Türkiyə ordusu Afrində 260 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatı zamanı 260 terrorçunu məhv ediblər.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“Son məlumatlara görə, əməliyyat zamanı PYD/ YPG, PKK və İŞİD qruplaşmalarının azı 260 yaraqlısı məhv edilib”, – deyə bəyanatda qeyd olunur.  /BakuPost/