Gün: Yanvar 26, 2018

Qarabağı Azərbaycana qaytarmaq istəyən ermənilər

Martda Serj Sarkisyanın çox vacib qərar verməsi gözlənilir.

İrəvanda fəaliyyət göstərən Qafqaz İnstitutu adlı qeyri-hökumət təşkilatı (QHT) dərc etdiyi məruzədə iddia edib ki, Ermənistanda əhalinin yalnız 0,3 faizi işğal olunmuş əraziləri Azərbaycana  qaytarmağın tərəfdarıdır.

Rusiyanın ermənipərəst “Regnum” portalının dərc etdiyi sorğuda bildirilir ki, Ermənistanda rəyi sorşulanların 53,6%-i hesab edir ki, işğal edilən ərazilər Ermənistanın birləşdirilməlidir, 46,1%-i isə düşünür ki, həmin ərazilərdə ikinci müstəqil erməni dövləti təşkil olunmalıdır. Yəni 99,7% erməni bu fikirdədir ki, Qarabağı Azərbaycana qaytarmaq olmaz.

Novruz çərşənbələrinin vaxtı açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) 2018-ci ildə qeyd olunacaq Novruz çərşənbələrinin vaxtını açıqlayıb.

Rəsədxananın direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, bu il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.

Onun sözlərinə görə, fevralın 27-də ilk – Su çərşənbəsi, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq.

X. Mikayılov qeyd edib ki, yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Çingiz Abdullayev səfir göndərilir

Azərbaycan Yazıçılar Birliyinin katibi, məşhur dedektiv yazıçısı, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yaxın aylarda Baltikyanı ölkələrdən birinə səfir göndəriləcəyi gözlənilir.

Bu haqda Modern.az məlumat yayıb. Xəbərə görə, Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb.

Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb. Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.

Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol

Ərdoğan Afrindən sonrakı hədəfi açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindən sonrakı hədəfi açıqlayıb.

Ərdoğan Afrindən sonra Mənbicdə də əməliyyatların aparılacağını bildirib:

“Bu gün “Zeytun budağı” əməliyyatının 7-ci günüdür. Hədəflərimizə çatana qədər hərbi əməliyyatları davam etdirəcəyik. Mənbici də terrorçulardan təmizləyəcəyik. Daha sonra İraq sərhədinə qədər əraziləri terrorçulardan xilas edəcəyik. Bu torpaqlarda bir terrorçu belə qalmayacaq”.

Türkiyə prezidenti ölkədəki birlik və bərabərlik abu-havasını da yüksək qiymətləndirib:

“Bir olacağıq, iri olacağıq, diri olacağıq, qardaş olacağıq, birlikdə Türkiyə olacağıq”.    /Yenicag.az/

Mənzil alan jurnalistlərə ŞAD XƏBƏR

Jurnalistlər üçün inşa olunmuş ikinci binada mənzillərin açarları gələn həftə jurnalistlərə təqdim olunacaq.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktou Vüqar Səfərli deyib.

V. Səfərli bildirib ki, bina istismara tam hazırdır, sənədləşmə işləri artıq başa çatıb: “Mənzillərin açarları gələn həftə sahiblərinə təqdim olunacaq”.   /Gununsesi/

Ərdoğan Səməd Seyidova: “Dik duruşundan dolayı təşəkkür edirəm” – VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının iclasında Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatına dəstək verən Azərbaycan millət vəkili Səməd Seyidova təşəkkür edib.

 Ərdoğan təşəkkürünü bu gün partiyanın toplantısında çıxış edərkən deyib.

Ərdoğan azərbaycanlı millət vəkili Səməd Seyidov üçün bunları deyib:

“Türkiyənin Afrində həyata keçirdiyi əməliyyat sadəcə terror təşkilatlarına, terrorçulara qarşıdır. Avropa Şurasında əməliyyatı “istila” olaraq göstərmək istəyənlərə deyirəm. Gedin əvvəlcə Liviyada, Ruandada, Malidə axtarın. Heç vaxt türk milləti təcavüzkar olaraq hərəkət etməmişdir. Azərbaycanlı millət vəkili Seyidov qardaşıma da dik duruşundan dolayı təşəkkür edir

Rusiya bu silahını ABŞ-ın qarşısına çıxarır – VİDEO

Rusiyanın istehsal etdiyi 5-ci nəsil Su-57 kəşfiyyat təyyarələri ilk dəfə silahla təmin edilərək havaya qalxıb.

Bu barədə Taktiki Raket Silahları Şirkətinin rəhbəri Boris Obnosov bildirib.

“Hazırda sınaq uçuşları aparılır. Yeni tip silahların informasiya əməkdaşlığında istifadə edilməsinə dair bütün protokollar qəbul edilib. Növbəti mərhələdə daha böyük addımlar atılacaq”.

Super manevr qabiliyyətinə və ən alçaq radarlama sisteminə malik Su-57-lər həm hava, həm də quru obyektlərinə qarşı yüksək hədəfləmə qabiliyyətinə malikdir. Bu təyyarələr daha uzun müddət havada qalmaq və uzun mənzilli silahlar atmaqla müharibədə iştirak etmək imkanına sahibdir. Təyyarələr yeni motorları sayəsində raket hədəflərindən də ustalıqla ya

Afrində 350-yə yaxın terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Bu haqda Baş Qərargahın məlumat yayıb. Bildirilib ki, indiyədək 343 terrorçu məhv edilib, 13 qırıcı ilə 23 hədəf darmadağın edilib.

“Zeytun budağı” əməliyyatının uğurla davam etdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.  /Modern.az/

Bu gün AŞPA-da Azərbaycan nümayəndəsinin məruzəsi dinləniləcək

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun məruzəsi dinləniləcək.

Sessiyada V.Hüseynovun “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzusunda məruzəsi dinləniləcək və müzakirə ediləcək.

Qeyd edək ki, ötən gün Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması” mövzusunda məruzəsi dinlənilərək müzakirə edilib.

Xatırladaq ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə

Dünyada “Facebook” və “Instagram” çökdü

“Facebook” və “Instagram” sosial şəbəkələrinin istifadəçiləri bu servislərin fəaliyyətində problemlərlə üzləşib.

Sosial şəbəkələrin fəaliyyətində fasilələr Şimali Amerika şərq vaxtı (EST) ilə saat saat 13:13-dən başlayıb.

ABŞ, Meksika, Braziliya, İtaliya, Fransa, Böyük Britaniya, Polşa, Bolqarıstan, Hollandiya və İrlandiyadakı “Facebook” istifadəçiləri sosial şəbəkələrə daxil ola və şəkillərə baxa bilməyib.

İtaliya, İsveç, Türkiyə, Hollandiya, İspaniya, Polşa, Rusiya, Almaniya, ABŞ və Braziliyada “Instagram” istifadəçiləri xəbər lentinin yenilənməsi zamanı çətinliklərlə üzləşib və akauntlarına daxil ola bilməyib.  /A24.az/

Azərbaycanlı milyarderlər əmlak kralı oldu – Forbes

Rusiyada yeni kommersiya məqsədli daşınmaz əmlak tikintisi azalıb.

Bu barədə informasiyanı “Forbes” jurnalı yayıb.

Məlumata görə, 2017-ci ildə Rusiyada 2,5 milyon kvadrat metrlik ticarət, ofis və anbar kimi obyektlər inşa edilib. Bu isə keçən ilin göstəricisindən 1,1 milyon kvadrat metr az olub.

Jurnal həmçinin keçən il ərzində daşınmaz əmlakdan ən çox gəlir götürən rusiyalı iş adamlarının reytinqini də təqdim edib. Belə ki, ilk yerdə əslən Azərbaycandan olan iş adamları Qod Nisanov və Zaxar İliyev qərarlaşıblar. Onlar daşınmaz əmlakdan keçən il ərzində 1,535 milyard dollar gəlir əldə ediblər. Bunun böyük hissəsi ticarət obyekti kimi istifadəyə verilən obyektlərdən əldə edilib. Ondan sonrakı yerlərdə “İKEA Mos”un sahibi İnqva

Daşaltı əməliyyatından 26 il ötür

Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi məqsədilə keçirilən əməliyyatdan 26 il ötür.
Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsində Azərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı, ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-da başlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən, Əsgəran rayonunun Daşaltı kəndinin erməni yaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlik edib.
Əməliyya

Prezident və I Xanım haqqında təhqirə yol verən radioya AGIR CƏZA

Türkiyənin Radio və Televiziya qurumu Azərbaycanın prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyevaya qarşı təhqiramiz fikirlərin yer aldığı proqrama görə “Show Radio”nu cəzalandırıb.

Qurum “Matrax” adlı proqramın kommersiya rabitə gəlirinin 5 faizi nisbətində inzibati pul cəzası və proqramın 5 buraxılışının dayandırılmasına qərar verib. Bu cəzadan sonra eyni radio tərəfindən bir il içində bənzər bir yayım edilərsə, yayımı 10 gün müddətinə dayandırılacaq. Bird aha təkrar olunacağı təqdirdə isə veriliş bağlanacaq. Bununla yanaşı radionun yayım lisenziyasının ləğv edilməsi barədə də qərar verilə bilər.

Qeyd edək ki, aparıcılığını Zeki Kayahan Coşkunun etdiyi sözügedən proqramın 16 yanvar 2018-ci il tarixində, 22.

“AAAF Park” “Azərbaycanlı çoban”a verdiyi otağı ondan alıb: “Məndən reklam üçün istifadə etdilər” – VİDEO

“O səs Türkiyə” mahnı yarışmasında ifası ilə böyük rezonans doğuran və “Azərbaycanlı çoban” kimi məşhurlaşan gənc ifaçı Pərvin Səfərov, həmin günlərdə “AAAF Park” tərəfindən pulsuz qalması üçün otaqla təmin olunmuşdu.

Bu xəbər bütün saytlarda, sosial şəbəkələrdə yayıldı və həmin günlərdə şirkətin yetərincə piar edilməsinə səbəb oldu. Hər kəs şirkətin bu addımını alqışladı. Amma indi məlum olub ki, onu həmin otaqdan çıxarıblar.

Minval.İnfo-ya danışan Pərvin Səfərov deyib ki, bu xoş xəbərin üstündən çox keçməmiş “AAAF Park” onu oteldən çıxarıb: “Mənim Bakıda qalmaqla bağlı sıxıntım var idi. Onlar mənə “facebook”dan yazmışdılar ki, dəstək ola bilərik. Zəng vurdum və dedim belə bir sıxıntım var. Dedilər gəl

DƏHŞƏT: Məhbusları küçədə insanların gözləri qarşısında güllələdilər – VİDEO

Liviyanın Benqazi şəhərində məhbusları küçədə – camaatın gözləri qarşısında güllələyiblər.

Hadisənin görüntülərini “Al Arabiya” nəşri dərc edib.

Kadrlarda göy rəngli iş paltarında və gözləri bağlı 9 kişi görünür. Daha sonra onların qanlar içində yerdə uzandıqları göstərilir. Güllələnmədən sonra cəsədləri pikaplara yükləyərək insanların qışqırıqlarının altında aparıblar.

Nəşr yazır ki, güllələnmə yanvarın 23-də terror aktı törədilən məscidin qarşısında icra edilib. Terror aktında 35 nəfər həlak olmuşdu.  /Publika.az/