədir. Türkiyə uzun müddətdir hazırlaşdığı Afrin əməliyyatını məhz “sərhəd ordusu” planının ortaya çıxmasından sonra sürətləndirdi. Bu, İran üçün da yarana biləcək təhlükənin ortadan qaldırılmasıdır və düz məntiqlə əməliyyata ən böyük dəstək Tehrandan gəlməli idi.

Çünki: Amerika qurmaq istədiyi 30 minlik

Azərbaycanda daha bir jurnalist dünyasını dəyişdi

Azərbaycanda daha bir jurnalist vəfat edib. Turkustan.info-nun məlumatına görə, tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib. O, mağazaya gedərkən qəfildən halı pisləşib. İlkin məlumata görə, jurnalistin ölümünə səbəb ürək çatızmalığı olub. Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində […]

Türk pilotun 30 saniyəlik manevri dünyanı şoka saldı – VİDEO

Türk pilotun tuneli darmadağın etmək üçün verdiyi qərar dünya mediasında geniş rezonans doğurub  Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsinə hücum planının tərkib hissəsi olan “Zeytun budağı” əməliyyatında türk pilot dünya hərb tarixinə düşəcək addım atıb. Turkustan.info BakuPost-a istinadən xəbər verir ki, türk pilot Afrin vilayətində terrorçuların dağdakı tunelə yerləşdirilən silah […]

Moskvadan İrəvana seçki “sürpriz”i, Bakıya yeni silahlar…

Rus sərhədçilərini Ermənistandan çıxarmaq tələblərinə şimaldan təpki; Rusiyanın tanınmış nəşrindən Ermənistanda yaxınlaşan prezident və baş nazir seçkilərinə dair maraqlı şərh; Putin Sərkisyanla bağlı seçimini hələ etməyib; yeni prezident “Yusif Sərrac” taleyi də yaşaya bilər…   Ötən həftə Ermənistanın yeni parlamentli idarəçiliyində ilk prezident olmağa ən şanslı şəxsin adı açıqlandı. Bu, […]

Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı zamanı 260 terrorçunu məhv ediblər. Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının çərşənbə axşamı yaydığı bəyanatda deyilir. “Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib”, – deyə bəyanatda qeyd olunur.  /BakuPost/