Gün: Fevral 6, 2018

Azərbaycanlıları həddindən çox sevən erməni kəndi

Erməni KİV-ləri növbəti şok yaşayıblar. Gürcüstanın Marneuli rayonunun ermənilər yaşayan Çanaxçı kəndinin sakinləri qonşuluqda yaşayan azərbaycanlıları həddindən çox sevdiklərini deyirlər. Turkustan.info-nun məlumatına görə, bu barədə Gürcüstanın məşhur “Rustavi-2” telekanalı kəndə həsr etdiyi reportajında bildirib.  Reportajda bildirilir ki, əslində kənddə yaşayan 300 erməni üçün vəziyyət dözülməz olmalıdır – dörd tərəfdən azərbaycanlılar […]

“Radiozavod” niyə partladı? — Rəsmi açıqlama

Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda yanğınla bağlı məlumat yayıb. Turkustan.info-nun məlumatına görə, bu gün saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik […]

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Turkustan.info Konstitusiya Məhkəməsinin Mətbuat xidmətinə istinadən bildirir ki, iclasda V.Kiçibəyovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 5 iyul tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair […]

Fərasət Qurbanov: “Şura onların “qeyri-kafi” qiymət aldığını mütləq nəzərə alacaq”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası hər il “qara siyahı” tərtib edir. Nəticədə Şura həmin QHT-lərə maliyyə dəstəyi göstərməyərək, onlardan layihə də qəbul etmir. Maraqlıdır, Şuranın “qara siyahı”sına sonuncu dəfə neçə QHT-nin adı salınıb? Onlar hansılardır? Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası […]

İlham Əliyev iki şəxsə vəzifə verdi – SƏRƏNCAM

Prezident İlham Əliyev Cavidan Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb. Turkustan.info-nun xəbərinə görə, sərəncamda qeyd edilir ki, Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilsin. *** Dövlət başçısının digər sərəncamı ilə Şahin […]

Növbədənkənar seçkinin arxasındakı Qarabağ SİRRİ – Bakının planı İrəvanı QORXUYA SALDI

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar Ermənistanda çaxnaşmaya səbəb olub. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, İrəvan rəsmi Bakının Dağlıq Qarabağın azad olunması istiqamətində yeni addımlar atacağından narahatdır. Aprelin 9-da Ermənistanda hazırkı prezident Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır. Parlament üsul-idarəsinə keçid edən Ermənistanda əsas söz […]

Zavoddakı dəhşətli partlayışın baş vermə anı – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə əvvəl Bakının Xətai rayonunda güclü partlayış olub.  “Radiozavod” kimi tanınan “Radioquraşdırma” İstehsalat Birliyi yaxınlığında güclü partlayış səsindən sonra yanğın başlayıb və Əhmədli və Həzi Aslanov stansiyaları tərəfini duman bürüyüb. Partlayış o qədər güclü olub ki, yaşayış binalarını və ətrafdakı ticarət obyektlərini silkələyib. Hadisənin baş […]

Sumqayıtda Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTO

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər Q.Qarayev adına uşaq musiqi məktəbində dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir məktəbin şagirdlərdən ibarət xor kollektivinin çıxışı ilə başlanıb. Daha sonra Qara Qarayevin uşaqlar üçün yazdığı fortepiano əsərləri, kinofilmlərə bəstələdiyi mahnılar, musiqi sənətimizin qızıl inciləri olan […]

30 dövlət Türkiyəyə qarşı SAVAŞIR

Türkiyə silahlı qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlar zamanı öldürülən terrorçuların sayı 947 nəfərə çatıb. Türkiyə ordusunun isə indiyə qədər 9 hərbçisi şəhid olub. Fevralın 5-də gedən döyüşlərdə Türkiyə ordusu Afrinin qərbində yerləşən Surki kəndini PKK-nın Suriya qolu olan YPG yaraqlılarından azad edib. […]

“İncəlikləri İlham Əliyev daha yaxşı bilir” – Ayaz Mütəllibov

Turkustan.info Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun “Ölkə.Az” saytına  müsahibəsini təqdim edir. – Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilib. Bu qərara sizin münasibətiniz necədir? – Əvvəla, bu qərarın dövlətimizin zəruriliyindən irəli gəlməsinə şübhə etmirəm. Yəni, bu sırf dövlətçiliyimizlə bağlı atılan addımdır. Burada olan incəlikləri ölkə […]

I siniflərə şagird qəbulunun qaydaları dəyişdi

2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə keçiriləcək. Onlayn ərizə qəbulu Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində tətbiq ediləcək. Təhsil Nazirliyindən virtualaz.org saytına bildiriblər ki, I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri […]

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı SON QƏRARINI VERDİ

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı qərar verib. Turkustan.info APA-ya istinadla xəbər verir ki, MSK-nın qərarına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin edilib. Qeyd edək ki, fevralın 5-də prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, […]

ABŞ-ın yeni MÜHARİBƏ MEYDANI və Azərbaycan… – Tehrandan HƏYƏCAN TƏBİLİ

Əfqanıstanda terror fəallığının artması ABŞ-ın İŞİD döyüşçülərini bu ölkəyə göndərməsi ilə bağlıdır. Turkustan.info “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri bildirib. “Amerikalılar gördülər ki, İŞİD İraq və Suriyada tutduğu əraziləri itirdi, döyüşçüləri müxtəli yollarla Əfqanıstana daşıdılar. Biz Əfqanıstanda partlayışlar, terror […]

Danimarkalı xanım Azərbaycan rəqsini belə ifa etdi – VİDEO + FOTOLAR

Danimarkada yaşayan Mette Svane adlı rəqqasə Azərbaycan xalq mahnısı “Görmüşəm, sevmişəm” in sədaları altında rəqs edib. Turkustan.info bildirir ki, bu sözləri musavat.com-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk deyib. “Danimarkanın mərkəzi kitabxanalarının birində təqdimat keçirən rəqqasə Azərbaycanın mədəniyyəti, milli-mənəvi dəyərli haqqında iştirakçılara ətraflı məlumat verib. Mette Svane Azərbaycana səfəri ilə bağlı […]

Növbədənkənar seçkidə Prezident İlham Əliyevin real rəqibi kimdir…

Növbədənkənar Prezident seçkisiylə bağlı xəbəri dünən Tərtərdə ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında eşitdim. Hesabat başa çatandan sonra saytlara, eləcə də sosial şəbəkəyə diqqət yetirəndə artıq saysız-hesabsız şərhlərlə rastlaşdım ki, bunun da əksəriyyəti insayder informasiyası olmadan, sadəcə zənn etmələr və fəhmə dayanılaraq irəli sürülən versiyalar […]

“Azercell”in dəstəyi ilə pulsuz göz müayinələri davam edir

Ölkədə 20 ildən artıq müxtəlif istiqamətdə sosial məsuliyyət layihələri həyata keçirən Azercell Telekom-un dəstəyi ilə səyyar Mobil Göz Klinikası ötən il 864 nəfərə pulsuz xidmət göstərib. Yanvar ayı ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım ediblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni […]

Şevçenkonun Qarabağ etirafı: Ermənilərə zərbə – VİDEO

Rusiyanın məşhur jurnalisti, televiziya aparıcısı Maksim Şevçenko Azərbaycan haqqında danışıb. Turkustan.info-nun məlumatına görə, tanınmış aparıcı öz videoköşəsində bildirib ki, ermənilər Rusiyanın düşmənləridir. “Bəli bu belədir. Ermənilər Rusiyanın düşmənləridir. Qarabağ isə Azərbaycanın ərazisidir. Lakin Qarabağın talehini Rusiya, İran və Türkiyə həll edə bilər. Azərbaycanlılar mütləq Qarabağa qayıtmalıdırlar. Qarabağ Azərbaycana verməlidirlər. Mən […]

Ərdoğan Rusiyaya arxa çıxdı – ABŞ-a meydan oxudu

“Torpaqlarını əsl sahiblərinə geri qaytarmaq üçün oraya da gələcəyik” “Biz Münbiç torpaqlarını əsl sahiblərinə geri qaytarmaq üçün də gələcəyik”. Turkustan.info-nun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının toplantısında deyib. O, Afrindəki “Zeytun budağı” əməliyyatı çərcivəsində 1000-ə yaxın terrorçunun məhv edildiyini, əməliyyatların davam edəcəyini deyib. Ərdoğan ABŞ-a […]

YPG-li terrorist uşağa qarşı elə bir hərəkət etdi ki… – VİDEO 18 +

YPG terroristlər sivil camaata atəş açmaqda davam edir. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Zeytun budağı əməliyyatı başladığı gündən etibarən Türk əsgərlərinin vətəndaşları öldürməsi yalanına sığınan terroristlərin dəhşətli görüntüləri yayılıb. YPG-li terrorist avtomatla suriyalı uşağı güllə yağışına tutub. Zeytun budağının əməliyyatının 18-ci günündə türk ordusu terroristləri hədəf almağa davam edərkən, terroristlərin […]

Qərargah itkin düşən alpinistlərlə bağlı son məlumatı yaydı

“Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib”. Turkustan.info xəbər verir ki, bu barədə “Report”a Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahın nümayəndəsi bildirib. Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: “Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təssüf […]

Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ: GÖRDÜYÜMÜZ YERDƏ VURACAĞIQ

Türkiyənin baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, Çankaya sarayında, baş nazir Binalı İldırımın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclası davam edərkən, keçirdiyi mətbuat konfransında PKK/YPG terrorçularına verilən silahlarla bağlı jurnalistlərə açıqlamar verib.   Açıqlamada Bəkir Bozdağ, bunları qeyd edib:   “ABŞ-ın, Afrin bölgəsinə hal-hazırda etdiyi silah yardımını təsbit […]

Erməni futbolçu Britaniya rəhbərliyinə: “Qarabağda ölmək istəmirəm”

BBC telekanalı İngiltərənin “Uitçörç Alport” klubunun Ermənistan rəhbərliyinin ona möhlət hüququnda imtina etməsindən narazı qalan 23 yaşlı futbolçusu Ovik Nersesyan barədə məlumat dərc edib. Turkustan.info Ordu.az-a istinadən xəbər verir ki, Ovik Nersesyan regional “Shropshire star” nəşrinə müsahibəsində Ermənistan ordusunda xidmət keçməklə öz həyatını təhlükə altına atmaq istəmədiyini bildirib. Bu səbəbdən o, […]

“Təlafər türkman uşaqları üçün” dəstək tədbiri keçirilib – FOTOLAR

“Ortaq Dəyərlər” İcimai Birliyinin təşəbbüsü ilə “Şəhid Musa Özalkanın arzusuna dəstək– Təlafər uşaqları üçün” adlı tədbir keçirilib. “Park-Bulvar”-da keçirilən tədbiri açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, Türkiyə Ordusunun Suriyanın Afrin bölgəsində terror qruplarına apardığı “Zeytun budağı” əməliyyatı Azərbaycanda da diqqətlə izlənilməkdədir: “Əməliyyatın gedişində şəhid düşmüş Musa […]

Rusiya bu ərazidə Türkiyə ilə müharibəyə hazırlaşır – SENSASİYALI İDDİA – VİDEO

Rusiya Qara dənizin akvatoriyasında və ya dəhlizlərdə döyüş əməliyyatlarının genişlənilməsi zamanı özü üçün ən kiçik riskləri tamamilə neytrallaşdırmaq və müharibəyə hazırlıq üçün Krımda S-400 zenit-raket komplekslərini yerləşdirməyə qərar verib. Turkustan.info Publika.az-a istinadən xəbər verir ki, bu haqda “Defense Express” informasiya-konsaltinq şirkətinin direktoru, hərbi ekspert Sergey Zqures “Apostrof” nəşrinə açıqlamasında deyib. […]

Pentaqon iki variantdan birini SEÇDİ – ABŞ-Türkiyə MÜHARİBƏSİ YAXINLAŞIR

“ABŞ-ın Münbiçdən çəkilməklə bağlı planı yoxdur”. Turkustan.info “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon deyib. “Ümid edirik ki, türklər Afrindən Münbiçə keçməyəcək. Bu, diqqəti İŞİD-lə mübarizədən yayındıra bilər. Türkiyənin terrorizm və sərhədlərindən terrorçu qruplar barədə ciddi qayğılarının olduğunu anlayırıq. Türkiyə ilə əlimizdən gəldiyi ölçüdə […]

ADAU-da fermerlərlə iri buynuzlu mal-qaranın bəslənməsi mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində növbəti elmi-praktik seminar keçirilib. Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə “İri buynuzlu mal-qaranin bəslənməsi” mövzusunda keçirilən seminarda respublikanın maldarlıqla məşğul olan fermerləri, torpaq mülkiyyətçiləri və iş adamları iştirak edib. Məlumat üçün bildirək ki, heyvandarlıq əhalinin ət və […]

“Seçicilər Leyla Əliyevanı Milli Məclisin deputatı görmək istəyir” – Millət vəkilindən təklif

“Tam əminik ki, bu il aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev böyük zəfər qazanacaq” Turkustan.info xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı bildirib. Deputat həmçinin deyib ki, Leyla Əliyeva həm […]

Linet şok yaratdı: “Mən bir yəhudi olaraq….”

“Bilirmisin?” adlı yeni albom çıxaran Türkiyənin məşhur müğənnisi, Azərbaycanda da çox sevilən Linet yerli televiziyaların birinə müsahibəsində çoxları üçün yenilik sayıla biləcək açıqlama verib. Turkustan.info xəbər verir ki, Linet “Mən bir yəhudi olaraq Türkiyədə özümü təhlükəsizlikdə hiss edirəm” deyib.  Müğənni fikrini bu sözlərlə davam etdiri: “Mənə “Niyə Türkiyədə yaşayırsan?” deyə […]

Türkiyə ilə savaşması üçün YPG-ə 19 ölkədən silah gedir

Afrində tankın vurulmasıyla 6 türk əsgərinin şəhid olmasından sonrası gözlər terror təşkilatına verilən və Türkiyəyə yönəldilən “strateji” silahlara çevrildi. Turkustan.info A24.az-a istinadən xəbər verir ki, Afrinin mərkəzinə doğru planlı şəkildə irəliləyən Türk Silahlı Qüvvələrinə (TSK) aid bir tankın PKK / YPG-li terroristlər tərəfindən vurulması gözləri terror təşkilatına verilən silahlara çevirdi. […]

Baxmadan keçməyin: Bu məhlul hər dərdin dərmanıdır

Amerikalı alimlər bağırsaq xərçənginin qarşısını almaq üçün isti limonlu su içməyi məsləhət görürlər  Limonun insan orqanizmi üçün xeyirli olması hər kəsə məlumdur. Güclü antibakterial və antiviral olması bağırsaq sisteminin təmizlənməsində böyük rol oynayır. Turkustan.info Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, limonun tərkibi C vitamini, maqnezium, biyoflavanoid və digər maddələrlə zəngindir. Hər […]

Aprelin 11-i iş günü olmayacaq

Azərbaycan prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar “2018-ci il üçün iş vaxtının norması” və “2018-ci ilin istehsalat təqvimi”ndə müvafiq dəyişikliklər ediləcək. Turkustan.info bildirir ki, bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. “Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən […]

Türkiyə tankının Suriyada vurulma anı – VİDEO

Afrində Türkiyəyə məxsus daha bir zirehli texnikanın vurulması ilə bağlı görüntülər yayımlanıb. Turkustan.İnfo-nun Oxu.Az-a istinadən verdiyi məlumata görə, hadisə Afrin vilayətinin şimalında Bülbül rayonunda baş verib. Yayılmış görüntülərə əsasən, YPG kürdləri qəsəbənin yaxınlığında yerləşən Türkiyə Silahlı Qüvvələrinin BTR ACV-15-i Rusiya istehsalı olan “Fagot” tank əleyhinə raket kompleksi ilə vurublar.

Rusiya bir neçə yerə parçalanacaq… – Rus yazıçı

Rusiyanı SSRİ-nin taleyi gözləyir. Turkustan.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində rusiyalı yazar Vladimir Voynoviç deyib. “SSRİ-nin başına gələnlərin Rusiyanın da başına gəlmək ehtimalı var. O, bir neçə yerə parçalanacaq və o parçalardan müəyyən qismi Ukrayna kimi ondan uzaqlaşmağa çalışacaq. Rusiya artıq Stalin dövrünə geri dönür. Zamanla bu da […]

Qarabağda azərbaycanlıların əsir düşərgələri – FOTO

Keçən il Kəlbəcərə turist kimi getmiş əcnəbilər, işğal altındakı torpaqlarımıza səfər etmiş Gürcüstan vətəndaşları əsir azərbaycanlıların qul kimi işlədildikləri yerləri aşkarlamışdılar. Məlumatlara görə, həmin şəxslər Kəlbəcərdə Zod kəndi yaxınlığındakı əraziləri gəzərkən oradakı mədənlərdə işləyən çəlimsiz, yarıac, yarıçılpaq xeyli sayda adam görüblər. Tikanlı məftillərlə əhatələnmiş ərazidə işgəncələrə məruz qalan işçilərin kimliyini […]

Şahin Mustafayevin səlahiyyətləri azaldıldı – Nazirliklə bağlı ciddi dəyişiklik

İqtisadiyyat Nazirliyinin səlahiyyəti xeyli dərəcədə azaldılıb. Turkustan.info xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına görə, “Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsi Qaydası”na dəyişiklik edilib. Dəyişikliyə əsasən Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarını artıq İqtisadiyyat Nazirliyi deyil, Qida Təhlükəsizliyi Agentliyi verəcək. Bundan əlavə, “Taxıl […]

Bakıda Qarabağ əlilini vəhşicəsinə döydülər

Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib. “Report” xəbər verir ki, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb. O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. […]

“Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsində ADAU-nun da yeri var

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə keçirilən “Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb. Təqaüd fondunun ümumi miqdarı 3000 manat olub. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində […]

ADAU-nun Tələbələri Qış Liderlik Məktəbində iştirak hüququ əldə ediblər!

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin Tələbə Gənclər Təşkilatının üzvləri, Leyla Kərimova,Əlrəhman Verdiyev və Eşqin Daşdəmirov Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin birgə həyata keçirdiyi “Qış – Liderlik Məktəbi” Mingəçevir layihəsinə iştirak hüququ qazanıblar.Tələbələr artıq Mingəçevirdə layihəyə qoşulublar. ADAU-nun mətbuat xidməti bildirib kii, Gənclər və İdman Nazirliyi və ATGTİ-nin […]