İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib.
2015-ci ildə Türkiyə Silahlı Qüvvələrindən (TSQ) təqaüdə çıxan, keçmiş ordu generalı İhsan Başbozkurt “Hürriyet” qəzetinə TSQ-nin Afrin əməliyyatını dəyərləndirib. Turkustan.info “Timeturk”ə istinadən xəbər verir ki, general “Zeytun budağı” əməliyyatının ABŞ və İsrailə mesaj olduğunu söyləyib.
İhsan Başbozkurt bildirib ki, İŞİD Amerika üçün bəhanədir: “İŞİD artıq bitib. Hətta var olanda belə, o, ABŞ üçün bəhanə idi. PYD-ni guya onlara qarşı silahlandırıb İŞİD-i yox etməyə çalışırdılar.Pərdə arxasında əsas hədəf İsraildir. Böyük İsrail. PYD terrorçularının Türkiyəyə qarşı silahlandırılması, gücləndirilməsi “Böyük İsrail” planının bir mərhələsidir”.
“Ancaq Türkiyə buna imkan verməyəcəyini Suriyaya girərək göstərdi. PYD-ni bombalayaraq Vaşinqtona açıq mesajlar göndərildi. Onlara “Böyük İsrail” xəritəsini cır zibil qutusuna at deyildi” — sabiq ordu generalı bildirib.
İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib. /Sputnik Azərbaycan/