Be. İyn 17th, 2019

Çindən şok addım: Ultramüasir ordu yaradılır

Çin süni intellektin və kvant texnologiyalarının inkişafı və hərbi sferada tətbiqi üçün 120 mütəxəssisi işə götürüb.

Bu barədə informasiyanı Çinin dövlət mətbuatı yayıb. Mətbuat mütəxəssislərin Çin Xalq Azadlığı Ordusu tərəfindən Çin Hərbi Elmlər Akademiyasında işə götürüldüyünü bildirib. İşə götürülən mütəxəssislərin 95%-dən çoxunun alim olduğu və kvant texnologiyaları, eləcə də süni intellekt sahəsində ixtisaslaşdığı vurğulanıb.

Pekinin bununla hərbi-texniki supergüc olmağa çalışdığı və ABŞ-ın göstəricilərinə çatmaq istədiyi bildirilib. Çin mətbuatı bu addımla həm də Çin rəhbəri Si Szinpinin ultramüasir ordu planının icra olunduğunu iddia edib.  /Axar.az/

Paylaşılıb
CrestaProject