Gün: Fevral 1, 2018

Milyonlarla manat zərərlə işləyən “Muğan Bank” necə rəqabətə davam gətirir? – İqtisadçıdan CAVAB

“Muğan Bank” 2017-ci ili 6,341 milyon manat xalis zərərlə başa vurub. “Renkinq”in məlumatına görə, bankın maliyyə hesabatında 2017-ci il il ilə müqayisədə 2016-cı ili 54,7% daha az zərərlə başa vurub. Bu barədə fins.az saytı məlumat yayıb.

Ötən il “Muğan Bank”ın faiz gəlirləri 42,812 milyon manat, faiz xərcləri 16,193 milyon manat, qeyri-faiz gəlirləri 10,897 milyon manat, qeyri-faiz xərcləri 24,844 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 19,013 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 480,177 milyon manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349,071 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhd

Bakıda sürücü yol polisinin üstünə silah çəkdi – Hadisə yerindən qaçdı

Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb.
Paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, “Volkswagen” markalı “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.
Polis serjantı kömək üçün hadisə yerinə digər polis əməkdaşlarını çağırıb. Bunu görən T.Əliyev avtomobilində olan qadın sərnişinlə birlikdə insident baş verən yerdən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb, sürücünün axtarışları davam etdirilir.    /report/

Parlamentdə amnistiya söhbəti – deputat təklif verdi, spiker düzəliş etdi

Mili Məclisinin bugünkü iclasında amnistiya təşəbbüsü qaldırıldı. Deputat Siyavuş Novruzov Xalq Cümhuriyyətinin 100 illiyinin olduğunu dedi. Eyni zamanda  deputat bildirdi ki, bu il mərhum prezident Heydər Əliyevin də anadan olmasının 95 illiyidir. Deputat bununla bağlı tədbirlər planının hazırlanmasını vacib saydi.

S.Novruzov ötən illərdə 63 əfv fərmanı, 11 amnistiya qərarının olduğunu xatırlatdı: “2016-cı ildə Mehriban xanımın irəli sürdüyü amnistiya aktı 10 mindən artıq məhbusa şamil edildi. Həm Cümhuriyyətin 100 illi, həm ümummilli liderin anadan olmasının 95 illiyi münasibətilə amnistiya aktının imzalanmasını təklif edirəm. Bütün deputat həmkarlarımzıla bir yerdə cənab prezidentdən xahiş edək ki, bu təşəbbüsü də öz üzərinə götürsün və daha geniş amnistiya təşə

Rusiyada terakta hazırlaşan terrorçu məhv edildi

Rusiyanın Nijni Novqorod şəhərində 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkiləri zamanı terakt törətməyə hazırlaşan İŞİD üzvü zərərsizləşdirilib.

Bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən informasiya yayılıb.

İŞİD üzvü təhlükəsizlik orqanlarına silahlı müqavimət göstərməyə çalışarkən öldürülüb. Terrorçunun qonşu ölkələrdən birinin vətəndaşı olduğu bildirilib. Əməliyyat nəticəsində güclü partlayış qüvvəsinə malik partladıcı qurğu, daha bir neçə bombanın hazırlanması üçün istifadə edilə biləcək komponentlər, odlu silah və döyüş sursatı ələ keçirilib.

Faktla bağlı İŞİD terror qruplaşması üzvlüyü və terakt hazırlamaq ittihamları ilə cinayət işi açılıb.   /Axar.az /

“Bütün təbliğat vasitələrini işə salmaq lazımdır” – Deputatdan ÇAĞIRIŞ

“Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda AŞPA-da çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Sumqayıt hadisələrindən danışdı. Görünən odur ki, ermənilər 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan bizə qarşı istifadə etməyə çalışır”.

Bunu Milli Məclisin yaz sessiyasında çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat vurğulayıb ki, əslində Sumqayıt hadisələrin erməni əsilli Eduard Qriqoryan tərəfindən törədilməsini sübut edən sənədlər var:

“Bununla bağlı Respublika Prokurorluğunda zamanında ciddi araşdırma aparılıb”.

Deputat əlavə edib ki, Xocalı faciəsinin ildönümünə 25 gün qalıb və indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdı

Rusiya və Çinlə müharibə bu cür aparılacaq – General

Bu, mübarizə aparmalı olduğumuz iki bənzərsiz qapışmadır, bəzi amillər mane olur, amma onlar eyni deyil.

Bu sözləri Pentaqonun ikinci şəxsi hesab edilən ABŞ Baş Qərargahının rəis müavini, ordu-generalı Pol Selva ABŞ-ın Çin və Rusiya ilə mümkün münaqişələrinin necə olacağı ilə bağlı danışarkən deyib.

“Çin ilə qarşıdurma ilk növbədə dəniz və havada keçəcək, qurudan ordu ikinci dərəcəli rol oynayacaq. Rusiya ilə isə əvvəlcə quru və hava qoşunlarına müraciət ediləcək, ancaq dəniz qüvvələri də mühüm rol oynayacaq. Çünki Şimali Atlantiki keçmədən Rusiyaya hücum edə bilməzsiniz”, – Selva söyləyib.   /Axar.az/

İtkin düşən alpinistlərdən nə xəbər?

“Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir”.

Bu barədə “Bizimyol.info”ya axtarış prosesində könüllü iştirak etmiş alpinist Emil Vəliyev bildirib.

Onun sözlərinə görə, o, axtarış prosesinə könüllü olaraq qoşulub: “İlk günlərdə axtarış prosesində iştirak edən alpinistlərin sayı çox idi. Təxmini 50 nəfər olardı. Son günlər bu say azalıb”.

E.Vəliyev deyib ki, axtarış prosesində iştirak edən həmkarları ilə mütəmadi əlaqə saxlamağa çalışır: “Fövqaladə Hallar Nazirliyinin təyin etdiyi proqram ilə alpinistlər növbəli şəkildə axtarış prosesində iştirak edirlər.

Obama yəhudi imiş…

ABŞ-ın eks-prezidentinin 3 “səmavi din”lə olan bağlılığı

 ABŞ-ın eks-prezidenti Barak Obama sensasiya sayılacaq açıqlama verib. Nyu-York şəhərindəki sinaqoqda çıxış edən Obama deyib ki, “mən əsasən liberal yəhudiyəm”.

Obama, İsrail haqqında tənqidi fikirlərini də “İsrailə olan dost münasibətinin bir parçası olduğunu” deyib. Obama, həmçinin administrasiyasının İsrailə dəstək verdiyini bildirib və deyib ki, bu “mübahisə mövzusu” ola bilməz, çünki vəzifədə olduğu müddətdə ABŞ, əvvəlki administrasiyalarla müqayisədə, İsrailə daha çox hərbi dəstək verib.

Qeyd edək ki, bu açıqlama ona görə maraq doğurub ki, Barak Obama daha çox müsəlman kimi tanınıb. Onun bu cür tanınmasında adındakı Hüseyn sözü olub. Çünki ABŞ

ABŞ-da dollarla bağlı VACİB QƏRAR qəbul edilib

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 FED uçot dərəcəsini 1,25-1,5% səviyyəsində saxlayıb.

Qeyd edək ki, sonuncu dəfə FED dekabrın 13-də uçot dərəcəsini 0,75-1%-dən 1-1,25%- dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

Qeyd edək ki, uçot dərəcəsinin artırılması dolların məzənnəsinin möhkəmlənməsinə birbaşa təsir edir.

20 dərəcə ŞAXTA OLACAQ – Fevralın havası AÇIQLANDI

Fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (gecələr 2-7,

“Bakı-Tbilisi-Qars dəmir-yolu xətti Türkmənistan üçün də yeni imkanlar açır” – Azərbaycan heyəti Aşqabadda

“Bakı-Tbilisi-Qars dəmir-yolu xətti Türkmənistan üçün də yeni imkanlar açır”. Xariçi işlər naziri Elmar Məmmədyarov Türkmənistana rəsmi səfəri çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.

Görüşdə nazirlər iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bu günki səviyyəsini təqdir edərək sözügedən əlaqələrin bundan sonra da Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində davam etdiriləcəyinə əminliklərini ifadə etdilər.

İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçıları səviyyəsində siyasi dialoqun, qarşılıqlı səfər mübadilələrinin, həmçinin XİN-lərarası məsləhətləşmələrin vacibliyi qeyd olundu.

Nazirlər Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri çərçivəsində ölkələrimiz ara

İlham Əliyev 11 sərəncam, 2 fərman imzalad

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tofiq Ağahüseynovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında fəal iştirakına və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Tofiq Yaqub oğlu Ağahüseynov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını

“Alov qüllələri” sürüşə bilərmi?

Qaralov həmçinin qeyd edib ki, hazırda Bayıl yamacında da vəziyyət sabitdir
 Son günlər yerli mətbuatda “Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə süşürmə təhlükəsi olması ilə bağlı məlumatlar yer alıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, “Alov qüllələri” nin sürüşmə ehtimalı yoxdur, bu kompleks xüsusi layihə ilə tikilib.

Qaralovun sözlərinə görə, “Alov qüllələri” binalar kompleksi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır və kompleksdəki binaların tikintisi zamanı çox dərin qatlara müvafiq daşlardan laylar vurulub.

Qaralov həmçinin qeyd edib ki, hazırda Bayıl yamacında da vəziyyət sabitdir.