Gün: Yanvar 31, 2018

Sürpriz yumurtadan çıxan oyuncaq valideyni dəhşətə gətirdi – FOTO

 

4 yaşlı qızına sürpriz yumurta alan valideyn içindən çıxanı görəndə dəhşətə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yumurtanın içindən mavi balina çıxdığını görən qadın məhkəməyə şikayət ərizəsi yazıb.

“Mavi balina oyunu oynayanlar qurtula bilmir. İntihar edir. 4 yaşlı uşağa bu, necə verilə bilər?” – qadın söyləyib.

Qeyd edək ki, Rusiyada proqramlaşdırılan “Mavi balina” oyunu 100-dən çox uşağın intiharına səbəb olub.

Bayram Səfərovdan müşavirədə yatması ilə bağlı xəbərə REAKSİYA: “Tutaq ki, mürgüləmişəm”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Prezident İlham Əliyevin iştirakı ilə yanvarın 29-da keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yatması barədə yayılan məlumatlara münasibət bildirib.

B.Səfərov “Report”a açıqlamasında deyib ki, müşavirədə yatması haqqında məlumatlar həqiqəti əks etdirmir:

“O konfrans yatmaq yeri deyil axı. Sadəcə, zalda olan gur işıq gözümə düşürdü. Tutaq ki, mürgüləmişəm. Nə olsun ki? İnsanın mürgüləməyi özündən asılıdır ki? Adam yorğun ola bilər. Bunu ermənilərə reklam edirlər? Bunu kimə göstərirlər ki?”.

Hökumətdən QƏRAR: Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq

Azərbaycanda tibbi müayinədən imtina edən bəzi xəstəliklər aşkarlanan müəllimlərin məktəbəqədər təhsil sahəsində işləməsinə icazə verilməyəcək.

Bu, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası”nda öz əksini tapıb.

Qaydada bildirilib ki, təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibbi xidmət göstərən tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir.

Təhsilverənlər “Məktəbəqədər təhsil haqqında” qanununa uyğun olaraq ildə bir dəfə dövlət tibb müəssisələrində dövri tibbi müayinədən dövlət hesabına keçirlər.

Bu q

Avropadan Ermənistana tapşırıq – “Təcili bağlanmalıdır”

Ermənistanın dünyaya törətdiyi təhlükə.

Ermənistandakı atom elektrik stansiyasını bağlamaq lazımdır. Bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin Şərq tərəfdaşlığı departamentinin sədr müavini Dirk Lorents bildirib. “Atom stansiyasını mümkün qədər tez bağlamaq lazımdır. Çünki onun vəziyyətini yaxşılaşdırmaq, hansısa yolla stansiyanı ümumi standarta uyğunlaşdırmaq mümkün deyil”.

Bu günlərdə nüfuzlu Amerika qəzeti “Vaşinqton post”da Metsamor AES-i ən bərbad və ən təhlükəli stansiya adlandırmışdı.

Ermənistan rəhbərliyi isə AES-in bağlanması ilə bağlı hər hansı tədbir görməkdən qəti sürətdə imtina edirlər. Onlar hesab edirlər ki, bərpadan sonra o azı 10 il işləyə bilər. Hələ AES-in Rusiyadan alınan kredit hesabına daha yaxşı avadanlıqla

Bakıda inanılmaz dükan: Nə alsan, 1 manata… – Fotoreportaj

Yolumuzu Nərimanov rayonunda yerləşən “Nə alsan 1 manat” mağazasına saldıq. Sorağını sosial şəbəkədən almışdıq, səhifəsini 92 mindən çox insan izləyir və deyirlər, qələmdən tutmuş uşaq paltarlarına kimi, nə alsan, bir manatdır.

Mağazanın sahibi də, satıcısı da Leyla xanımdır. O, mağazada satışa çıxarılan məhsulların dünyanın dörd bir tərəfindən gəldiyini deyir: “Əsasən də Türkiyə və İrandan… Sifariş veririk, gətirirlər, biz də ucuz qiymətə satırıq. Mağazada 1 manatdan 1 qəpik də yuxarı heç nə tapa bilməzsiz, amma daha ucuzları var”.

Satışda olan malların maya dəyəri nə qədər olur ki, alıcıya 1 manatdan təklif edilir?

Bərzani Ankaraya qarşı çıxdı – Afrin müzakirəsi

Bərzani hakimiyyəti Türkiyənin “Zeytun budağı” əməliyyatından narazılığını ifadə edib.

Bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

İraq Kürd Muxtariyyətinin parlamentində keçirilən iclas zamanı Türkiyənin Afrində keçirilən “Zeytun budağı” əməliyyatı qınanılıb.

Qeyd edək ki, bir qədər əvvəl İngiltərə mətbuatına açıqlama verən Məsud Bərzani Türkiyənin “Zeytun budağı” əməliyyatını dayandırmalı olduğunu bildirmişdi.  /Axar.az/

“Hələ bilmirik başımıza nə gələcək…” – Araz Ağalarov

“Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb… Üçüncüsü isə “Forbs”dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki,kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə…”

Bu sözləri Rusiyada yaşayan azrbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini “Komsomolskaya pravda” qəzetinə şərh edərkən deyib.
Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir. “Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və

Türk əsgərləri PKK-nı belə “doladı” – VİDEO

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə PYD/PKK terrorçuları arasında Suriyanın Afrin rayonu yaxınlığında baş verən toqquşmalarda maraqlı anlar yaşanıb.

Türk hərbçiləri yüksəklikdə qurduqları mövqelərdə ACV-15 zirehli döyüş maşınının kartondan hazırlanmış maketini yerləşdiriblər.

Kürd terrorçuları isə maketi həqiqi texnika zənn edərək Amerika istehsalı olan TOW tank əleyhinə raketlə ona atəş açıblar.

PYD-nin yayımladığı videoda raket atışı və hədəfin vurulması əksini tapıb. Lakin vurulan “hərbi texnika”da heç bir partlayış, alov və tüstü görünmür. Hədəf poliqondakı maket kimi aşağı enir.

Hərbi paylaşımları və analizləri ilə diqqət çəkən Yusuf Akbaba adlı şəxs özün

İcra başçısı prezidentin müşavirəsində yatdı – FOTO

Prezidentin son müşavirəsində Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov yatıb.
 
Unikal.org xəbər verir ki, yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyevin müşavirədə çıxışı zamanı Bayram Səfərovu yuxu tutub və o, mürgüləməyə başlayıb.
 
Həmin an kameralara tuş gəlib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.