Ça. İyn 18th, 2019

İranın dövlət telakanalları və saytları Türkiyəyə qarşı – Media PKK/PYD terrorçularının müdafiəsinə qalxdı

Türkiyə Silahlı Qüvvələrinin terror təşkilatları PKK/PYD və İŞİD-ə qarşı Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatına qarşı İran mediası “qara piar” kampaniyası aparır.

Turkustan.info xəbər verir ki, bu “qara piar” kampaniyasında daha çox İran Radio Televiziya Birliyinə bağlı dövlət telekanalı Press TV fərqlənir. İngilis dilində də yayımlanan bu dövlət telekanalı “Zeytun budağı” əməliyyatı başlayandan bugünədək uydurma xəbərlərlə terrorçulara qarşı aparılan mücadiləni qaralama kampaniyası ilə qeyri-əxlaqi bir davranış nümayiş etdirir.

PKK terrorçularının “Suriya kürdləri” kimi təqdim edən İran telekanalı guya Türkiyənin kürdlərə hücum etdiyi haqda yalan xəbərlər yayımlayır. Halbuki  kürdlər və xüsusilə Suriyanın şimalında yaşayan xalqların bütün haqları Türkiyə tərəfindən dəfələrlə müdafiə edilib. Türkiyə, terror təşkilatları PKK/PYD, İŞİD zülmünə və Əsəd rejiminin bombalı hücumlarına məruz qalan yüz minlərlə kürdü himayə edir. Hazırda Türkiyədə  Suriyadan gələn 300 min kürd qaçqın var. İran dövləti Suriyadan qaçqın düşən 1 nəfər kürdü himayə edibmi? Yaxud da, Əsəd rejiminin ölkədə “at oynatdığı” dövrlərdə Suriyada ən çox haqları tapdalanan millət məhz kürdlər olub. Onlara yazmaq, oxumaq kimi ən elementar hüquqlar belə tanınmayıb. Niyə o zaman İran hökuməti buna səsini çıxarmayıb? Suallar ritorikdir.

Press TV'den yalan üstüne yalan! Zeytin Dalı Harekatı sonrası...

Press TV kanalı  türk ordusunun Afrində terror təşkilatları PKK/PYD-yə qarşı həyata keçirdiyi əməliyyat zamanı “mülki əhalinin öldürüldüyü” haqda yalançı xəbərlər , zaman və məkanı məlum olmayan “görüntülər” yayır. Hərçənd ki, dinc vətəndaşların öldürülməsindən ən sonuncu danışacaq ölkə Suriyada vətəndaş müharibəsi başlayandan bugünədək 300 min vətəndaşı qətlə yetirən Əsəd rejimini dəstəkləyən İrandır. Sonuncu olaraq İran İnqilab Keşikçiləri korpusunun və rəsmi Tehranın dəstəklədiyi “Hizbullah” terror təşkilatının Suriyanın Hələb şəhərində mülki vətəndaşlara qarşı törətdikləri bütün beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapıb.

Press TV bir az da hətta önə gedərək Türkiyə Silahlı Qüvvələrinin yaydığı rəsmi açıqlamanı öz istədiyi kimi “tərcümə” edib. TSQ-nın yaydığı açıqlamada “260 PKK/PYD  terrorçusu öldürüldü” ifadəsi, “TSQ 260 kürdü öldürdü” kimi “tərcümə” olunub.

İranın rəsmi “Pars Today” internet xəbər saytı  isə “Zeytun budağı” əməliyyatını “Türkiyənin Afrinə təcavüzü” başlığı ilə dərc edib. Saytın xəbərində Türkiyənin əməliyyatdakı müttəfiqi olan Azad Suriya Ordusu “terrorçu” adlandırılır.

Halbuki, Azad Suriya Ordusu Suriya böhranının əvvəlindən bu yana Əsəd rejiminə qarşı müxalif olan, ərəb, kürd və türkmənlər olmaqla Suriyanın yerli xalqı tərəfindən qurulmuş, ABŞ, Avropa və Rusiya tərəfindən tanınan, İranın da iştirak etdiyi sülh danışıqlarında tərəf olaraq iştirak edən bir təşkilatdır. ASO həm İŞİD, həm də PKK/PYD kimi terror təşkilatlarına qarşı əməliyyatlarda Türkiyə ordusu ilə birgə iştirak edir.  /Avropa.info/

 

Paylaşılıb
CrestaProject