Be. İyn 17th, 2019

“Zeytun budağı” əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib

“Zeytun budağı” əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib. Turkustan.info Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, şənbə günü Suriyanın Afrin rayonunda “Zeytun budağı” əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub. Daha 11 nəfər isə yaralanıb.

Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində 447 terrorçu öldürülüb, Türkiyə HHQ-nin 22 təyyarəsi 42 hədəfi məhv edib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.   / Modern.az/

Paylaşılıb
CrestaProject