İngilis hakim azan səsini eşitdi, futbol oyununu dayandırdı — VİDEO

Avropanın ən prestijli hakimlərindən olan ingilis əsilli Mark Klattenburq Səudiyyə Ərəbistanında maraqlı bir jestə imza atıb.

Turkustan.info xəbər verir ki, hakim Mark oyun vaxtı azan oxunanda yarışı dayandırıb.

Hadisə “Al Feiha” və “Al Fateh” komandalarının oyunu zamanı baş verib. Səudiyyə Ərəbistanı Kral Kuboku oyununu idarə edən Klattenburq azan oxunan kimi yarışı dayandırıb.

Azan başa çatdıqdan sonra oyun yenidən başlayıb. Hakimin bu hərəkəti Səudiyyə Ərəbistanında böyük rəğbətlə qarşılanıb.   /Ölkə.Az/