Gün: Yanvar 30, 2018

Dünya şöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Türkiyədə tədbir keçiriləcək

Dünya şöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Türkiyədə tədbir keçiriləcək

19-23 fevral 2018-ci il tarixində Türkiyənin İstanbul şəhərində “İSTAD – İstanbul” Türkiyə – Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi də sözügedən tədbirə dəvət almışdır. “İSTAD – İstanbul” Türkiyə – Azərbaycan Mədəniyyət Mərkəzinin dəvəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında, Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru

“Alov qüllələri”nə təhlükə? – Bayıl sürüşməsi köhnə şayiələri gündəmə gətirdi

Bir neçə ildir, Bakının simvollarından birinə çevrilən “Alov qüllələri” yeni ucaldılmağa başlayanda əhali arasında bir şayiə yayılmışdı.

 
Bildirilirdi ki, tikili sürüşmə ərazisində inşa edildiyindən mərtəbələri artdıqca problem yaranıb. Bir neçə mərtəbədən sonra isə binanın alt hissəsində sürüşmə başlayıb. Sürüşmə cüzi olduğundan tikiliyə təsir etməyib. Daha sonra mütəxəssislər cəlb olunub və özül bərkidilib. Bununla da “Alov qüllələri” inşası başa çatmadan tarixə qovuşmaqdan xilas olub.
 
O vaxtlar bu şayiələr təsdiqini tapmamışdı. Lakin teleqüllə yaxınlığında Bayıl yamacının sürüşməsi və əhalinin oradan təxliyə olunması, “Alov qüllələri” üçün də tə

Teleqüllənin taleyi necə olacaq? – Nazirlik açıqladı

“Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, Teleqüllənin inşa olunduğu yer tamamilə başqa strukturun üzərindədir: “Həmin ərazidə Teleqüllə üçün heç bir qorxu yoxdur. O monolit əhəng daşlarının üzərində inşa olunub. Lazımi qaydada layihələşdirilib, tikilib. Heç bir qorxu yoxdur”.

Qeyd edək ki, yanvar ayının 24-də Səbail rayonunun Bayıl yamacında (Teleqüllə yaxınlığında) sürüşmə hadisəsi qeydə alınıb. Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində sürüşmə təhlükəsi ola

Şəhid qızını maşınla vurub öldürən iş adamının oğlu hakim qarşısında

Şəhid qızını maşınla vurub öldürən, hadisə yerindən qaçan, 20 gün sonra isə polisə təslim olan gənc hakim qarşısına çıxarılıb. O, iş adamının oğludur.

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham olunan 17 yaşlı Rəhim Rəhimovun cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.

Virtualaz.org saytınln xəbərinə görə, prosesə hakim Novruz Kərimov sədrlik edib. Məhkəmədə həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə baxışı fevralın 1-nə təyin edilib.

R.Rəhimov Bakı Dövlət Universitetinin tələbəsi olub. Təqsirləndirilən şəxsin vəkili bildirib ki, zərərçəkmiş tərəfin şikayəti yoxdur.

“İt günündə yaşayırlar, amma yenə də Putinə səs verirlər”- The Times

Böyük Britaniyanın “The Times” qəzetinin müxbiri Metyu Kempbel bir vaxtlar Rusiya sənayesinin ürəyi sayılan Çelyabinsk vilayətində olub.

Gördüyü kasıblıq, üfunət və fəlakət mənzərələrindən dəhşətə gələn müxbir buranı təsvir etmək üçün “Qiyaməti yaşayan”, “Sınımış uşaq arabası”, “Cüzi ərzaq qırıntıları” kimi ifadələrdən çəkinməyib.

“Bu yerlərə baxdığımız zaman Putinin təmtəraqla bəyan etdiyi kimi “dizləri üstə qalxan”, Böyük Britaniyanın silahlı qüvvələrinin baş qərargah rəisi Nik Karter tərəfindən “soyuq müharibədən bu yana ən böyük təhdid” kimi təqdim edilən dövlətdən danışmaq olduqca çətindir.

Belə kasıblıq və miskinlik Putinin 2 ay sonra iştirak edəcəyi prezident seçkiləri öncəsi düny

Dünyanın Kommunist partiyaları – Hansı ölkədə daha güclüdür? – SİYAHI

XXI əsrdə sosializm quruculuğunu davam etdirən Kommunist Partiyasının iqtidarda olduğu 5 ölkə – Laos, Vyetnam, Kuba, Çin və Şimali Koreya mövcud rejimi saxlayır.

Ötən əsrin 80-90-cı illərində kommunizm sisteminin keçirdiyi dərin böhran, xüsusilə tarixin ilk və ən güclü sosialist ölkəsi olan Sovet İttifaqının süqutu bu proseslərə həlledici təsir göstərmişdi.

Bütün bunlara baxmayaraq, bəzi ölkələrdə Kommunist partiyaları hələ də öz mövcudluğunu  saxlayıb və iqtidara gəlmək üçün mübarizə aparır. 

 

Çin Kommunist Partiyası – dünyanın ən çox üzvü olan siyasi partiyasıdır. 1921-ci ildə əsası qoyulan partiya 1949-cu ildən Çində hakimiyyətdədir. Partiyanın 90 milyona yaxın üzvü var. Hazırda Çin kommunistlərinin lideri Si Tzinpindir

Ər yataq otağına gizli kamera qoydu – Azərbaycanda – VİDEO

Körpəsinə işgəncə verdiyi üçün Rusiyada övladı əlindən alınan Könül teleaparıcı Xoşqədəm Hidayətqızının Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinə uşağının geri qaytarılması üçün müraciət edib.

Əvvəlcə qadına övladının qaytarılması üçün hər cür kömək edəcəyinə söz verən aparıcı və ekspertlər qadının uşağını necə döydüyünü əks etdirən kadrlardan sonra şoka düşüblər.

Xatırladaq ki, Könül özündən 12 yaş böyük kişi ilə ailə həyatı quraraq, Rusiyada yaşamağa başlayıb. O iddia edib ki, həyat yoldaşı və onun qohumları tərəfindən şərlənərək ruhi dispanserə yerləşdirilib. Bundan sora övladı əlindən alınıb.

Mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşlarla görüşüb

Yanvarın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşlarla görüşüb.

Nazir Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir Əbülfəs Qarayev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıblar.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Sumqayıt sakinləri şəhərdəki Heydər Əliyev Mərkəzində ödənişli xidmətlərin göstərilməsi, “Kimyaçı” mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması,

İlham Əliyev “Şahdağ”da – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

 Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verib. Qeyd edilib ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.
Həmçinin dövlət başçısına məlumat verilib ki, bu il kompleksin əsas meydanında əylə

ABŞ sanksiyaları: Ankara və Bakıya təhdid varmı? – Şərh

ABŞ-ın sanksiyaları işə düşərsə, bu, Rusiya ilə hərbi müqavilə imzalayan Türkiyənin şirkətlərinə yox, dövlətin özünə tətbiq oluna bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Bunun çox müəmmalı bir məsələ olduğunu bildirən ekspert Türkiyəyə qarşı sözügedən sanksiyaların reallaşacağını düşünmür:

“Türkiyənin hərbi sənaye kompleksi Amerika, xususilə də Qərb şirkətləri ilə sıx bağlıdır. Düzdür, hazırda Türkiyə ilə bağlı təhlükələr var. Ancaq bu təhlükələri çözmək çox çətindir, çünki burada şərtlər çoxdur. Sanksiyaların hansı şirkətlərə, hansı formada tətbiq ediləcəyi hələ dəqiq deyil. Bu barədə yalnız sanksiyalar qüvvəyə mindikdən sonra daha dəqiq fikir söyləyə bilərik. S-400 r

Bakı da “Stalinin ölümü”nə icazə vermədi – Nazirlik

Rusiyanın Mədəniyyət naziri Vladimir Medinski “Stalinin ölümü” kinokomediyasının demək olar ki, MDB-nin əksər ölkələrində yayımlanmasının qadağan edildiyini açıqlayıb. Qazaxıstan, Belarus, Qırğızıstan və Rusiyada filmin nümayişi qadağan olunsa da, Ermənistan sözügedən filmin yayımlanmasına icazə verib. Bəs görəsən, həmin filmin Azərbaycanda nümayişi ilə bağlı hər hansı qadağa tətbiq olunubmu?

Bu barədə Kult.az-a danışan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbənd bildirib ki, “Stalinin ölümü” filmi ilə bağlı nazirliyə müraciət olunmayıb:

“Distribütorlar özləri də bilirlər ki, bu filmlə bağlı müəyyən problemlər var. Əvvəlcə “Stalinin ölümü”nün bir sıra xarici ölkələrdə yayımlanmasına icazə verilsə də, sonradan fil

Jurnalistlər üçün inşa olunmuş binadakı mənzillərin açarları sahiblərinə təqdim edilib

Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib. 
 
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib. 
 
Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V. Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: “Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkəti

Ata əvvəl 2 uşağını, daha sonra özünü pəncərədən atdı – VİDEO

Binada baş verən yanğından xilas olmaq istəyən ata əvvəl 2 uşağını, daha sonra özünü pəncərədən atıb
 
Hadisə Rusiyanın Krasnoqorsk vilayətində qaz sızması nəticəsində baş verib. Yanğından xilas olmaq üçün ata binanın 6-cı mərtəbəsindən əvvəl 2 uşağını daha sonra özünü atıb.
 
Yanğın zamanı 2 nəfər ölüb, ata və uşaqları ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.   /azxeber.com/