Ça. İyn 18th, 2019

YPG-yə daha bir zərbə də onlardan gəldi

Suriyadakı PKK/YPG terrorçularına daha bir zərbə suriyalı kürdlərdən gəlib.

Turkustan.info xəbər verir ki, Azez şəhərində suriyalı kürdlər Azad Suriya Ordusunun sıralarına qoşulublar. Onlar Burseya dağından terrorçulara qarşı mübarizə aparırlar.

Yeni qoşulan suriyalı kürdlərin sayının 30-dan çox olduğu bildirilib.

ASO sıralarına qoşulan kürdlər məqsədlərinin Suriyadakı kürdləri YPG-nin hücumundan qorumaq olduğunu qeyd ediblər.    /Axar.az/

Paylaşılıb
CrestaProject