ABŞ-da dollarla bağlı VACİB QƏRAR qəbul edilib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 Turkustan.info APA-ya istinadən xəbər verir ki, FED uçot dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.